Mutasiyaların 99% zərərli olduğu həqiqətinin dərhal ardından darvinistləri ən çox çıxılmaz vəziyyətə salan və onlara narahatlıq verən mövzulardan biri də ara-keçid forma deyilən xəyali fosillərin yoxluğudur. Özlərini hörmətdən salan bu əhəmiyyətli həqiqəti yox edə bilmək üçün darvinistlər, ara-keçid fosil yoxluğuna başqa bir üsulla şərh gətirməyə çalışmış və “ara-keçid fosil əslində sizin sandığınız kimi deyil” ifadəsini etdirmişlər. Lakin darvinist taktika hər zaman olduğu kimi uğursuz qalmışdır.
Əvvəlcə bunu ifadə etmək lazımdır: “Ara-keçid forma” deyilən anlayış, darvinistlərin çıxardığı anlayışdır. Darvinistlər, iki canlı növü arasında, saysız müvəffəqiyyətsiz mutasiyanın meydana gəldiyi xəyali ara-keçid formaların olacağı, bu xəyali formaların böyük bir hissəsinin ələnib, kiçik bir hissəsinin də yaşamağa davam edəcəyi kimi hekayə uydurmuşlar. Bu hekayəyə görə, balığın xəyali şəkildə ayaqlara qovuşacağı, sürünənin qollarının xəyali şəkildə qanad olacağı bir dövr olmalıdır. Məhz bu xəyali dövr, fosil qeydlərində yoxdur.
Bu səbəbdən “bizim zənn etdiyimiz kimi ara-keçid forma anlayışı” deyə bir şey yoxdur. Ara-keçid forma deyilən şeyin bütün tərifləri darvinist qaynaqlıdır. İllərlə paleontoloqlar, şəxsən Darvinin təsvir etdiyi ara-keçid formasını axtarmış və tapa bilməmişlər. Bu tərifə görə ara-keçid formalar, əyri-üyrü, çirkin canlılardır. Onsuz da təkamülçü tərifə görə bunların başqa bir şey olmaları mümkün deyil.
Əgər təkamül nəzəriyyəsi doğru olsaydı, şübhəsiz ki, bu xəyali ara-keçid dövrlərin işarələrinin fosil qeydlərində mütləq olması lazım idi. Balığın, təkamülə görə üzgəcləri xəyali şəkildə ayaqlara çevrilərkən keçirdiyi milyonlarla ilin, yəni o saxta “ara-keçid halının” fosil qeydlərində var olması lazım idi.
Mutasiyaların 99%-nin zərərli olduğu diqqətə alınsa, canlının keçirdiyi müvəffəqiyyətsiz mərhələlərin nümunələrinin daha çox bol olması lazım idi. Müvəffəqiyyətsiz mutasiyaların ortaya çıxardığı qəribə canlılar, dünyanın hər yerində milyonlarla, hətta, milyardlarla dəfə olmalı idi.
Mutasiyaların şüursuz, təsadüfi proseslər olduğu və mütləq zərər verdikləri diqqətə alınsa, bəhs etdiyimiz xəyali şəkildə müvəffəqiyyətli və xəyali şəkildə müvəffəqiyyətsiz bütün bu ara-keçid formalar, darvinistlər hər nə qədər qəbul etmək istəsələr də, çirkin, əyri-üyrü, ayağı qulağından çıxan, yarısı üzgəc yarısı ayaq olan, iki deyil üç qulağa sahib… canlılardan meydana gəlməli idi.
İndiyə qədər tapılmış 300 milyondan çox fosil içində isə nə belə əyri-üyrü bir nümunə, nə də təkamülçülərin anladığı mənada ara-keçid forma vardır. Onsuz da darvinistləri ən çox narahat edən də, fosillərin hamısında var olan nizam, simmetriya, uyğunlaşma və tamlıqdır. Bir başqa sözlə, fosillərin təkamülü inkar etməsidir.
Xatırlanacağı kimi Darvinin də ən böyük narahatlığı, bu “qarışıqlıq halındakı” ara-keçid formaların var olmaması, bunun yerinə təbiətdə hər şeyin “yerli yerində”, yəni mükəmməl nizam və simmetriya içində olmasıdır.
Əgər həqiqətən növlər o biri növlərdən yavaş inkişaflarla törəmişsə, niyə saysız ara-keçid formasına rast gəlmirik? Niyə bütün təbiət qarışıqlıq halında deyil də, tam olaraq təyin olunmuş və yerli yerindədir? (Charles Darvin, The Origin of Species, səh. 172, 280 )
MUTASİYALAR SİMMETRİYA BİLMƏZLƏR. UYĞUNLAŞMA, NİZAM, QIZIL NİSBƏT BİLMƏZLƏR. CANLIYA NƏYİN FAYDA GƏTİRƏCƏYİNİ HESABLAYA BİLMƏZLƏR. Mutasiyalar şüursuz proseslərdir. Bir canlıda bir-birinə simmetrik iki göz, iki qulaq, bir-birinə simmetrik ürək qapaqları, eyni uzunluqda iki ayaq meydana gətirə bilməzlər.
Məhz bu həqiqətin fərqində olan və ara-keçid fosil olmadığını çox yaxşı bilən darvinist iştirakçılardan biri “Sansürsüz” proqramı əsnasında çarəsizlikdən ÖZÜNÜ ARA-KEÇİD FORMA ELAN ETMİŞDİR.
Bu, həqiqətən də darvinistlər adına dəhşətli bir vəziyyətdir. İdeologiyaları uğruna darvinistlər, elmi həqiqətləri rədd etməkdən və özlərini hörmətdən salmaqdan çəkinmirlər.
Bunu xatırlatmaq lazımdır ki demaqoqluq, artıq gülünc hal aldığına görə, insanlar üzərində əvvəlki kimi təsir buraxmır. Darvinistlərin bu həqiqətə mütləq diqqət vermələri lazımdır. Darvinin kabusu reallaşmışdır, fosil qeydləri təkamülü rədd etmişdir.
Ara-keçid iddiasının etibarsızlığı ilə əlaqədar ətraflı məlumatlar üçün baxın:
http://www.harunyahya.org/evrim/aragecis_acmazi/aragecisacmazi2.html