Nur surəsi, 26-cı ayəsin təfsiri
Adnan Oktar: 24-cü surənin, 26-cı ayəsi. Şeytandan Allaha sığınıram. “Murdar qadınlar murdar kişilərə, murdar kişilər isə murdar qadınlara“. Mən belə edəcəyəm deyir Allah. Həqiqətən baxın, murdar qadınlar murdar kişilərə ərə gedər. Baxın möcüzə budur. Mən belə edəcəyəm deyir Allah, belə olur dünyada. “Murdar qadınlar murdar kişilərə, murdar kişilər isə murdar qadınlara“. Murdar kişilərə diqqət yetirsəniz həmişə murdar qadınlarla birlikdədirlər. Yəni mikrob kimidirlər. “eləcə də təmiz qadınlar təmiz kişilərə, təmiz kişilər də təmiz qadınlara layiqdirlər. Bunlar iftiraçıların söylədiklərindən uzaqdırlar”. Yəni hər cür böhtanlardan uzaqdırlar. “Onları bağışlanma və bolluca ruzi gözləyir”. Allah varlı edəcəyəm deyir. Baxın möcüzə budur, möminləri varlı edəcəyəm deyir. Başqa bir ayədə daha var. Gözəl yaşayırlar. Heyrətlidir yəni Allahın hikməti, möcüzədir.