19-cu əsrin ortalarında İngiltərədə sənaye inqilabının başladığı sıralarda, sənaye ağırlıqlı bölgələrdəki ağacların qabıqları açıq rənglidir. Bu səbəblə bu ağacların üzərinə qonan Biston betularia növündəki kəpənəklərin tünd rəngli variantları (melanik kəpənəklər), burada bəslənən quşlar tərəfindən asan fərq edilər və ov olarlar. Lakin əlli il sonra sənaye çirkliliyinin nəticəsində ağacların gövdələrini əhatə edən bir növ yosun olan şibyələr ölər və ağac gövdələri qaralar. Bu dəfə açıq rəngli kəpənəklər ağac gövdələrində daha diqqətə çarpan olduqlarından quşlar tərəfindən sıx olaraq ovlanmağa başlarlar. Nəticədə açıq rəngli kəpənəklər sayca azalarkən, tünd rəngli melanik kəpənəklər yem olmadıqları üçün çoxalarlar.
Təkamülçülər bu vəziyyəti, təbii seleksiya ilə təkamül iddialarına əhəmiyyətli dəlil olaraq böyük hərarətlə sahibləndilər. Ardından da hər zamankı saxtakarlıq üsulundan istifadə edərək, açıq rəngli kəpənəklərin zamanla təkamül keçirərək tünd rəngli kəpənəklərə çevrildiyi kimi cəfəngiyata əl atdılar. Bu iddia, guya “iş başındakı təkamül” (evolution en action) tərifiylə bütün dünyaya tanıdıldı. Halbuki, gerçəklər çox daha fərqli idi, bu kəpənəklər heç bir şəkildə təkamüllü dəyişikliyə məruz qalmadıqları kimi, ortada böyük darvinist saxtakarlıq vardı.
Darvinist tibb həkimi və həvəskar bioloq olan H. B. D. Kedlvell, 1953-cü ildə bir sıra təcrübə apararaq bu hadisəni müşahidə etməyə qərar verdi. İngiltərənin çöllərində bu kəpənəklərin həyat sahələrində müşahidələr apardı və təcrübələr keçirdi. Kedlvell, təcrübələri nəticəsində, açıq rəngli şibyələrin tapıldığı ağacların üzərində tünd rəngli kəpənəklərin daha çox ovlandığını təsbit etdi. Və bunu, darvinizm adına sanki böyük görüşmüş kimi “Scientific American” jurnalında, “Darvin”s Missing Evidens” (Darvin”in İtkin Dəlili) başlığı altında eşitdirdi. 1960-cı ilə gəlindiyində Kedlvellin hekayəsi bütün dərs kitablarında yerini almışdı.
İddianın ortaya atılmasından təxminən bir il sonra, 1985-ci ildə isə bu mövzuyla əlaqədar qəribəliklər fərq edilməyə başlandı. Kreyq Holdric adlı gənc amerikalı biologiya müəllimi, etdiyi araşdırma nəticəsində Kedlvellin yaxın yoldaşı olan və onun təcrübələrinə qatılan Ser Siril Klarkın qeydlərində maraqlı bir ifadəyə rast gəldi. Belə deyirdi Klark:
Müşahidə etdiyimiz tək şey, kəpənəklərin günü harada keçirmədikləri oldu. 25 il içində, ağac gövdələrində və ya bizim qurduğumuz tələlərin yanındakı divarlarda yalnız iki dənə Betularia tapa bildik.
Holdric uzun zamandır şagirdlərinə ağac gövdələrinə qonmuş kəpənəklərin fotoşəkillərini göstərir və quşların daha görünən olanları seçib ovladığını izah edirdi. Amma indi bu kəpənəyi 25 il boyunca araşdırmış biri, bunları ağac gövdələrinə qonmuş halda yalnız iki dəfə gördüyünü söyləyirdi. Çox keçmədən bu hekayə hərarətli elmi müzakirəyə çevrildi. Nəticədə aparılan elmi tədqiqatlar bu nəticəni ortaya çıxarmışdı:
Kedlvellin təcrübələrindən daha sonra aparılan bir çox tədqiqat, bəhsi keçən kəpənəklərin yalnız bir tipinin ağac gövdəsinə qonduğunu, digər bütün tiplərin, üfüqi budaqların alt qisimlərini seçdiyini ortaya qoydu. 1980-ci illərdən etibarən, kəpənəklərin ağac gövdələrinə çox nadir olaraq qonduğu hər kəs tərəfindən qəbul gördü. Bu mövzuda 25 illik bir iş görən Siril Klark və Rori Havlet, Maykl Meceres, Toni Libert, Paul Breykfild kimi bir çox elm adamı, “Kedlvellin təcrübəsində kəpənəklərin təbii davranışları xaricində davranmağa çətinlik çəkdikləri, təcrübə nəticələrinin buna görə elmi qəbul edilə bilməyəcəyini” bildirdilər.
Kedlvellin təcrübəsini araşdıran tədqiqatçılar daha da təəccüblü nəticə ilə qarşılaşdılar: İngiltərənin çirkliliyə uğramamış bölgələrində açıq rəngli kəpənəklərin daha çox olması gözlənilərkən, tündlərin nisbəti açıq rənglilərdən dörd qat çox idi. Yəni Kedlvellin iddia etdiyi və dərhal hər təkamülçü qaynaqda təkrarlandığı kimi, kəpənək topluluğundakı nisbətlə, ağac qabıqları arasında əlaqə yox idi.
Amerikalı lepidopterist (kəpənəklər üzərində elmi tədqiqat aparan şəxs) Ted Sarcent və digər tədqiqatçılar bəhsi keçən güvələrin ağac qabıqları üzərinə qonmadıqları, ağacların yüksək budaqlarının altına gizləndikləri gerçəyinə diqqətləri çəkdi. Yalnız bu deyil, eyni zamanda bəhsi keçən güvələr gündüzləri yatır, gecələri uçurdular. Yəni quşlar yatarkən! 90 İşin əsli araşdırıldıqca, skandalın ölçüləri daha da böyüdü: Kedlvell tərəfindən fotoşəkilləri çəkilən “ağac qabığı üzərindəki güvə kəpənəkləri”, əslində ölü kəpənəklər idi. Gerçəkdə kəpənəklər ağac gövdəsinə deyil budaqların alt qisminə qonduqları üçün, belə bir şəkil əldə etmə imkanı çox yox idi. Bu səbəbdən Kedlvell bu ölü canlıları iynə və yapışqan ilə ağaca tutdurmuş və elə göstərmişdi.
Darvinistlərin təxminən bir əsr boyunca qürurla elmi dəlil kimi göstərdikləri kəpənəklərin saxtakarlıqdan ibarət olduğunun öyrənilməsi nəticəsində “New York Times” bu şərhi edirdi:
İş başındakı təkamülün ən məşhur nümunəsi, indi artıq ən böyük rüsvayçılıq halına gəlmiş olmalıdır.
Çikaqo universitetinin təkamül bioloqu Cerri Koyn bu böyük saxtakarlığı 1998-ci ildə öyrəndiyində, illərdir şagirdlərinə öyrətdiyi sənaye kəpənəkləri hekayəsinin yalan olmasına görə “utanc” duyduğunu yazmış və bunları söyləmişdi: “Bu eynilə 6 yaşımdaykən, Milad ərəfəsində hədiyyələri Santa klausun deyil, atamın gətirdiyini kəşf etdiyim zamanki xəyal qırıqlığım kimi idi.
Bütün bu gerçəklərin ortaya çıxmasıyla birlikdə, “Darvinin itkin dəlili” olaraq göstərilən sənaye inqilabı kəpənəkləri hekayəsinin böyük yalandan ibarət olduğu aydın olmuşdur. On illərdir dünyanın hər tərəfində yüz milyonlarla insan, ağac qabıqlarına iynələnilmiş bir neçə ölü kəpənəyin fotoşəkili və davamlı təkrarlanan köhnə hekayə ilə səhv məlumatlandırılmışdır. Əsl olan gerçək budur: Darvinin ehtiyac duyduğu dəlillər yoxdur və bir gün bunların tapılması da qeyri-mümkündür. Çünki canlılar təkamülləşməmişlər.
Maraqlı olan sənaye inqilabı kəpənəklərinin hələ də bəzi dərs kitablarında bir təkamül dəlili kimi təqdim edilməyə davam etdirilməsidir. Darvinistlər bu yolla, bunun saxtakarlıq olduğunu bilməyən gənc beyinləri aldatmağı məqsəd qoyurlar. Halbuki, açıqca ortaya çıxmasına baxmayaraq saxtakarlığı, hələ dəlil olaraq göstərməyə çalışmaq, darvinizmin çarəsizliyinin, dəlilsizliyinin və ideoloji saxtakarlıqdan ibarət olduğunun dəlilidir. Yaradılış gerçəyi açıq-aşkardır. Bu açıq həqiqətdən qaçan darvinistlər, yalanın və hiyləgərliyin həll yolu olacağını zənn edirlər. Halbuki Allah, hiyləni, batil və saxta dini, mütləq ortadan qaldıracaq.
De: “Haqq gəldi, batil puç olub getdi. Həqiqətən də, batil puçluğa məhkumdur!” (İsra surəsi, 81)