Üstdəki şəkil tək bir diş parçasına əsaslanaraq düzəldilmiş və Illustrated London News jurnalının 24 iyun 1922-ci ildəki sayında nəşr olunmuşdu. Ancaq bir müddət sonra bu dişin, meymun bənzəri varlığa və ya insana deyil, soyu tükənmiş donuza aid olduğunun başa düşülməsi, təkamülçüləri böyük xəyal qırıqlığına uğratdı.
1922-ci ildə, Amerikan Təbiət Tarixi Muzeyi müdiri Henri Ferfild Osborn, Qərbi Nebraskadakı İlan Dərəsi yaxınlarında, Pliosen dövrünə aid azı dişi fosili tapdığını açıqladı. Bu diş, iddiaya görə, insan və meymunların ortaq xüsusiyyətlərini daşıyırdı. Çox keçmədən mövzuyla əlaqədar çox dərin elmi mübahisələr başladı. Bəziləri bu dişin sahibini Pithecanthropus erektus olaraq şərh edirlər, bəziləri isə bunun insana daha yaxın olduğunu söyləyirdilər. Böyük mübahisələr yaradan bu diş fosilinə “Nebraska Adamı” adı verildi. “Elmi” adı da dərhal arxasından gəldi: Hesperopithecus haroldcooki.
Bu tək dişə əsaslanaraq Nebraska Adamının kəllə və bədən bərpaları edildi. Hətta daha da irəli gedilərək Nebraska adamının ailəsinin təbii mühitdə şəkilləri nəşr olundu. Bütün bu ssenarilər tək bir dişdən çıxarılmışdı. Təkamülçü kütlələr bu “qarabasma adamı” o dərəcə mənimsədilər ki, Uilyam Brayan adlı bir tədqiqatçı, tək bir azı dişinə dayanılaraq bu qədər nağd hökmlə qərar verilməsinə qarşı çıxınca, bütün şimşəkləri üzərinə çəkdi.
Ancaq 1927-ci ildə skeletin o biri parçaları da tapıldı. Tapılan yeni parçalara görə bu diş nə meymuna, nə də insana aid idi. Dişin, Prosthennops adı verilən Amerikan çöl donuzunun soyu tükənmiş cinsinə aid olduğu aydın oldu. Uilyam Qreqori, bu yanılmanı eşitdirdiyi “Science” jurnalındakı məqaləsinə belə bir başlıq atmışdı: “Görüldüyü qədəriylə Hesperopithecus nə meymun, nə də insan.”
Elmi yazar Henk Heyneqrafın mövzuyla əlaqədar şərhləri bunlardır:
1922-ci ildə Nebraskada bir diş kəşf edildi. Bir az təxəyyül ilə bu diş mifoloji çənə sümüyünə, çənə sümüyü kəlləyə, kəllə sümüyü skeletə yerləşdirildi. Və skeletə üz, xüsusiyyətlər və tüklər əlavə olundu. Bu hekayə London qəzetlərini vurduğunda yalnız “Nebraska Adamı”nın rəsmi deyil, eyni zamanda “Nebraska Qadını”nın da rəsmi vardı. Bunların hamısı yalnız tək bir dişdən ortaya çıxmışdı. Bir də skelet tapılsaydı, nələr olacağını siz düşünün. Bəlkə də bir illik yayımlanardı.
Bu kəşfdən bir müddət sonra buna bənzər diş geoloq Harold Kuk tərəfindən tapıldı. Bu dəfə diş gerçək kəlləyə yerləşdirildi və kəllə də çöl donuzunun skeletinə yerləşdirildi. Beləcə, “elmi” olaraq Hesperopithecus haroldcookii olaraq adlandırılan Nebraska adamının mif olaraq maskası düşdü.
Bu hadisə nəticəsində Hesperopithecus haroldcooki və “ailəsi”nin bütün şəkilləri tələm-tələsik ədəbiyyatdan çıxarıldı. Nebraska Adamı, əslində darvinistlərin tək bir dişi bəhanə edərək necə xəyali təkamül ssenarisi meydana gətirə biləcəklərinin əhəmiyyətli göstəricisidir. Diş fosili, canlının ümumi anatomiyasına dair demək olar ki, heç bir məlumat verməməsinə baxmayaraq, çöl donuzu dişindən yola çıxılaraq Nebraska Adamının və ailəsinin şəkillərinin çəkilməsi və bu saxtakarlığın ifşa edilənə qədər elm olaraq irəli sürülməyə çalışılması, böyük məntiq məğlubiyyəti, darvinizm adına böyük utancdır. Lakin bu nümunə, darvinist saxtakarlıqların önünü kəsməmiş, darvinist yalanlara şüurlu şəkildə davam edilmişdir.