Darvinizm dünya tarixinin ən məntiqsiz, ən ağıldan kənar batil dindir. Canlıların hər bir detalında mükəmməl nizam və ağıl olmağına baxmayaraq, Darvinizm bunların hamısının, guya, şüursuz və təsadüfi proseslərin məhsulu olduğunu şərh edir. Zülal, laboratoriyalarda belə təkbaşına hazırlanması mümkün olmayan, olduqca kompleks quruluşa sahib bir molekuldur və elektron mikroskopunun altında bu cür kompleks bir həyatın olmağı həqiqi mənada heyranlıq oyandırır. Lakin Darvinizm, bu böyük yaradılışa da “təsadüfən yarandı” deyirlər. Canlılar bir-birlərindən olduqca fərqli xüsusiyyətlərdə və bacarıqlarda yaradılmışlar və malik olduqları orqan və bədən quruluşunun bir-birlərinə çevrilməsinin mümkünsüzlüyü açıq və rədd edilə bilməz bir şəkildə ortaya çıxmşdır. Lakin, darvinizm dünyadakı möhtəşəm canlı müxtəlifliyinin tək bir bakteriyadan törədiyini iddia edir.
Darvinizmin iddialarının həqiqət olduğuna, canlıların təkamül keçirdiklərinə dair heç bir dəlil yoxdur. Lakin, buna baxmayaraq, darvinist jurnallarda hər həftə yeni bir saxta fosil yayımlanır. Yer üzündə aşkar bir nizam və ehtişam vardır. Lakin Darvinizm bütün bunların guya xaosdan, qarışıqlıq və nizamsızlıqdan, öz-özünə, kor-koranə, təsadüflər nəticəsində yarandığını iddia edir. Bu həqiqətləri nəzərə aldıqda, darvinizmin dünya səviyyəsində qəbul edilməsi, ağıllı bir insanın hər hansı bir məntiq və sübut tapa bilməsi qeyri-mümkündür. Lakin, bu yalan hədəfinə çatmışdır. Hədislərdə dəccalın fitnəsinin bütün dünyanı əhatə edəcəyi xəbər verilmişdir. Həqiqətən də, bütün dünya, dəccal sistemi olan masonluğun təsiri ilə batil bir sistemi, şüursuzca qəbul etmişdir. Hər millətdən, hər inancdan çox sayda insan, bu batil sistemə təslim olmuşdur. İnsanlar, belə bir batil dinə itaət etməyin özlərini necə çətin vəziyyətə salacaqlarını təxmin edə bilməmişlər.
Bir çoxu bu nəzəriyyəni, həqiqətən də, elm zənn etmişdir, bunu hər hansı bir nəzəriyyə kimi qəbul etmiş, bunun öz dünyaları, öz gələcəkləri üçün nə qədər böyük təhlükələr daşıdığını başa düşməmişlər. Ehtiyatlı davrana bilməmiş, insanın guya təkamülləşmiş bir heyvan olduğunu iddia edən bir yalanın, insanlar, cəmiyyətlər, dövlətlər üzərində necə mənfi təsir yaradacağını əvvəlcədən görə bilməmişlər. Azğın bir fikir sisteminin hər tərəfdən özlərini əhatə etdiyini, uşaqlarına, ölkələrina, yaşadıqları mühitə mənfi təsir göstərdiyini qavraya bilməmişlər. Bu azğın fikir sisteminin ətraflarındakı hücumların, qırğınların, cinayətlərin, oğurluqların, əxlaqsızlığın, degenerasiyanın, anarxiyanın, müharibələrin, terrorun təməl səbəbini yaratdığını və getdikcə bu bataqlığa batdıqlarını başa düşməmişlər.
Uşaqlarına darvinizmi öyrətməyin, onları pis əxlaqlı, üsyankar, degenerasiya olmuş hala gətirəcəyini, insani xüsusiyyətlərdən uzaqlaşdıracağını fikirləşməmişlər. Dəccal sistemi olan masonluq, o qədər hiyləgər bir şəkildə yaxınlaşmış, o qədər böyük bir hiylələr qurmuşlar ki, insanların böyük əksəriyyəti dərk etmədən, başlarına nə gələcəyini bilmədən bu oyunun əsiri olmuşlar. Hal-hazırda dünyanı bürüyən bu vəziyyət, bu qəflətin və darvinizm bəlasına qarşı göstərilən laqeydliyin nəticəsidir.
İnsanların böyük hissəsinin bilərəkdən və ya bilməyərəkdən dəccalın müdafiə etdiyi həyat tərzinə təslim olmalarının, dəccaliyətin dediklərini etmələrinin şübhəsiz çox zərərverici nəticələri olmuşdur. Dəccalın batil dininə təslim olmaq, Allahın razı olduğu gözəl əxlaqdan, Rəbbimizin məmnuniyyətindən uzaqlaşmaq mənasını verir. Dünyanın böyük hissəsində Quran əxlaqına təslim olmayan bir həyat davam etdirilməsinin təməl səbəbi budur. Allah, Quranda, insanların bir-birlərinə yaxşılığı əmr edib pis şeylərdən uzaqlaşdırmağı nəsihət edir. Bu gün dünyanın bir çox yerində, bu böyük məsuliyyət yerinə yetirilmir, tam əksinə insanlar həmişə pis olan şeylərə istiqamətləndirilir.
Allah, insanları eqoistlikdən, xəsislikdən, nankorluqdan, vəfasızlıqdan, mənfəət düşkünlüyündən, harama girməkdən, qısqanclıqdan, pis söz deməkdən və ədalətsizlikdən, israfdan, qürurlanmaqdan, təkəbbürlənməkdən və hirsdən çəkindirmişdir. Eyni zamanda isə bir çox cəmiyyətdə bu əxlaq anlayışının tam əksi yaşanır. Qurana itaət edən müsəlmanlar arasında qarşındakının nəfsini öz nəfsindən üstün tutmaq, onu hər şeydə özündən üstün tutmaq vacibdir. Lakin hal-hazırda insanların böyük bir qismi yalnız öz mənfəətlərini güdür və buna görə çox alçaldıcı davranışlara da tənəzzül edirlər. Qurana görə haqsız yerə bir can almaq haramdır. Hal-hazırda isə işlənən cinayətlərin sayı heyrət oyandıracaq qədər çoxdur. Qurana görə hər kəs bir başqasının haqqını müdafiə etməklə məsuldur. Halbuki hal-hazırda dünyanın bir çox ölkəsində sistem insanların bir-birlərinin haqqını əlindən almaq, bir-birlərini aldatmaq üzərində qurulmuşdur. Qurana görə malın ehtiyacdan artıq qalanı yoxsula verilər.
Yenə dünyanın bir çox ölkəsində hal-hazırkı quruluşda yoxsullar daim daha çox istismar edilir, adətən məhv edilməyə çalışılır, zəngin olan isə daha çox mala sahib ola bilmək üçün hərislik göstərir. Allahın Quranda ifadə etdiyi əxlaqın tam tərsinin yaşanması, dəccalın qurduğu sistemin bir nəticəsidir. İnsanların böyük əksəriyyəti, dəccalın sisteminə təslim olmalarının nəticəsini fərahlıq içində yaşaya biləcəkləri halda yaşaya bilmir, xoşbəxt ola biləcəkləri halda ola bilmir, nemətlərə qovuşa biləcəkləri halda bərəkətsizlik içində yaşayırlar. Dəccalın sistemi insanlar üçün böyük dəhşət və bəla olmuşdur. Lakin dəccalliyət mənəvi cəhətdən artıq ölmüşdür.
Masonların bütün hiylələri üzə çıxarılmış, məhv edilmişdir. Dəccaliyətin ayaqda dayanıb yapışacağı heç bir budaq qalmamışdır. Artıq insanları aldada bilmir, darvinizm yalanlarına heç kimi inandıra bilmir. Bunu Allahın izni ilə gələcəkdə də edə bilməyəcək. Çünki Allahın vədinə görə batil, mütləq məhv olub getməyə məhkumdur. Allah, bu nizamı insanların Allahın qədrini lazımi qədər təqdir edə bilməsi, haqq olanı açıq şəkildə görə bilmələri üçün yaratmışdır. Yoxsa əlbəttə ki, dəccal sistemini ortadan qaldırmaq və Quran əxlaqını bütün dünyaya hakim etmək üçün Allahın “Ol” əmri kifayətdir. Dəccal, öz tələsini böyük və güclü hesab edirdi. Halbuki Allahın tələsi qarşısında ziyana uğramışdır. Aləmlərin Rəbbi olan Allah ayələrində belə bildirir:
Əgər o ölkələrin əhalisi iman gətirib Allahdan qorxsaydı, əlbəttə, Biz onların üstünə göydən və yerdən bərəkət qapılarını açardıq. Lakin onlar peyğəmbərləri yalançı hesab etdilər. Biz də onları qazandıqları günahlara görə əzabla yaxaladıq. Məgər o ölkələrin əhalisi əzabımızın onlara gecə vaxtı, onlar yatarkən gəlməyəcəyindən əminmi oldular? Ya da o ölkələrin əhalisi əzabımızın onlara səhər-səhər, onlar əylənərkən gəlməyəcəyindən əminmi oldular? Yaxud onlar Allahın hiyləsindən ehtiyat etmirdilərmi? Allahın hiyləsindən yalnız ziyana uğrayanlar ehtiyat etməzlər. (Əraf Surəsi, 96-99)
Ağıl və vicdan sahibi olan bir insanın məsuliyyəti ağılın, məntiqin, vicdanın və elmin göstərdiyi həqiqətlərə uymaq və hər varlığı Allahın yaratdığı həqiqətini qəbul etməkdir. Şübhəsiz Uca Rəbbimizin insanların tərifinə, təslimiyyətinə, təqdirinə və ibadətinə ehtiyacı yoxdur. Ehtiyacı olan yalnız insanın özüdür. Allaha qarşı təkəbbürlənmək insana dünyada və axirətdə ziyandan başqa bir şey gətirməyəcək. Allaha təslim olmaq isə, dünyada xeyirli və gözəl bir həyatın, axirətdə isə bu dünya ilə müqayisə edilməyəcək sonsuz və böyük nemətlərə qovuşmağın bir vəsiləsidir. Amma hamısından əsas, insana ən böyük mükafat Allahın razılığı olacaq. Dəccalın məğlubiyyəti isə sonsuza qədər davam edəcək. Darvinizmin məğlubiyyəti bunun ən əhəmiyyətli göstəricisidir. Əhəmiyyətli olan bundan sonra vicdanın göstərdiyi yola təslim olmaq, bir ömrü dəccalın əsiri kimi keçirməməkdir. Əgər bir insanın ağlı və şüuru yerindədirsə, edilməsi lazım olan budur. Hər varlığın sahibi və hakimi olan Allah bir ayəsində belə buyurur:
Əzab sizə gəlməmişdən öncə Rəbbinizə üz tutun və Ona itaət edin. Sonra sizə heç bir kömək olunmaz. Əzab sizə fərqinə varmadığınız bir halda qəflətən gəlməmişdən əvvəl Rəbbinizdən sizə nazil edilən ən gözəl Sözə tabe olun! (Zumər surəsi, 54-55)