Qəsəs surəsi, 23, 43-cü ayələrin təfsiri
Yasəmən xanım: Qovulmuş şeytandan Allaha sığınıram. Qəsəs surəsi, 23-cü ayə.“(Musa) Mədyən kənarındakı bir quyuya çatanda onun başında (heyvanlarını sulayan) bir dəstə adam və onlardan başqa (qoyunlarını özgə heyvanlara qarışmasın deyə) geri çəkən iki qadın (qız) görüb dedi: “Sizə nə olub (dərdiniz nədir)?” Onlar: “Çobanlar (heyvanlarını) sulayıb getməmiş biz (qoyunlarımıza) su vermirik. Atamız da yaşlı bir qocadır (buna görə qoyunları sulamağa biz gətiririk)”―deyə cavab verdilər. 24-cü ayə: (Musa) onlar üçün suladı, sonra da kölgəyə çəkilib dedi: “Ey Rəbbim! Mən Sənin mənə nazil edəcəyin xeyirə möhtacam!”
25-ci ayə: “Sonra (o iki qadından, qızdan) biri utana-utana (Musanın) yanına gəlib dedi: “Atam qoyunlarımızı sulamağının haqqını verməkdən ötrü səni çağırır!” (Musa qocanın) yanına gəldikdə başına gələnləri (Fironla olan əhvalatı) ona söylədi. O kişi (Şüeyb peyğəmbər) dedi: “Qorxma, artıq zalım tayfanın əlindən qurtarmısan!”
26-cı ayə: “Qızlardan biri dedi: “Atacan! Onu muzdla işə götür, çünki o, muzdla işə götürdüklərinin ən yaxşısı, güclü və etibarlı olanıdır”.
ADNAN OKTAR: Baxın, qardaşlarımıza bu mövzunu dəfələrlə söylədim, indi yenə söyləyirəm. O qadınlar, hz.Musa (ə.s)-a diqqətlə baxmışdılar. O da onlara diqqətlə baxmışdır və hz.Musa (ə.s)-ın güclü və qüvvətli olduğu qənaətinə gəlmişdilər. İkincisi də, etibarlı olduğunu üzündəki ifadə ilə, danışmaları ilə anlamışdılar. Bir insan niyə etibarlı olar? İmanlı olduğu üçün. Niyə o qadınlar hz.Musa (ə.s)-ı sevirlər? Etibarlı olmasının səbəbi olan imanına görədir. Deməli, sevginin səbəbi imandır.
Yasəmən xanım: 27-ci ayədə Allah Təala deyir: “(Şüeyb) dedi: “Səkkiz il mənə xidmət etmək (qoyunlarımı otarmaq) şərti ilə qızlarımın birini sənə ərə verərəm. Əgər sən (həmin müddəti) tamamlayıb on ilə çatdırsan, bu, artıq sənin tərəfindən (olan bir lütfdür). Mən (on il müddətinə şərt kəsməklə) sənə əziyyət vermək istəmirəm. İnşaAllah, mənim saleh (əhdə vəfa edən) kəslərdən olduğumu görəcəksən!” 28-ci ayə. “(Musa) dedi: “Bu, ikimizin arasında (olan) razılıqdır. Bu iki müddətdən hansını başa çatdırsam, mənə qarşı haqsızlıq olmamalıdır. Allah da dediyimizə Şahiddir!” 29-cu ayə.“Musa (onillik xidmət) müddətini başa vurub ailəsi ilə birlikdə (Misirə tərəf) yola çıxdığı zaman Tur dağı tərəfdə bir od gördü. O, ailəsinə dedi:
“Siz (mən qayıdanadək burada) durun. Mən bir od gördüm. Bəlkə, gedib ondan sizə bir xəbər, yaxud bir köz gətirim ki, qızınasınız!”. 30-cu ayə: “Musa oraya gəlib çatdıqda sağ tərəfindəki vadinin yaxınlığında olan mübarək yerdəki ağac tərəfdən ona nida gəldi: “Ey Musa! Aləmlərin Rəbbi olan Allah Mənəm!” 31-ci ayə: “Əsanı (yerə) at!” (Musa) onun ilan kimi qıvrıldığını görüb, geriyə belə baxmadan dönüb qaçmağa başladı. ( Allah dedi:) “Ey Musa! Yaxın gəl, qorxma! Sən əmin-amanlıqda olanlardansan!“ 32- ci ayə: “Əlini qoynuna sal ki, (əlin oradan) ləkəsiz, ağappaq çıxsın. Qorxu keçib getsin deyə əlini özünə sıx. Bu, Firona və onun əyanlarına qarşı sənin Rəbbindən olan iki tutarlı dəlildir. Həqiqətən, onlar fasiq adamlardır”.
ADNAN OKTAR: Adamların imanı niyə zəifdir və niyə onlara möcüzə göstərilir? Çünki ən əhəmiyyətli mövzu, insanlara iman həqiqətlərinin göstərilməsi və izah edilməsidir. Allah Təala Musa (ə.s)-ın əlindəki əsasını atmasını nə üçün istəyir? Və ilana çevrilib, onların görməsini nə üçün istəyir? Çünki adamlar təkamülə inanırlar. Təkamül inancı ilə zəhərlənmişlər və inancsız, ateistdirlər. Allah onların ateistlikdən xilas olub, yaradılış inancına, Allahın yaratdığı inanca dönmələrini istəyir və onun üçün isbat yaradır, maşaAllah.
Yasəmən xanım: 33-cü ayədə Allah Təala buyurur: “Dedi ki: “Rəbbim, həqiqətən onlardan bir adam öldürdüm, məni öldürmələrindən qorxuram”. 34-cü ayə: “Qardaşım Harun dildə məndən daha bəlağətlidir. Onu da, (dediklərimi) təsdiqləyən bir köməkçi kimi mənimlə birlikdə göndər. Mən, həqiqətən də, onların məni yalançı sayacaqlarından qorxuram!”. 35-ci ayə: “(Allah) buyurdu: “Sənin arxanı qardaşınla möhkəmləndirəcək, ikinizə də dəlil (möcüzə və qüdrət) verəcəyik. Onlar ayələrimiz sayəsində sizə heç bir pislik edə bilməyəcəklər. Siz də, sizə (iman gətirib) tabe olanlar da mütləq qalib gələcəksiniz!”
ADNAN OKTAR: Bəli, Allah tərəfdarları qalib gələcəklər, inşaAllah.
Yasəmən xanım: 36-cı ayə: “Musa açıq-aşkar ayələrimizlə (Firon əhlinin) yanına gəldikdə onlar: “Bu (sənin tərəfindən) uydurulmuş sehrdən başqa bir şey deyildir. Biz öz ulu babalarımızdan bu barədə heç bir şey eşitməmişik!”―dedilər. “
ADNAN OKTAR: Bu nədir? İman zəifliyidir. Orada göstərdiyi dəlillər, möcüzələr onların imanlarının artması üçün, ağıllarını, ürəklərini razı salmaq üçündür. Mövzu nədir? İman zəifliyinin aradan necə qaldırılacağıdır.
Yasəmən xanım: 37-ci ayə: “Musa dedi: “Rəbbim Öz dərgahından kimin hidayətlə (doğru yola rəhbərliklə) gəldiyini və axirət yurdunun (gözəl aqibətinin) kimə nəsib olacağını daha yaxşı bilir. Həqiqətən, zalımlar nicat tapmazlar!” 38-ci ayə: “Firon (istehza ilə) dedi: “Ey əyanlar! Mən sizin üçün özümdən başqa bir tanrı olduğunu bilmirəm. Ey Haman! Mənim üçün od qalayıb palçıqdan kərpic bişir və bir qüllə tikdir ki, (ora qalxıb) bəlkə, Musanın tanrısına çatam. Axı mən onu, həqiqətən, yalançı sayıram!”.
ADNAN OKTAR: Yenə iman zəifliyinə görə, materialist düşüncəyə sahib olduğu üçün belə düşüncəsiz şəkildə, axmaq-axmaq danışır. Darvinistlər də Firon kimi eyni düşüncəyə, fikirə sahibdirlər.
Yasəmən xanım: 39-cu ayə: “(Firon) və əsgərləri yer üzündə nahaq yerə təkəbbür göstərdilər və elə güman etdilər ki, (öləndən sonra bir də dirlib) hüzurumuza qaytarılmaycaqlar!”
ADNAN OKTAR: Küfr həmişə hərbi güclə insanları həzm etməyə çalışmışdır, Quran ona işarə edir.
Yasəmən xanım: 40-cı ayə: “Buna görə də onu və əsgərlərini tutub dənizə atdıq. (Ya Rəsulum!) Bir gör zalımların axırı necə oldu!
41-ci ayə: “Biz onları oda çağıran rəhbərlər təyin etdik. Qiyamət günü onlara kömək edilməyəcəkdir”.
42-ci ayə: “Bu dünyada onlara lənət damğası vurduq (hamı onlara lənət oxuyar), qiyamət günü isə onlar çirkin (iyrənc, Allahın rəhmətindən kənar edilmiş) kəslər olacaqlar”.
43-cü ayə: “Biz əvvəlki nəsilləri məhv etdikdən sonra Musaya insanlar üçün açıq-aydın dəlillər, doğru yolu göstərən və rəhmət olaraq Kitab verdik ki, bəlkə, düşünüb ibrət alsınlar”.
ADNAN OKTAR: Allah orada Tövratı tərifləyir. O ayəni birdə oxu.
Yasəmən xanım: 43-cü ayə: “Biz əvvəlki nəsilləri məhv etdikdən sonra Musaya insanlar üçün açıq-aydın dəlillər, doğru yolu göstərən və rəhmət olaraq Kitab verdik ki, bəlkə, düşünüb ibrət alsınlar”.
ADNAN OKTAR: Yəni bu kitab (Tövrat) tamamilə itmiş deyil. Haqq olan qisimləri etibarlıdır, inşaAllah.