“Şəxsi İsa Əleyhissalamın qılıncı ilə öldürülən şəxsi Dəccalın təşkil etdiyi dəhşətli maddiyyunluk və dinsizliyin əzəmətli heykəli və şəxsi mənəvisini öldürəcək və ilahi varlığı inkar edən fikri küfrisini məhv edəcək olan ancaq İsəvi ruhanilərdir ki, o ruhanilər dini İsəvinin həqiqətini həqiqəti İslamiyyə ilə birləşdirəcək o qüvvət ilə onu dağıdacak, mənəvi olaraq öldürəcək”.
(Şüalar, səhifə. 917)
Bax, Bədiüzzaman ilk olaraq İsa (ə.s)-ın dəccaliyyəti öldürəcəyini bildirir. Xristianlar onsuz da anti-dəccaldırlar, necə dəccal olsunlar? Yəni, dəccalı öldürəcək bir sistemdir xristianlar. “Şəxsi İsa Əleyhissalamın qılıncı ilə öldürülən şəxsi Dəccalın”.Yəni, Dəccalı öldürəcək deyir xristianlar. “Hz. İsa (ə.s)-ın rəyasəti altında, hz. İsa (ə.s)-ın nəzarəti, liderliyi altında dəccaliyyəti yox edəcək” -deyirlər. Bədiüzzamanın izahı. Bir sözlə, anti-dəccal olan xristianlar müttəfiqimizdir. Anti-xrist yox, anti-dəccaldır. Yəni, xristianlar dəccalın əksidir. “Dəccalın təşkil etdiyi dəhşətli maddiyyunluk və dinsizlik əzəmətli heykəli və şəxsi manəvisini”yəni, darvinizm, materializmin şəxsi mənəvisi, bütün dünyadakı; universitetlərdə, məktəblərdə, oradakı-buradakı hakimiyyəti,“məhv edəcək olan”bax, dəccaliyyəti məhv edəcək deyir.
“Ancaq İsəvi ruhaniləridir ki”Hanı anti-xristlər? Bədiüzzaman nə deyir? “Anti-dəccaldırlar” -deyir. Bax, dəccaliyyəti “məhv edəcək olan ancaq İsəvi ruhaniləridir ki;”xristianlardır ki və ya rahiblərdir, din adamlarıdır ki “o ruhanilər, dini İsəvinin” xristianlığın, “həqiqətini həqiqəti İslamiyə ilə birləşdirəcək”xristianlığın həqiqətlərini Quranın həqiqətləri ilə, İslamın həqiqətləri ilə birləşdirərək, o “qüvvətlə dəccaliyyəti dağıdacaq, mənəvi olaraq öldürəcək” –deyir Bədiüzzaman, Şüalarda.
“Missionerlər və xristian ruhaniləri, həm Nurçular çox diqqət etməlidirlər. Çünki, hər halda şimal cərəyanı; İslam və İsəvi dininin hücumuna qarşı özünü müdafiə etmək fikri ilə, İslam və missionerlərin ittifaqlarını pozmağa çalışacaq”. (Emirdağ Lahikası, səh. 275)
Bax, Bədiüzzaman deyir ki;“Missionerlər”xristian missionerlər,“və xristian ruhaniləri, həm Nurçular,”Nur tələbələri ”çox diqqət etməlidirlər”.Çox diqqətli olsunlar deyir. “Çünki, hər halda şimal”, yəni sol, kommunist“cərəyanı; İslam və İsəvi dininin hücumuna qarşı”yəni, müsəlmanlarla xristianların ittifaq edib dəccaliyyətə qarşı hücum etmələrinə qarşı dəccaliyyət“özünü müdafiə etmək fikri ilə, İslam və missionerlərin ittifaqlarını pozmağa çalışacaq”. “Diqqət edin” -deyir. Yəni, “xristianlar ilə müsəlmanların ittifaqını dəccal yox etməyə çalışacaq” -deyir.
“Həm aləmi insaniyyətdə Allahı inkar niyəti ilə mədəniyyət və insanların müqəddəs dəyərlərini alt-üst edən Dəccal komitəsini, Həzrəti İsa Əleyhissalamın dini həqiqisini İslamiyyətin həqiqəti ilə birləşdirməyə çalışan hamiyətkar və fədakar bir İsəvi camaatı adı altında və “Müsəlman İsəviləri” ünvanına layiq bir cəmiyyət, o Dəccal komitəsini, Həzrəti İsa Əleyhissalamın rəyasəti altında öldürəcək və dağıdacaq, bəşəri Allahı inkar düşüncəsindən qurtaracaq”. (Mektubat, səhifə. 748)
“Hz. İsa (ə.s)-ın dini həqiqisini(həqiqi xristianlıq dinini)İslamiyyətin həqiqəti ilə birləşdirməyə çalışan(Quranın həqiqəti ilə birləşdirməyə çalışan)hamiyətkar və fədakar bir İsəvi camaatı(bir xristian camaatı)adı altında və Müsəlman İsəviləri ünvanına layiq bir cəmiyyət o dəccal komitəsini Hz. İsa (ə.s)-ın rəyasəti altında(şəxsən onun nəzarəti altında)öldürəcək və dağıdacaq və bəşəri inkarı uluhiyyətdən(Allahı inkar düşüncəsindən)qurtaracaq”.Yəni, “darvinizmi, materializmi yox edəcək” -deyir. “Hz. İsa (ə.s) və onunla bərabər olan xristian ruhanilər” -deyir. Amma, “Quranın həqiqətləri ilə birləşdirərək bu gücü əldə edəcəklər” -deyir.
Köhnə Vəsiyyətdə baxın necə keçir:
“Rəbb mənə bu cür dedi:”Tarixlər 28/6“Məbədimi ve həyətimi düzəldəcək olan oğlum Süleymandır. Onu (Süleymanı) özümə oğul seçdim. Mən də ona ata olacağam”.Bu mütəşabih mənadadır. Bütün yəhudilər bilir bunu. Qoruyacağam. Oğlum demək, mənəvi olaraq. Mənim qulum mənasında istifadə olunan bir kəlimədir.
Mezmurlar 89-26/29
“Atam sənsən deyə səslənəcək mənə”.Ata deyərkən, bizim bildiyimiz klassik mənada ata yox. Yaradan, yemək verən, hər şeyi ona tabe edən Allaha sevgi ifadəsi olaraq atam deyə söyləyir. Mütəşabih. “Mən də onu ilk oğlum, dünyadakı kralların ən ucası edəcəyəm”.Bax, “ilk oğlum” hz. Davud üçün söyləyir Allah. Tərif sözü. Düz mənasında onsuz da müşrik olaraq qəbul edər yəhudilər. “Rəbbin bildirişini elan edəcəyəm. Mənə sən mənim oğlumsan dedi. Bugün mən sənə ata oldum”.Səni qoruyan, səni yaşadan, sənə yaxşılıq verən mənasında. Kral Məsihə istinadən. Mehdiyə istinadən.
Mezmurlar 22-2/7 “Rəbbim bildirsin, elan edəcəyəm. Mənə “sən mənim oğlumsan” -dedi”.Kral Məsihə, Mehdiyə, sən mənim oğlumsan deyir Allah. Yəni, tərif sözü olaraq. Allahın ona sevgisini ifadə edən bir söz. Yəni, “Səni Mən yaratdım, səni mən qoruyuram”. “Bugün mən sənə ata oldum”.Mənəvi mənada.
Mezmurlar 22-2/8-9
“Dilə məndən. Miras olaraq sənə ulusları, mülk olaraq yer üzünün dörd bucağını verim. Dəmir çomaq ilə qıracaqsan onları. Saxsı kimi parçalayacaqsan”.Yəni, küfrü, dəlaləti saxsı kimi partladacaqsan deyir. “Hər şeyə hakim Rəbb, öz xalqımı ortaya çıxardığım gün”yəni, öz ümmətimi, müsəlmanları ortaya çıxartdığım gün “mənim olacaqlar deyir, “Bir ata özünə xidmət edən oğlunu necə qoruyarsa, mən də onları o cür qoruyacağam”.Ata şəvqətini vurğulamaq üçün, ata qorumasını vurğulamaq üçün söylənilmiş sözdür Tövratda. Xristian qardaşlarımızın bir qismi bunu başqa cür şərh edirlər. Həqiqi oğul imiş kimi. Allah o cür bir haldan münəzzəhdir.
Süleymanın Özdeyişleri 3/11
“Oğlum, Rəbbin verdiyi tərbiyəyə xor baxma, Onun məzəmmətinə nifrət etmə”.Allahın səni məzəmmət edə bilər. Bir xəstəlik verə bilər, bir narahatlıq verə bilər. “Ata sevdiyi oğlunu necə məzəmmət edərsə, Rəbb də sevdiyini elə məzəmmət edər”.Bu oğulluq atalıq nədir? Mütəşabih. Sevgini, yaxınlığı, qorumağı vurğulamaq üçündür. Onun üçün biz xristian qardaşlarımızın bu məntiq ilə baxacaqlarını bildiyimiz üçün onlara şəvqətlə baxırıq.