Kitab əhli ilə əlaqədar ayələr

Ali-İmran surəsi, 113-115:

 

ALTUĞ BERKER: Şeytandan Allaha sığınıram. “Onların hamısı eyni deyil. Kitab əhli içərisində düzgün (sabitqədəm) bir camaat vardır ki, onlar gecə vaxtları səcdə edərək Allahın ayələrini oxuyurlar. Onlar Allaha, axirət gününə inanır, (insanlara) yaxşı işlər görməyi əmr edir, (onları) pis əməllərdən çəkindirir və xeyirli işlər görməyə tələsirlər. Onlar əməlisaleh şəxslərdəndirlər. Onların yaxşılıq naminə etdikləri işlərdən heç biri inkar edilməz (mükafatsız qalmaz). Şübhəsiz ki, Allah müttəqi olanları tanıyır!”

 

ADNAN OKTAR: Biz Quranda bəhs edilən, Allahın təriflədiyi Əhli-Kitabı sevirik və dəstəkləyirik. Cübbəlinin bu ayələrdən xəbəri yoxdur və yaxud görməməzliyinə vurur.

 

Ali-İmran surəsi, 199:

 

ALTUĞ BERKER: “Şübhəsiz, Kitab əhlindən, Allaha; sizə və özlərinə nazil olanlara (Allaha dərin hörmət göstərənlər olaraq) inananlar vardır. Onlar Allahın ayələrini ucuz qiymətə satmırlar. Məhz bunların Rəbləri Qatında əcrləri (mükafatları) vardır” deyir, inşaAllah.

 

ADNAN OKTAR: Quran bizə, bizim sevdiyimiz Əhli-Kitabı təsvir edir. Biz bu insanları sevib, dəstəkləyirik. Cübbəli bu ayələri bilməlidir. Bir tərəfli, bir ayənin üzərində dayanır. Digər ayələri nə üçün oxumursan? Bunlar da Quran ayələridir.

 

 Ali-İmran surəsi, 75:

 

ALTUĞ BERKER: “Kitab əhlindən elə kəslər vardır ki, əgər onlara çoxlu əmanət versən, onu  sənə qaytararlar; amma elələri də vardır ki, onlara təkcə bir dinar qızıl əmanət versən, başlarının üzərində durub tələb etməyincə sənə qaytarmazlar”.

 

ADNAN OKTAR: Deməli, yaxşısı da var, pisi də var. Məsələn, Allah Təalanın Quranda təqdir etdiyi hissəsi var. O boş şey deyil. Ayəni sən bəyənmirsənsə, o zaman küfrə düşərsən. Allah bir doğru olanı söyləyir, bir də səhv olanı söyləyir.

 

 

Ənkəbut surəsi, 46

 

ALTUĞ BERKER: “Kitab əhlinin zülm edənləri istisna olmaqla, onlarla ən gözəl tərzdə mücadilə edin!”

 

ADNAN OKTAR: Deməli, Quranda  təhqir, alçaltmaq, hücum etmək, asmaq, kəsmək, bunların heç biri yoxdur. Ən gözəl tərzdə mücadilə edin”. Allah söyməyi, təhqir, hücum etməyi, asıb-kəsməyi qadağan edib.

 

ALTUĞ BERKER: “Və deyin ki: “Biz həm özümüzə nazil olana (Qurana), həm də sizə nazil olana (Tövrata və İncilə) iman etmişik. Bizim də, sizin də Allahınız birdir. Biz yalnız ona təslim olanlarıq!”

 

ADNAN OKTAR: Bizim xitabımız budur. Biz Cübbəlidən deyil, Qurandan öyrənirik. Onun verəcəyi ağıla ehtiyacımız yoxdur. Quranı, ayələri tənzih edirəm.

 

 

Ali-İmran surəsi, 64:

 

ALTUĞ BERKER: “De ki: “Ey Kitab əhli, sizinlə bizim aramızda eyni olan bir kəlməyə (tövhidə) tərəf gəlin! “Allahdan başqasına ibadət etməyək. Ona şərik qoşmayaq və Allahı qoyub bir-birimizi (özümüzü) Rəbb qəbul etməyək!”

 

ADNAN OKTAR: Cübbəli hər halda bu ayənin hökmünü də yox sayır, anladığım qədər. Biz nə deyirik? “Allah birdir deyin” deyirik. “Allah birdir” demələrini Allah bəyənir. Allah bunu bu ayədə ifadə edir. Cübbəliyə görə bu ayənin hökmü nə olmuş olur? Qəbul etmir kimi bir üslubu var. Bax, bu ayələr digər ayələri şərh edir, açıqlayır. Bu ayələri qiymətləndirməsi lazımdır. Bir ayə ilə, iki ayə ilə olmaz, hamısını qiymətləndirməlidir. O ayəni bir daha oxu.

 

ALTUĞ BERKER: İnşaAllah. “De ki: “Ey Kitab əhli, bizimlə sizin aranızda eyni olan bir sözə (tövhidə) gəlin…”.

 

ADNAN OKTAR: “Ey Kitab əhli”―yəni yəhudilər və xristianlar eyni olan bir sözə gəlin”. Deməli, müsəlman əlaqəsi olaraq onlarla danışır və onlara təbliğ edir. Nə deyir? Onları “La İlahə İlləllah”-a inandırmağa çalışır. Sonra da “Muhammədən Rəsulullah”. Davam et.

 

ALTUĞ BERKER: “…Allahdan başqasına ibadət etməyək. Ona şərik qoşmayaq və Allahı qoyub bir-birimizi (özümüzə) Rəbb qəbul etməyək!”

 

ADNAN OKTAR: Allah Təala: “Əvvəl onları şirkdən qurtarın” deyir, yəni “La İlahə İlləllaha” dəvət edin. Allah Quranda bunu gözəl bir ibadət və rəftar olaraq tərif edir. Onun arxasınca “Muhammədən Rəsulullah” təklif edilməlidir. Allah “bunu edin” deyir. Bizim etdiyimiz də budur. Və onların Allahı sevməsi, Allahın bir olduğunu söyləmələrini Allah bəyənir. Əks halda şirkdir (şərik qoşmaqdır).

 

 

 Maidə surəsi, 5:

 

ALTUĞ BERKER: Şeytandan Allaha sığınıram. “Bu gün sizə pak nemətlər halal edildi. Kitab əhlinin yeməyi sizə halal, sizin də yeməyiniz onlara halaldır”.

 

ADNAN OKTAR: Xristianların, yəhudilərin yeməyini müsəlmanlar yeyir; müsəlmanların yeməyini də xristianlar, yəhudilər yeyir. Birlikdə yemək yeyə bilirlər. Bir-birlərini asıb kəsmirlər, təhqir etmirlər.

 

ALTUĞ BERKER: “Möminlərin, həmçinin sizdən əvvəl kitab verilmişlərin azad və ismətli, namuslu, fuhuş etməyən, gizli şəkildə aşna saxlamayan qadınlar mehrlərini verdiyiniz təqdirdə (evlənmək üçün) sizə halaldır”.

 

ADNAN OKTAR: Bax, müsəlman kişi yəhudi və xristian qadınla evlənə bilər. Evləndirirsən həyat yoldaşın olur. Eyni otaqda ona “sevgilim” deyir, bağrına basırsan. İnsan həyat yoldaşına necə xitab edər? Hamısını söyləyir. Ömür boyu onunla nigahlı qalır, uşaqları olur, birlikdə yaşayırlar. Bunu mən söyləmirəm, Allah Quranda söyləyir. Cübbəlinin bu ayələri oxuması və izah etməsi lazımdır. Bunları söyləmədən bir neçə ayə ilə olmaz. Ayə ayəni açıqlayır. Məsələn, bir insanın yəhudi, xristian bir xanımı ola bilər. Ona “ey kafir” demir; “xanım” deyir, “yoldaşım” deyir. “Bu kimdir?” soruşularkən “bu kafirdir” demir, “xanımımla tanış edim sizi” deyir, “sevgilim” deyir. Kişi qadınına necə xitab etməlidirsə, o şəkildə xitab edir. Uşaqları da anasına “ey kafir” demir; “anacan” deyir, “canım anam” deyir. Quran, müsəlman kişilərin “La İlahə İlləllah” deyən xristian, yəhudi xanımla evlənməyin halal olduğunu göstərir.

 

 Maidə surəsi, 82

 

ALTUĞ BERKER: “Onlardan, iman edənlərə sevgi baxımından ən yaxın olaraq da: “Xristianlarıq” deyənləri görərsən“.

 

ADNAN OKTAR: Allah Təala: “İman edənlərə, müsəlmanlara ən yaxın olan xristianları görərsən” deyir. Cübbəlinin bu ayədən xəbəri yoxdur. Bu ayəni söyləsənə. Bu ayə heç hökmündədirmi? Bu ayə bir şey izah edir. Allah Təala: “Xristianları inananlara yaxın görərsən” deyir. Biz Allaha, Qurana inanırıq. Qurana görə bunun hökmü açıqdır, Allah izah edir.

 

 Bəqərə surəsi, 62

 

ALTUĞ BERKER: “Şübhəsiz, iman gətirənlərdən (müsəlmanlardan), musəvi (yəhudi), isəvi (xristian) və sabiilərdən Allaha, axirət gününə (sədaqətlə) inanıb yaxşı iş görənlərin mükafatları Rəbbinin yanındadır.”

 

ADNAN OKTAR: Bəli, yəni haqq din olaraq, məsələn, xristian hz.İsa (ə.s) dövründə haqq din olaraq yaşadısa Əhli-nicatdır, amma peyğəmbər əfəndimiz (s.ə.v) gəldikdən sonra peyğəmbər (s.ə.v)-i qəbul etməməsi Əhli-nicat olmasını aradan qaldırar. Şübhəsiz, “Muhammədən Rəsulullah” deməsi lazımdır. O zaman həqiqi xristian olar. Yəhudilər də hz.Musa (ə.s)-a bağlıdır, çox gözəl. Sevsin, eşqlə sevsin, böyük sədaqət göstərsin, amma Məhəmmədi olmadan həqiqi yəhudi olması mümkün deyil. Çünki müsəlmanlığın bir şərti də peyğəmbərlərin hamısına iman etməkdir. Biz müsəlmanıq, bütün peyğəmbərlərə iman edirik. Bir adam çıxsa desə ki, “mən bütün peyğəmbərlərə iman edirəm, amma bir tək hz.Nuh (ə.s)-a iman etmirəm”.

O halda müsəlman ola bilməz. Hz.Nuh (ə.s)-a iman etməlidir. Eyni şəkildə bir yəhudi də “bütün peyğəmbərlərə iman edirəm, hz.Məhəmməd (s.ə.v)-ə iman etmirəm” desə, həqiqi mənada iman etmiş olmaz. Çünki peyğəmbərləri ayırmış olar. Peyğəmbərimiz (s.ə.v)-in peyğəmbər olduğu açıqdır. İslam peyğəmbəri olduğu dəqiq və müəyyəndir. Heç bir vicdan əksini söyləyə bilməz. Bir xristian da eləcə bütün peyğəmbərləri qəbul edib, peyğəmbərimiz (s.ə.v)-i qəbul etməzsə, həqiqi bir xristian ola bilməz. Həqiqi bir İsəvi olmaq istəyirsə, mütləq Məhəmmədi olmalıdır (Məhəmməd peyğəmbəri qəbul etməlidir). Mütləq Qurana tabe olmalıdır. Qurana tabe olduğunda həqiqi İsəvi olar. Hər müsəlman həqiqi mənada (daha əvvəl də söylədim) həm Məhəmmədidir, həm yəhudidir, həm İsəvidir, həm Nuhudur, həm Yaqubudur, bütün peyğəmbərlərə bağlıdır. Çünki peyğəmbərlərin hamısı təriflənir. Onların nə dediyi də Quranda olduqca çox izah edilir. Hamısına tabe olmuş olur. Hz.İbrahim (ə.s)-ın hər sözünə tabeyik, Qurandakı hər sözünə. Və bilavasitə eyni zamanda İbrahimiyik.

images (5)