QURANIN HÖKMÜNƏ GÖRƏ ALLAHIN QANUNLARINA GÖRƏ PKK MƏĞLUB OLMAĞA MƏHKUMDUR

 

PKK məğlub olmağa məhkumdur. (Əhzab surəsi, 25) “Allah kafirləri” PKK inkarçımı? İnkarçı. Küfr, tağut, dəccaliyyət. Allah, “qəzəbli olduqları halda geri qaytardı” –deyir. Bunlar kinlimi? Kinli. Hirslimi? Hirsli. Amma Allah geri qaytardı deyir. “… və onlar heç bir xeyrə nail olmadılar”. Allah müvəffəqiyyətli ola bilməyəcəklər deyir. “Döyüşdə Allah möminlərə kifayət etdi”. Deməli, türk ordusu qalib gələcək. “Allah Qüvvətlidir, Qüdrətlidir”. Bu ayəyə görə açıqdır. O qədər çox elə ayə var. Möminlərin, inananların daim qalib gələcəyinə dair. Küfrün də hüsrana uğrayacağına dair.

(Nisa surəsi, 141) “… Allah kafirlərə möminləri məğlub etməyə yol verməyəcəkdir”. Bu ayəyə görə də PKK-nın qalib olması qeyri-mümkündür. Mütləq məğlub olar.

(Tövbə surəsi, 107) “Müsəlmanlara zərər vurmaq, küfr etmək, möminlərin arasına təfriqə salmaq məqsədilə, əvvəlcədən Allaha və Onun Elçisinə qarşı müharibə edən kimsəni gözləmək üçün məscid tikənlər, əlbəttə: “Biz yaxşılıqdan başqa bir şey istəmədik” – deyə and içəcəklər. Allah şahiddir ki, onlar yalançıdırlar”.

PKK nə etmək istəyir? Zərər vurmaq istəyir. Ayədə deyir ki, bir; “Zərər vurmaq”, İki; “küfr etmək”, bunlar – darvinist, materialist, stalinistlər küfrü gücləndirir. Təbliğat aparıb gəncləri, insanları imandan soyutmağa çalışırlar. Allah inancına qarşı mübarizə aparırlar. “… möminlərin arasına təfriqə salmaq”, Türkiyəni bölmək istəyirlər. Kürd qardaşlarımızla bizim aramıza təfriqə salmaq istəyirlər. “… əvvəlcədən Allaha və Onun Elçisinə qarşı müharibə edən kimsəni gözləmək”. Türkiyəyə qarşı döyüşsün deyə Amerikanı müşahidə edirlər. “… üçün məscid tikənlər”, yəni orada toplananlar. Orada hərəkat qurmağa çalışanlar. “… əlbəttə: “Biz yaxşılıqdan başqa bir şey istəmədik” deyə and içəcəklər”. Bunlardan soruşduqda biz sülh, qardaşlıq, yaxşılıq, gözəllik, hüzur istəyirik, başqa istədiyimiz bir şey yoxdur deyirlər. Allah, “Allah şahiddir ki, onlar yalançıdırlar”. deyir. Tam PKK-ya baxan bir ayədir.

 

SƏMİMİYYƏT İNSANA BAHA BAŞA GƏLƏR

 

Dərin iman üçün elə bir fövqəladə enerjiyə ehtiyac yoxdur. İnsan çox səmimi olsa, dərin iman dərhal meydana gələr. Dini ona görə çox çətin görürlər. Deyir: “Çox təfəkkür etməliyəm, çox dərin düşünməliyəm”. Sən istəməyinlə dərin düşünə bilməzsən, Allah səni dərin düşündürər. Müstəqil bir gücün yoxdur. Elə isə edəcəyin səmimi olmaqdır. Səmimi olub Allahdan tələb etməkdir. Səmimi olmaq zövqlü bir şeydir. Səmimiyyət insana baha başa gələr. Səmimi adam dəlixanaya da girər, həbsxanaya da girər, başına bəla da gələr. Sən rahat yaşayırsan. Mənfəətinə, lazım olan yerdə maraq, əlaqə göstərirsən. Mənfəətini körpəni qoruyurmuş kimi qoruyursan. Orada səmimiyyət hanı? İnsanın imanını dərinləşdirməsi məşğul olmaqla əlaqəli bir şey deyil. Səmimiyyəti getdikcə inkişaf etdirməklə olar. Belə olacaq; səmimiyyət, onun başına bəla açmalıdır. Səmimiyyət insanı çətinə salar. Səmimi olarsan, yuxusuz qalarsan. Səmimi olarsan, yorularsan. Məsələn, indi mən, “İndi gec oldu, başımı qoyub yatım” desəm, ola bilər, məntiqli olar. Amma baxdım izləmə çox yüksək, on minlərlə insan hələ bir telefonlarıyla izləyirlər. Vicdanım izin vermədi. Söhbətə geri gəldim. Nə olur? Bu an mən yoruluram. Vicdanım sevinir. Vicdanım bayram edir. Amma nəfsim yorulur. İndi səmimi qərar verdinsə, belə olur. Yorularsan. Çətinə girərsən, başına bəla gələr. Həbsxanaya girərsən, dəlixanaya girərsən.