A9 TV, 9 may 2015

 

(“Federasiyanın sizə nə zərəri var?” tamaşaçı sualına cavab olaraq)

Federasiya demək Türkiyənin parça-parça olması deməkdir. Ölməyin sizə nə zərəri var, bu, demək kimi bir şeydir. Parça-parça olunca nə zərəri var deyilərmi? Birinci mərhələ federasiya, ikinci mərhələ müstəqillikdir. Adam dövlət quracaq, yəni ayrılacaq. Anadoluda kiçik bir torpaq parçasını Türkiyə olaraq qəbul edəcəklər, ondan sonra bitdi. Ona da onsuz da bir müddət sonra icazə verməzlər. Bir dəlilikdir gedir, Amerika manyaklıq edir. Amerikaya neçə dəfə dedim, “Bəlanızı axtarmayın, Allah bəlanızı verər” dedim, hər Allah bəlanızı verər dediyimdə Allah bəlalarını verdi, həmişə qiyam oldu. Neçə dəfə söylədimsə hamısında qiyam oldu. Bu dəfə geniş əhatəli bir zənci qiyamı olar, Amerikada daş-daş üstündə qalmaz. Hər yeri yandırıb dağıdarlar. Amerikan dərin dövləti bəlasını axtarmasın.

(Diyarbakırda bir çox evə eyni zamanda basqın təşkil edən xüsusi hərəkat polisləri çox sayda adamı nəzarətə altına aldılar. Polislərin basqın etdiyi qapılara sprey boyayla “TC Buradadır” yazdıqları iddia edildi.)

Halaldır. Gözəl, doğru yoldadırlar, davam. Xüsusi hərəkatçılar etmişdir. Mənim qapıma elə yazsalar, fəxr edərəm. Kürd qardaşlarımız da fəxr etsinlər. “TC Burada” nə deməkdir? Bir daha PKK bura girə bilməz deməkdir. Artıq ordunun əli tutulmaz, qanunla hüquqla davam.

(Məşhur Neoconlardan Michael Robin, Amerikanın Bərzani rəhbərliyinə deyil, əgər silah verəcəksə birbaşa YPG-yə silah verməli olduğunu yazdı. YPG-nin qəhrəmanca döyüşdüyünü, Suriyada ideal bir rəhbərlik modeli meydana gətirdiyini iddia edir. PKK də artıq Türkiyədə barışı müdafiə edir deyə iddia edir.)

Kommunist, Stalinist bir təşkilatdır, qan tökücü bir təşkilatdır, sən ona necə silah verərsən? Bir də Amerikalıyam deyirsən. Doğrudan YPG deyə bir şey yoxdur. PJAK deyə bir şey yoxdur. PKK vardır. Bunlar PKK-nın müxtəlif adlarıdır.

(Cem Kiçik Manisada dərnəklərə edilən əməliyyatları tənqid edən Bülent Arınç üçün sərt ifadələr söylədi. “Manisa Təhlükəsizlik Müdiri dövlətin arxasında olduğunu bilsin. Onun getdiyi yol doğrudur. Qorxaqlarla yol gedilməz. Bizə Qəhrəman Şəriflər lazımdır, qorxaqlar deyil” deyə yazdı.)

Bu tip şeylərdə bəziləri də “Bu doğru gedirmi görəsən?” deyə soruşursa və yaxud soruşanların olmasını istəyən insanlar varsa, buna da müsbət baxmaq lazımdır. “Mənə nə, mənə toxunmayan istədiyi kimi yaşasın” deyə bilmərik. Yaxşı, qanuna hüquqa hörmətimiz böyükdür, amma “bu əməliyyat doğru edildimi, lazım idimi?” kimi hüquqi olaraq bir insan araşdırma etmək istəyirsə, buna hörmət etmək lazımdır. Bunda bir şey yoxdur. Məsələn, bu gün azadlıq verdiyi üçün həbs olunan hakimin yoldaşı da vəzifəsindən azad edildi. Bunlar normal şeylər deyil. Bunlar şüuraltında çox mənfi təsir edər, zənn edildiyi kimi olmaz. Bəlkə həqiqətən, cinayət törətmiş ola bilərlər, amma hərhalda bir gün bu insanlara azadlıq verəcək bir hakim çıxacaq. Ergenekoncular mühakimə olundu, beş il sonra bunlar buraxıldı. İndi bunların da buraxılması lazım olacaq. Adam qorxar. Bu qədər üstünə getmək olmaz. Bir azadlıq qərarı verdisə və yaxud başqa cür bir qərar verdisə, buna yargıtay baxsın.

(HDP həmsədri Səlahəddin Dəmirdaş, “İlkin hədəfimiz sülh olacaq, yəni dağlarımızda güllə səsi deyil, quş səsi olsun. Əsla çözüm sürəcindən, barış sürəcindən imtina etməyəcəyik” dedi)

Amma quş səsi dinləməyimiz üçün orada PKK böyürtüsü olmamalıdır. Onun üçün onları oradan qaya porsuğu kimi çıxartmalıyıq. Türk ordusu qanunla, hüquqla gərəyini etsin.

(Səlahəddin Dəmirdaş, Respublika başçısı Ərdoğanın Cənub-şərq mitinqində kürsüdə Kürdcə Quran göstərməsiylə əlaqədar olaraq, “Allahu Təala, o müqəddəs Kitabı sən mitinqində reklam et deyəmi göndərib? Kim ki bu dinin məqsədlərini öz mənfəətləri üçün istismar edirsə, Allah onun haqqından gələcək, inşaAllah” dedi)

Səlahəddin paşa orada səhv bir dünyagörüşü içərisindədir. Hökumət 10 mindən çox Kürdcə Quran nəşr etdirib. Hələ paylanmamış olması bir şey dəyişdirməz. Qısa müddət sonra paylayacaq deməkdir. Bu gözəl bir işdir, xeyirli bir işdir. Bunu Müsəlmanlara müjdələməsi insanların içini açar. Bunda nə varki? Sən də Quranı əlinə al, Quranla izah et, öp alınına qoy. Hər kəs səni sevər. Rahat ol.

Səlahəddin Dəmirdaş, əslində, mənim gördüyüm qədərilə təmiz biridir. Çox dürüst, əfəndidir. Mən onun şəxsində bir anormallıq görə bilmirəm. PKK-ya görə başı bəladadır. Hökumət PKK-nı çökərtsə, Səlahəddin Dəmirdaş həqiqətən, çox müvəffəqiyyətli, qiymətli bir siyasətçi olaraq rahat fəaliyyət göstərə bilər. O zaman bölünməyə də ciddi vəziyyət alacaq. Ağlı başındadır, niyə federasiyanı, onu-bunu istəsin? Muxtariyyətliyi niyə istəsin? O bəlanın fərqindədir. Amma PKK başının üstündədir, nəfəsini hiss edir.

 

Din olmadan həyatın bir mənası olmaz

Din olmadan insan havalanar. Həyat qorxunc olar. Bir də uydurma din çox qorxuncdur. Allah verməsin. İslam olmasaydı, məhv olacaqdıq. Allah verməsin. Çünki İncilin içərisindən haqq hökmləri çıxarmaq o qədər çətindir ki. Yüzlərlə İncildən 4 ədəd qalıb. O aydınlığı çox çətin əldə edə bilirik. Amma əlbəttə, İncilin gözəl istiqaməti sevgidən çox bəhs etməsidir. Məhəbbətdən, dostluqdan, bağışlamaqdan, qardaşlıqdan çox bəhs edir. O istiqamətiylə çox fərahladıcıdır. Çox iç açıcıdır. Tövrat Allah sevgisində çox coşğuludur. Bəzi yerlərdə, əlbəttə, çox ürküdücüdür. Allaha baş tutan, Allaha meydan oxuyan üslublar var, haşa.

 

Yeni ildən bəri 102 qadın əri tərəfindən öldürülüb. Əksəriyyəti də uşaqlarının gözünün qarşısında öldürülüb.

Bu necə də asan hala gəlib. Bu qadınlar həmişə polisə gedirlər, polis deyir: “Bir şey olduğunda bizə zəng vurun biz gələrik” -deyir. Adam çəkib vurur. Belə olmaz. Adamı etdiyinə edəcəyinə peşman edəcəksən. Bir qadını biri təhdid etdiyində, ölümlə təhdid etdiyində qanunla, hüquqla anasından əmdiyi südü burnundan gətirəcəksən. Silah olması ehtimalına qarşı nəfəs aldırmadan evinə basqın təşkil ediləcək. Üç gün sonra bir daha, bir həftə sonra bir daha. Belə bir vəziyyətdə onsuz da silah ola bilməz. Küçədə cəld tutub yenə üst axtarışı, tort mağazasına gedib polis yenə qarşısına oturacaq. Bunlar əvvəllər edilərdi, indi etmirlər. Qorxutsalar, edə bilməz.

 

Xəstəxanalar fərah və gözəl mənzərəli olmalıdır

Otağın bir küncündə yataqda sistem taxılı ağır xəstələrin olduğu xəstəxanalar olur. Ölüm iyi gəlir. Adam orada məhv olar. Mənzərə yox, işıq yox, heç bir şey yoxdur. Məzar kimi. Adam, sanki, oraya ölməyə gəlib. Sanki, ölümünü gözləyir. Amma belə mənzərəli, fərah xəstəxanada olan xəstələrə baxıram, çox tez sağalırlar. Əhval-ruhiyyələri yaxşı olur. Dərhal sevincləri gəlir. Amma o xəstəxanalar da çox bahalıdır.

(“Osmanlının 600 il prezidentliklə (padşahlıqla) idarə olunduğunu unudursunuz” tamaşaçı mailinə cavab olaraq)

Onu tam mənasıyla qarışdırırlar. Padşah: “Ey Çandarlı, sən buraya gedəcəksən” -deyir, oraya gedir. “Ey filan paşa, sən də buraya gedəcəksən” -deyir, oraya gedir. Əgər bir səhv etsə, kəlləsini mənə gətirin, deyir. Əlbəttə, bu çox qorxunc metoddur. Amma Osmanlıda mərkəzdən rəhbərlik vardı. Burada mərkəzdən rəhbərlik yoxdur. Burada adamlar özü özünü idarə edəcək. Hər kəs ayrı dövlət olur. Bunu anlamırlar.

(Əmrə Uslu dünənki yazısında “Ərdoğan HDP, Dəmirdaş, Şam, hər kəsi tənqid edir, amma Öcalana niyə heç bir söz söyləmir?” deyə bir yazı yazdı. Yazısında MİT içində bir qolun Ərdoğanı səhv məlumatlandıraraq Öcalanla həll ola biləcəyinə inandırdığını söylədi. “Planın nəticəsi bura gedir: Ərdoğana Öcalanın qarşısında diz çökdürüb kömək istədəcəklər. Ədliyyə naziri ölüm oruclarıyla bu vəziyyətə düşmüşdür. Yaxında Ərdoğana da Öcalanın qarşısında diz çökdürücəklər” -dedi)

Yox, Tayyib hocaya bir şey olmaz. Bizlər varkən, əvəlAllah kimsə telinə toxuna bilməz. Yəni əxlaqsızlıq, adilik etdirmərik. Qanunsuzluq, hüquqsuzluq etdirmərik. Belə bir şeyə icazə vermərik. Əlbəttə, qanunla, hüquqla. Bura dağ başı deyil. Bax, gördünüz, etməyə cəhd edənlər nə hala gəldilər.

(Bülent Arınçın məclis sədri olduğu dövrdə Diyanət İşləri Nazirliyi üçün “dünyəvi bir ölkədə olmaz” dediyi ortaya çıxdı. 6 may 2006 tarixli “Milliyet” qəzetində nəşr olunan xəbərə görə Arınç Türkiyədə Diyanət İşlərinin qaldırılmasını tövsiyə edərək imamların maaşlarının ödənməsi və məscidlərin baxımına qədər bütün işlərin vəqflər vasitəsilə edilməsini təklif edib.)

Elə şey olarmı? O, çox təhlükəli olar. Almaniyada etdilər; Süleymançıların məscidi ayrı, Nurçuların məscidi ayrı, Nəqşilərin ayrıdır. Çox əcaib oldu. Olmadı. Belə yaxşıdır.

(Cəmiyyət Nizamı və Təhlükəsizliyi Məsləhətçiliyi meşəbəyilik sistemiylə əlaqədar iş başlatdı. Meşəbəyilərin işlədiyi bölgələrə dağılan məsləhətçilik vəzifəliləri xalqa və təşkilatlara sistemin işləyişiylə əlaqədar suallarla yanaşı bir də “meşəbəyilik sistemi davam etməlidir, yoxsa qaldırılmalıdır?” sualını yönəltdi. Araşdırma aparan vəzifəlilər meşəbəyiliyin qaldırılması vəziyyətində meşəbəyilərin çöl inkişaf çərçivəsində məşğulluq ediləcəyini, verilən maaşlarının kəsilməyəcəyini söyləyirlər.)

PKK təhlükəsi olduğu müddətcə meşəbəyilik də lazımdır. Bunun o tərəf bu tərəfi yoxdur, mübahisəlik tərəfi də yoxdur. PKK qalxmış olsa meşəbəyilik qalxsın. PKK varsa, meşəbəyilik mütləq olacaq, lazımdır. Yəni bunun araşdırılması deyə bir mövzu olmaz. PKK var, “əsgəri qaldıraqmı?” Bu olacaq işdirmi? Onun tarazlığı odur. PKK təhlükəsi varkən bu səbəbdən onun araşdırılması səmimiyyətsiz bir hərəkətdir. “PKK-nı qaldıraqmı?” niyə demirsən? Sən “PKK-nı qanunla, hüquqla məhv edəkmi? Nə deyirsiniz?” deyə bir anket et. Niyə meşəbəyiliyi qaldırmağa qalxırsan? Onsuz da bir ovuc meşəbəyi var. Çox nalayiq və çox gərəksiz bir ön hazırlıqdır. Meşəbəyiliyi qaldırmağa yönəlmiş bir hərəkət kimi görülür. Hiyləgər bir hərəkət demirəm bax, bağlı bir hərəkət olaraq görünür. Bunu heç xoşlamadım, qəribədir.

“Otuz ildir hər atəşkəsdə PKK-nın ilk şərti meşəbəyiliyin qalxması olur”.

Qardaşım, PKK meşəbəyilik qalxsın deyirsə, Abdullah Öcalan “meşəbəyilik qalxsın” deyirsə, bil ki, lazımdır deməkdir. “Prezidentlik sistemi olsun” deyirsə, bil ki, edilməməlidir deməkdir. Əksini edəcəksən.

 

Şiələrdə və ələvilərdəki coşğulu Mehdi sevgisi, Əhli Beyt sevgisi çox gözəldir

Şiələrin ən sevdiyim istiqaməti bu Əhli Beyt sevgiləridir. Sanki hz. Əli olan sevgisindən dəli olacaqlar. Əhli Beyt, hz. Həsən, hz. Hüseyn. Bütün Sünnilər də elə olmalıdırlar, amma mənim gördüyüm qədərilə, bu, sünnilərdə zəifdir. O qədər bəhs etmirlər. Amma, bax şiələr və ələvilərdə coşğulu sevgi var, bu, çox gözəldir. Məsələn, Mehdi sevgisi şiələrdə və ələvilərdə çox coşğuludur. Dəlicəsinə bir sevgidir. Sünnilərdə bir gərəksiz sükunət var, o yaxşı bir şey deyil. Bunu düzəltməlidirlər.