A9 TV, 21 may 2015

 

(Bakıda bina yanğınında hayatını itirmiş bütün qardaş-bacılarımıza Allahdan rəhmət diləyirik).

Allah rəhmət etsin. Hamısı şəhid hökmündədir. 16 mərtəbəli binanın 16 mərtəbəsi birdən necə yana bilər? Taxta. Yanıcı maddədən ola bilər. Binalarda yanğın üçün sənəd alınması lazım deyildi? Buna necə icazə veriblər? Heç kimə təcrübə də olmur. Yenə Allah qoruyub, daha çox insan ola bilərdi. Uşaqlar onsuz da şəhid sayılırlar. Amma yanğında, boğulmada bir şəhidlik hökmü var. Onlar daha çətin imtahan olduqları üçün, boğulma çətin bir şeydir, yanğın da çətin bir şeydir, nəfəslə mübarizə apardığı, uçqun altında qaldıqları üçün Allah onları şəhid hökmünə alır.

 

Amerikada və Avropada əzan oxunsa üzərlərinə bərəkət gələr

Əzan nə qədər gözəl bir xitabətdir. Nə gözəl yaraşır. Əslində bütün dünyada əzan oxunmalıdır. Amerikada, Avropada, onlara bərəkət gələr. Üstlərindəki uğursuzluq gedər. Nyu Yorkda əzan oxunsa bərəkət gələr onlara. Əzansız bir ölkədə yaşamaq çox çətin olar.

(18 may tarixi Stalinin törətdiyi Böyük Qafqaz Sürgününün ildönümü idi. Bu gün də Böyük Çərkəz Sürgününün ildönümüdür. Çərkəzlər 150 il öncə 21 may 1864-cü ildə Rusiya tərəfindən böyük sürgündə soyqırıma məruz qalmışlar. Təxminən bir milyon beş yüz min insan vətənini tərk etmişdir. Təxminən beş yüz min insan da sürgün zamanı və ilk məskunlaşdığı bölgələrdə hayatını itirmişdir. Stalinin sürgün siyasəti nəticəsində milyonlarla müsəlman şəhid olmuş, milyonlarla insan da yurdsuz qalmışdır).

Allah hamısına rəhmət etsin. Dünya onsuz da imtahan, əziyyət yeridir. Etdikləri dünyada qalmışdır. Allah yanına (dərgahına) almışdır, həm də şəhid kimi. Nə gözəl. Çünkü orada, şəhidlərin imtahanları davam edir, amma pozitiv imtahan var cənnətdə. Neqativ-pozitiv qarışıq deyil. Cənnətdə sadəcə savab alacaqları imkan verilmişdir. Günah qazana bilmirlər. Günahın qapısı bağlanmışdır. Şəhidlərin məkanında ancaq savaba icazə vardır. Şəhidlərin xüsusiyyəti budur.

Ona görə hamının öz yanlarına gəlməyini istəyirlər. “Bura çox böyük, gözəl bir yerdir, kaş ki, millət gələrdi”-deyirlər. Ayədə “gözləyərlər” -deyilir. Millətin gəlməməsinə bir məna verə bilmirlər -niyə gəlmirlər deyə. Burada neqativ hallar də vardır. Müsbət-mənfi ikisi qarışıq var. Ama orada sadəcə müsbət hal var. Həmişə xeyir, savab qazanırlar. Məsələn, namaz qılır savap qazanır, amma orada soyğunçuluq, anarxiya, terror, heç bir şey yoxdur. Yalan danışmaq, aldatmaq yoxdur. Ona görə həmişə yalnız birtərəfli savab qazanırlar. Həqiqətən çox zövqlüdür şəhadət aləminin mövqeyi. Amma orada da Allah sabit tutmur. Yenə vəfat edərlər, oradan cənnətə keçərlər.

Amma orada ölümləri də onların zövqlü olur. Ölmək üçün onlara bir şey olmur. Çünki eyni şey baş verir. Bir cənnətdən digər cənnətə keçirlər. Onların cənnətə getmələri zəmanətlidir. Buna görə çox gözəldir. Amma insanlar dünyada ümid və qorxu arasında olarlar. Orada isə birtərəflidir. Əslində imtahan olarlar, amma Allah sırf xoşlarına gəlməsi üçün onları, orada gözlətdirir. Çünki imtahan yoxdur, bu, imtahan deyil. Sadəcə birtərəfli olaraq səvab qazanırlar.

(Diyanət (Dini Qurum) on min ədət Kürtcə Qurani Kərim nəşr etdi. Təmənnasız olaraq Şərqi və Cənub-Şərqi Anadoluya göndərdi. “Kürtcə bilən, türkcə bilməyən qardaş-bacılarımız Quranda nə izah edildiyini bilmələrini istədik” -deyirlər.)

Serbcə, xorvatca Qurani Kərimin olması çox yaxşı olar. Bu, özəl şirkətlərin edə biləcəyi şeylər deyil. Bu, ancaq dövlət əli ilə edilə bilər. Məsələn, serbiyalı olanda, bu dildə Qurani Kərim tapıb verə bilmirik. (Qurani Kərimin bu dillərdə də olmağı) Çox yaxşı olar.

(Siz: “Səlahəddin Dəmirdaşın üslubundan müslümanlığı aydın olur”-demişdiniz. Bu gün Səlahəddin Dəmirdaş: “Allaha inanıram dediyim üçün solcu olduğumu sorğu-sual etməsinlər” -dedi və dinlə əlaqəli fikrini belə izah etdi: “Qüsura baxmasınlar, solculuqla dinsizliyi eyni tutan bu ölkədə bir şey çıxmaz. Məmləkət nə çəkdisə onlardan çəkdi. Türkiyə cəmiyyəti ilə solun görüşməməsinin, (dil tapmamasının, ortaq fikrə gəlməməsinin), ən böyük səbəbi bu İslam düşmənçiliyidir”.)

Səlahəddin Dəmirdaşın dindarlığına mən zaminəm. Açıq-aşkar hər kəs görür. Bu mövzuya dair heç bir tərəddüd yoxdur. Amma Səlahəddin Dəmirdaş kimi neçə nəfər var? Budur problem. Əlindən, üzündən həqiqətən dürüst olduğu bəllidir, üzündəki ifadə təmizdir. Amma o, getsə yerinə kim gələr? Xeyli qaranlıq tiplər də var. At oğrusu kimi adamlar var. Kimin nə edəcəyi bəlli deyil ki. Onun təmizliyinə, dürüstlüyünə inanıram. Amma Türkiyənin bölünmə təhlükəsinə qarşı olduqca laqeyddir. Mən bu mövzuda Tayyip Erdoğana da təəcüblənirəm. Mən buna qəribə baxıram. Bölücülüyə qarşı qəribə bir vəziyyət var. Prezidentlik sistemi nədir? Təhlükə böyükdür. Bölünməyə icazə vermərik. Canımız bahasına da olsa buna yol vermərik. Bu sırf mənim qənaətim deyil, bütün 80 milyonun fikridir. Amerikan dərin dövləti də elədir. Belə dəlilik etmək istəsələr etdiyinə, edəcəyinə peşman olar.

Hal-hazırda ən böyük dərdimiz Türkiyənin bölünməsi təhlükəsidir. İslam aləminin məzlumluğunu görürsünüz? Hər yerdə acınacaqlı vəziyyət, pərişanlıq var. Bu aləmi, yəni İslam aləmini qurtara bilən, kömək edə bilən təkcə bir güc var. Bir şey olanda Türkiyə yardım göndərir. Bəlli olur ki, başı bəlalar çəkəcək bir ölkədir. Bununla əlaqədar Cənub-Şərqi Anadoluda belimizi qopardırlar. Qaradənizdən Mərsinə qədər. Qardaşım, biz ondan sonra onsuz da tələyə düşmüş olarıq. Türkiyə parça-parça olar.

Ondan sonra biz, İslam aləmini necə qurtara bilərik? Bunu etmək istəsələr biz, dəli olarıq. Qanunla hüquqla edə bilməyəcəyimiz şey yoxdur. Dəli, ağıllıyı görüncə dəyənəyini (çomağını) gizlədərmiş. Ağıllarını başlarına yığsınlar. Elə bir şeyə icazə vermərik. Bunu sınamaq olmaz. Sınaqdan keçirmək olduqca təhlükəli olar. Sınayan sınadığına yüz min dəfə peşman olar, əminliklə, and içərək deyirəm. Allah adına and içərək deyirəm. Min dəfə peşman olar. Qanun, hüquq yaxasına yapışar, qanunla-hüquqla dünyanı dar edərik. Ağıllarını başlarına yığsınlar. Bura elə yol üstü, kimsəsiz değil. Belə bir şeyə yol vermərik. Yəni səssizliyimizi səhv başa düşməsinlər.

(Suriyada strateji əhəmiyyətə sahip olan Palmiranı alan İŞİD, artıq ölkənin çoxuna nəzarət edir. ABŞ və müttəfiqlərinin bu yay Mosulu İŞİD-dən geri almaq üçün planı Ramadinin gizli təşkilatının əlinə keçdiyinə görə uğursuz oldu. Sünnillərin İŞİD-ə qarşı döyüşdə iştirak etməyi rədd etməyi də Vaşinqton və Bağdatı çətin vəziyyətə salır. İraq idarəetməsi artıq könüllü Şiə milis (xalq arasında müharibəyə könüllü qatılan döyüşçü) belə tampaq üçün çətinlik çəkirlər).

Amerikanın çok uydurma, pis planları var. Çox ağılsızcasına, müsəlmanı müsəlmana qırdırma planı. O da İŞİD-in işinə yaradı. Amerika öz oyunu ilə nəzərdən düşdü. Kündə atacağam deyərkən özü yerə düşdü. Ağıllarını başlarına yığsınlar. Müsəlmana əl qalxmaz. Müsəlman qanı tökmək haramdır. Hər nə olursa olsun etməməlisən. Ancaq elmlə, biliklə olmalıdır. Xəbərdarlıq edə bilərsən, xatırlada bilərsən, nəsihət edə blərsən. Qan gövdəni götürərək hərəkət etməlisən deyə harada görünüb?

Ele şey olar? Bir də ki, İŞİD-in həlli Mehdi (ə.s)-dır. İŞİD özü bunu deyir. “Biz, Mehdi (ə.s) çıxdıqda ona tabe olacağıq, itaət edəcəyik”-deyirlər. “Biz, Mehdi (ə.s) çıxana qədər belə fəaliyyət göstərəcəyik”-deyirlər. Qarşısını ala bilməzsiniz, tale belədir. Taleləri belədir. Hədislərdə açıq-aşkar bildirilib: “Mehdi (ə.s) “dur” deyən kimi duracaqlar”. Həll yolu olaraq gedib Mehdi (ə.s)-ı axtarsınlar. Mən deyirəm ki, bunun başqa həll yolu yoxdur. Taleyə qarşı çıxa bilməzsiniz, boş yerə çalışmış olarsınız. “İstanbula hücum edəcəyik”-dedilər. “Oradan Mehdi (ə.s) çıxacaq”-dedikdə fikirlərindən vaz keçdilər. “Türk sizə ilişmədikcə Türkə ilişməyin” -hədisini xatırlatdım.

(HDP İstanbul Millət Vəkili Sırrı Süreyya Öndər, HDP həmsədri Səlahəddin Dəmirdaşa aid ciddi və çox məhşur sui-qəsd haqqında söz-söhbətlər yayıldığını bildirdi. “Ciddi qaynaqlardan bizə xəbərdarlıqlar gəlir” – dedi.)

Madam belə narahatçılıq var, polis lazım olanı etsin. Həm gizli, həm də açıq şəkildə qorumağa diqqət göstərsin. Bu, çox asandır. Binalarda iki nəfər polis olsun. Səlahəddin Dəmirdaşı qorumaq problemdir? Bir polis qrupu bunu rahatlıqla həll edə bilər. Nə olacaq? Səlahəddin Dəmirdaş çoxdandır ki, bundan narahatdır. Davamlı deyir. Allah qorusun ona biri bir şey etsə çox qəribə hal olacaq.

Onu narahat edən polislərin hamısı da vəzifədən azad edilməlidir. Vəzifəsinə xitam verilməlidir. Heç inanmaq olmur. Bir partiya sədrinin qapısına gedib necə narahat etmək olar? O qapıya dayanan kimin qapısına dayanmaz? Belə iş olar? Evdə uşağı var, böyüyü var nə qədər ayıb, nə qədər çirkin hərəkətdir. O polislər adbaad bildirilsin və dərhal vəzifəsindən azad edilsin. Bir vətəndaş kimi bunu eşidək. Belə də qorxmazlıq, özbaşınalıq olmaz. Çox məsuliyyətsiz bir davranışdır. Partiya sədrinin evinə hücum edən adam nə etməz ki? Çox qəribə və təəcüblüdür. Nə lazımdırsa edilməlidir.