Adnan Oktarın 24 iyul 2010-ci il tarixli HarunYahyaTv müsahibəsindən

Adnan Oktar: … Kəhf surəsi. Şeytandan Allaha sığınıram. Bax, deyir ki, “…onların qəlbinə qüvvət verdik”. Səbir və qətiyyət verir Allah. Mehdi (ə.s) tələbələrinin xüsusiyyətlərindən ikisi -səbir və qətiyyət. Mehdi (ə.s) inanılmaz bir qətiyyətə sahib olacaq. “Qiyam etdiklərində” ki, 2012-ci ildir, inşaAllah. “Dedilər: Rəbbimiz göylərin və yerin Rəbbidir”. Yəni tək Allahdır. “Bir zaman gənclər…”, bir kərə bilinməlidir ki, Mehdi (ə.s)-ın tələbələri gənclərdən ibarət olacaq. Allah bax, “gənc” sözünü xüsusilə vurğulamışdır. Orta yaş da demir, gənc. Mehdiyyət gənclərdən təşkil olunacaq, o cür başlayacaq bir hərəkatdır, inşaAllah. ““Ey Rəbbimiz! Bizə Öz tərəfindən mərhəmət bəxş et və işimizdə bizə düz yol göstər!” – demişdilər”.

Mağaranın içində iş olarmı? Yatan birinin işi olarmı? Olmaz amma Allah, “olur” -deyir. İçində bir sirr var. Demək ki, biz dünyada bir növ yuxudayıq. Elə deyilmi? Yuxunun içərisində həyatı yaşayırıq, Quran buna işarə edir. Bir mənada maddə var, lakin biz onun təsvirini görürük. Bax, “işimizdə bizə düz yol göstər!” İndi mağarada yatır Əshabi-Kəhf, amma nə deyirlər; “işimizdə bizə düz yol göstər!” “… Onlar Rəbbinə həqiqətən iman gətirmiş gənclər idi”. İman gətirmiş gənclər, demir Allah. “Həqiqətən iman etmiş gənclər”, həqiqi iman ayrıdır. Çox nadirdir. “… Gənclər idi. Biz də onların hidayətini artırdıq”. Demək ki, hidayət arta bilir, sabit deyil. “Bizim bu xalqımız Allahdan başqa məbudlar qəbul etdi. Bəs nə üçün onlar buna aid (bütlərə dair) bir dəlil gətirmədilər?” Darvinistlərin dəlili varmı?

Oktar Babuna: Heç yoxdur hocam.

Adnan Oktar:Açıq-aşkar dəlil gətirsinlər” -deyir bax, Allah. Allaha qarşı yalan uydurandan daha zalım kim ola bilər?!” -deyir. Bu yalanlarını da açıqlayacaqlar, bu böhtanı da açıqlayacaqlar axirətdə. Şeytandan Allaha sığınıram. “Madam ki, siz onları və Allahdan savayı ibadət etdiklərinizi tərk etdiniz”, ailələrindən, işindən, lazım olsa məktəbindən ayrılır. “Onda mağaraya sığının ki, Rəbbiniz sizə Öz mərhəmətini geniş etsin və işinizdə sizin üçün fayda hazırlasın”. İş, fəaliyyət var. Baxın, həm yatırlar, həm də fəaliyyət var. Yəni yuxudadırlar, inşaAllah. “Orada olsaydın günəşin doğduğu zaman onların mağarasının sağ tərəfinə yönəldiyini, batdığı zaman isə onlardan uzaqlaşıb sol tərəfə addadığını, onların da mağaranın içində geniş bir yerdə yerləşdiklərini görərdin”.

O qədər çox mövzu var ki, yəni mən 70-80%-ni keçirəm. Yəni zaman olmadığı üçün. Beləcə, insanları onların halından xəbərdar etdik ki, Allahın vədinin həqiqət olduğunu”, Mehdi (ə.s)-ın çıxışının, İsa Məsih (ə.s)-ın enişinin, qiyamətin yaxın olmasının, İslam əxlaqının dünya hakimiyyətinin həqiqət olduğunu “və o Saatın gələcəyinə şübhə olmadığını bilsinlər”. Kəhf surəsində niyə qiyamətdən bəhs edir? Kəhf əhli ilə bağlı olaraq niyə qiyamətdən bəhs edir? Kəhf əhlini qiyamət əlaməti olaraq ifadə edir. Birbaşa mehdiyyətə baxır, inşaAllah. İkinci işarəli məna olaraq. Onları tapdırmış olduq”. Onlar ortaya çıxmır, Mehdi (ə.s)-ı insanlar tapır. Quran buna işarə edir. “Onları tapdırmış olduq”. Özünü göstərmək ayrıdır, xəbərdar etmək ayrıdır, başqalarının gedib onu tapması ayrıdır.

Mehdi (ə.s)-ı insanlar özləri gedib tapacaq. Quran buna işarə edir, inşaAllah. Öz aralarında vəziyyəti müzakirə edirdilər”. Müşavirə etmək, demək ki, haqq camaatın, Mehdi (ə.s) camaatının xüsusiyyəti olacaq. Müzakirə edərək öz aralarında vəziyyəti təhlil edirlər. Bəziləri: “Onların üstündə bir bina tikin. Rəbbi onların halını daha yaxşı bilir!” – dedilər”. Demək ki, bu mübarəklər bina inşa etməyi də biləcəklər. Bina inşa etməklə də məşğul olacaqlar. Demək ki, o tərz bir sənətlə də əlaqələri olacaq bu gənclərin. Mübahisədə üstün gələnlər isə: “Onların məzarı üstündə mütləq bir məscid tikəcəyik!” – dedilər”. Bu uşaqların, demək ki, evləri məsciddir. Bu gənclərin olduqları yerlər məsciddir.  Amma bina inşa etməkdə  də ustadırlar. Elə bir xüsusiyyətləri var.