Adnan Oktarın 16 aprel 2011 A9 Tv, Aksu Tv və Olay Tv-dəki canlı söhbətindən

ADNAN OKTAR: “81-ci ayə: De ki: “Haqq gəldi, batil yox oldu. Heç şübhəsiz, batil yox olmağa məhkumdur.” İnşaAllah, hz. Mehdi (ə.s) və hz. İsa (ə.s)-ın dövründə batil tamamilə yer üzündən silinəcək. “İnsana bir nemət verdiyimizdə arxa çevirər və boyun qaçırar; ona bir şər toxunduğu zaman da ümidsizliyə qapılar.” Ümidsizliyə qapılmaq haramdır, Quran ayələriylə açıqca göstərilir. “Haqq gəldi, batil yox oldu.” Quranın enişi, Peyğəmbərimiz (s.ə.v)-in gəlişiylə batil yox olmuşdur. Amma batilin fiziki mənada yox olması hz. Mehdi (ə.s)-ın dövründədir, hz. İsa Məsih (ə.s)-ın dövründədir. Mənəvi cəhətdən yox olması Peyğəmbərimiz (s.ə.v)-in zamanındadır. Fiziki olaraq yox olması hz. Mehdi (ə.s)-ın dövründə; tamamilə yox olacaq, inşaAllah. “Heç şübhəsiz, batil yox olmağa məhkumdur” deyir Allah. Hamısı yox olacaq, inşaAllah. Batil dünyanın heç bir yerində qalmayacaq. Quranın bu ayəsi tam təsdiqlənmiş olacaq. Çünki batil bir yerdə belə qalmış olsa, batil yox olmuş olmur, fiziki mənada. Heç bir yerdə qalmır, deyir Allah. “Qurandan möminlər üçün şəfa və rəhmət olan şeyləri endiririk.” Həm cəmiyyətə şəfa, həm insanlara şəfa. “Halbuki o, zalımlara itkilərdən başqasını artırmaz. “Zalımlara da Quran itki gətirər. Onları psixoloji olaraq çökdürər, məhv edər. Sistemlərini də məhv edər, özlərini də məhv edər. Dəccallar, Quran ilə yox edilir. Dəccallar mənəvi cəhətdən və maddə tərəfindən çökmüş olurlar, inşaAllah.