Adnan Oktarın 23 aprel 2011 A9 Tv, Aksu Tv və Qaziantep Olay Tv-dəki canlı söhbətindən

ADNAN OKTAR: Nisa surəsi, 125-ci ayə. Şeytandan Allaha sığınıram: “Yaxşılıq edərək özünü Allaha təslim edən” baxın, Allaha təslim olmaq çox əhəmiyyətli bir şeydir. “Və hənif olan (tövhidi olan, Allahın birliyini müdafiə edən) İbrahimin dininə uyandan daha gözəl dinli kimdir?” Yəni “İslam dininin üstünə başqa din olmaz” deyir, Allah. “Allah İbrahimi dost tutmuşdur”. “Xəlilim” deyir, deyilmi? Xəlil-ür Rəhman. Hz. İbrahimi Allah dost tutmuşdur. Nə gözəldir, nə böyük nemətdir, maşaAllah. “Göylərdə və yerdə nə varsa, hamısı Allahındır. Allah hər şeyi əhatə edəndir”. İndi Amerikadan bizə danışacaq olan yoldaşın səsini Allah yaradır. O yarada bilməz. Biz guya Amerika ilə danışan kimi oluruq, əlbəttə, bir Amerika var. Amma səsi yaradan Allahdır, Amerikanı da yaradan Allahdır. Tərcümə üçün Oktar gəlir, o da qədərində tərcümə üçün gəlir, ora oturar. Allah istəsə əlaqə olmaz, Allah istəsə olar.

quran_kitabi