ADNAN OKTARIN ADIYAMAN ASU TV-dəki CANLI SÖHBƏTİ

(18 APREL 2011; 22:00)

ADNAN OKTAR: Məsələn, Əhzab surəsi, 50-ci ayə. “Şeytandan Allaha sığınıram. “”Ey Peyğəmbər! Mehrlərini verdiyin zövcələrini, Allahın sənə bəxş etdiklərindən sahib olduğun cariyələri, səninlə birlikdə hicrət etmiş əmin qızlarını, bibilərinin qızlarını, dayın qızlarını, xalalarının qızlarını, habelə Peyğəmbər onunla evlənmək istədiyi təqdirdə özünü Peyğəmbərə bağışlayan hər hansı bir mömin qadını sənə halal etdik. Sonuncu digər möminlərə deyil, yalnız sənə məxsusdur. Onlara zövcələri və sahib olduqları cariyələr barəsində nəyi vacib buyurduğumuzu bilirik. Belə etdik ki, sənə bir çətinlik olmasın. Allah Bağışlayandır, Rəhmlidir.

Allah çox bağışlayandır, çox mərhəmətlidir” deyir. Sevda xanımın bu mövzudakı tələbi doğrudur. Çünki ən çox üzərində dayandıqları, hətta bir çox müsəlman bilinən adamın da, haşa, utandığı bir ayədir. Gizlətməyə çalışarlar, bağlamağa çalışarlar, bir qisminin başları o qədər işləmədiyindən olur; bir qismi cahilliyindən söyləyir, bir qismi də səmimiyyətsizliyindən söyləyir.

Məsələn, bu ayə başlamadan əvvəl, 45-ci ayədə, şeytandan Allaha sığınıram; “Ey Peyğəmbər, həqiqətən, Biz səni bir şahid, bir müjdə verici və bir xəbərdar edən olaraq göndərdik”—2034. “Və Öz icazəsiylə Allaha çağıran və nur saçan bir çıraq olaraq (göndərdik)”—1417. 1997 tarixini verir, 2034 tarixini verir ayə. “Möminlərə müjdə ver; həqiqətən, onlar üçün Allahdan böyük bir fəzl vardır”. 2005 tarixini verir. Müntəzəm, ard-arda. “Kafirlərə və münafiqlərə itaət etmə, əziyyətlərinə fikir vermə və Allaha təvəkkül et. Vəkil olaraq Allah yetər”.

Deməli, münafiqlər o zamanlar Peyğəmbərimiz (s.ə.v)-ə bu mövzulardan, cinsəlliklə əlaqədar mövzulardan, evliliklərindən, Peyğəmbərimiz (s.ə.v)-in qadın sevgisindən istifadə edərək özlərincə, Peyğəmbərimiz (s.ə.v)-ə guya sataşar tərzdə davranarlar. Allah onlara burada cavab verir 50-ci ayədə. Şeytandan Allaha sığınıram: Ey Peyğəmbər! Mehrlərini verdiyin zövcələrini, Allahın sənə bəxş etdiklərindən sahib olduğun cariyələri, səninlə birlikdə hicrət etmiş əmin qızlarını, bibilərinin qızlarını, dayın qızlarını, xalalarının qızlarını, habelə Peyğəmbər onunla evlənmək istədiyi təqdirdə özünü Peyğəmbərə bağışlayan hər hansı bir mömin qadını sənə halal etdik.

Sonuncu digər möminlərə deyil, yalnız sənə məxsusdur. Onlara zövcələri və sahib olduqları cariyələr barəsində nəyi vacib buyurduğumuzu bilirik. Belə etdik ki, sənə bir çətinlik olmasın. Allah Bağışlayandır, Rəhmlidir”. Peyğəmbərimiz (s.ə.v)-ə Allah, yoldaşları ilə evlənə biləcəyini söyləyir, istədiyi bir xanımla evlənə biləcəyini söyləyir.

sqr05eft0

“Sağ əlinin malik olduğu (nökərlər)”, “o dövrdəki nökərlərdən də ala bilərsən” deyir Allah. Ayrıca “xanımlardan özünü sənə vakfetmek istəyən könüllü cariyələr varsa, azatlı cariyə olaraq sənə özünü hədiyyə edib, sevgisindən ömür boyu sənə bağlanmaq istəyən xanımlar varsa, onları da sənə halal etdik” deyir. Amma “sənə məxsus olmaqla” deyir, xüsusi olaraq; “əminin qızlarını,” məsələn, neçə qızı varsa; dörd ədəd, “dördünü də sənə halal etdik” deyir Allah. “Bibisinin qızlarını,” nə qədər varsa, “hamısını halal etdik” deyir. “Dayının qızlarını,” nə qədər varsa, “sənə halal etdik”. “Xalanın qızlarını” da, “hamısını sənə halal etdik” deyir.

Müsəlmanlar birini ala bilərlər, iki adamı eyni anda ala bilmirlər. “Amma sənə hamısını halal etdim” deyir Allah, “sənə məxsus olmaqla, evləndirməyin üçün”. Buna görə Peyğəmbərimiz (s.ə.v)-in aşiqi olan bu analarımızla Peyğəmbərimiz (s.ə.v) çox rahat evlənirdi, onlarla birlikdə olurdu. Bu münafiqlərə xoş gəlmədi, kafirlər və münafiqlərə heç xoş gəlmədi. 48-ci ayədə onu izah edir, 50-ci ayədə cavab verir Allah. 48-ci ayədə nə deyir  Allah; “Kafirlərə və münafiqlərə itaət etmə. “Şeytandan Allaha sığınıram. Onlar deyirlər ki, “evlənməyinə ehtiyac yoxdur, cariyələrə ehtiyac yoxdur, qadınların sənə özünü təslim etməsinə ehtiyac yoxdur. Sən Peyğəmbərsən, belə şeylərə yanaşma” deyirlər.

Allah da deyir ki; “Kafirlərə və münafiqlərə itaət etmə, əziyyətlərinə fikir vermə və Allaha təvəkkül et. Vəkil olaraq Allah yetər”. Çünki onların evlilikləri heyvan evliliyidir, eşşək kimi adamdırlar, evləndikləri xanımlar da yenə öz ağıllarına uyğun olur. Halbuki, Peyğəmbərimiz (s.ə.v)-in evliliyində Allah eşqi hakimdir, Allah eşqiylə evlənir. Peyğəmbərimiz (s.ə.v)-in xanımları, Allahın təcəllisini Peyğəmbər (s.ə.v)-də gördükləri üçün evlənmək istəyirlər. Peyğəmbərimiz (s.ə.v) də o xanımlarda Allahın təcəllisini gördüyü üçün evlənmək istəyir.

Və bir-birlərinə ehtirasla, dərin bir eşqlə, Allahın yaratdığı dərin bir eşqlə bağlıdırlar və Allah onu qədərdə Peyğəmbərimiz (s.ə.v)-ə bir nemət olaraq vermişdir. Son dərəcə gözəldir, böyük bir asanlıqdır onun üçün və mömin xanımlar üçün böyük asanlıqdır. Çünki Peyğəmbərimiz (s.ə.v)-ə aşiq olan bir çox xanım vardır, əgər bir xanımla evlənmək imkanı olsaydı, Peyğəmbərimiz (s.ə.v) digər xanımların ona yanaşmasına icazə verməzdi. Və evlənə bilməyəcəkdi, onlarla birlikdə ola bilməyəcəkdi. Buna görə Allah rəhmətiylə belə bir asanlıq təmin etdi. Peyğəmbərimiz (s.ə.v)-ə və belə bir gözəllik bəxş olundur. Onsuz da bu ayənin başlanğıcında, 36-cı ayədən başlayır, Əhzab surəsində bu mövzuya yaxınlaşır  Allah.

Şeytandan Allaha sığınıram. “Allah və Elçisi, bir işə hökm etdiyi zaman, mömin bir kişi və mömin bir qadın üçün o işdə öz istəklərinə görə seçmə haqqı yoxdur. Kim Allaha və Rəsuluna üsyan etsə, artıq, həqiqətən, o, açıq-aşkar bir pozğunluqla azmışdır. Bir zaman Allahın nemət verdiyi və sənin özünün nemət verdiyin kəsə (Zeyd ibn Harisəyə): “Zövcəni yanında saxla, Allahdan qorx!” – deyirdin. Allahın aşkar edəcəyi şeyi ürəyində gizli saxlayır və insanlardan çəkinirdin. Halbuki, əslində qorxmalı olduğun məhz Allahdır. Zeyd zövcəsini boşadıqda səni onunla evləndirdik ki, oğulluqları övrətlərini boşadıqları zaman o qadınlarla evlənməkdə möminlərə heç bir sıxıntı olmasın. Allahın əmri mütləq yerinə yetəcəkdir“.

quran3Zeydin xanımı Peyğəmbərimiz (s.ə.v)-ə ilk gördüyü andan etibarən eşqlə bağlı idi, onda Allah eşqini, Allahın təcəllisini görürdü və onunla birlikdə olmaq istəyirdi, evlənmək istəyirdi. Peyğəmbərimiz (s.ə.v) də; “aman boşanma, davam et” deyirdi. Amma o xanımın əlaqəsini görmüşdü. Çox ağıllı, çox mübarək, möhtərəm bir insan idi. Qədərdə onun yoldaşı olan bir xanımdır.

Və Allah bu boşanma hadisəsini meydana gətirdikdən sonra, müşriklər və münafiqlər övladlığının xanımının alınmasını o dövrdə çirkin qarşılayırdı; Allah bunun belə olmadığını, halal olduğunu, gözəl bir rəftar olduğunu ifadə etdi. Bu ayə odur. Onlar Allahın risalətini təbliğ edir, Ondan qorxur və Allahdan başqa heç kəsdən qorxmurdular“. Nə münafiqlərdən, nə müşriklərdən, nə onların dedi-qodularından çəkinməyənlərdir deyir Allah. “Hesab çəkməyə Allah yetər. Məhəmməd, sizin kişilərinizdən heç birinin atası deyil” deyir Allah. “Ancaq O, Allahın Elçisi və peyğəmbərlərin sonuncusudur.

Allah hər şeyi biləndir”. Baxın, “Sizin kişilərinizdən heç birinin atası deyil”. Bu səbəbdən Zeydin də atası deyil, “mənəvi ata olmaz” deyir Allah. “Övladlığı deyə də bir mövzu yoxdur” deyir, aydın oldumu? O qadın boşandığı vaxt rahatca onunla evlənə bilər. “Özbaşına qayda çıxarmayın” deyir Allah. “Ey iman edənlər, Allahı çox zikr edin. Və Onu səhər və axşam təsbeh edin. O, sizi qaranlıqlardan nura çıxarmaq üçün sizə rəhmət etməkdədir; mələkləri də (sizə dua etməkdədir). O, möminlərə qarşı çox əsirgəyicidir”. “Allah sizin üçün azadlıq, gözəllik, fərahlıq istəyir” deyir  Allah. Özbaşına qaydalar çıxarıb, özünüzə əzab çəkdirməyin, özünüzə iztirab mövzusu çıxarmayın.

Qadını Allah Peyğəmbərimiz (s.ə.v)-ə nemət olaraq verirsə, analarımıza nemət olaraq verirsə, bunun böyük bir gözəllik olduğunu;eşqin, tutqunun tətbiqi olduğunu, bundakı rəhməti və gözəlliyi münafiqlərin, müşriklərin və kafirlərin görə bilmədiyini söyləyir Allah. Halbuki, cənnətdə Peyğəmbərimiz (s.ə.v) hurilərlə birlikdədir; milyonlarla, yüz minlərlə huriylə birlikdə olacaq, inşaAllah. Qadın sevgisi imandandır, bir insanın imanı nə qədər güclüdürsə, o qədər onun könlündə qadın sevgisi olar. Çünki qadın sevgisi Allaha olan sevgidən qaynaqlanar.