Peyğəmbərimiz (s.ə.v)-in rəvayətlərindən münafiq xarakteri

Daha, bir çox insan Qurandan çox onun (hz. Mehdi (ə.s)-ın) qorxusu səbəbiylə günahlardan qaçacaqdır. (Əl-Futuhatul Məkkiyəh, səh. 6)

Esbağ ibn Nəbati deyər ki: Əmirəlmöminin Əli əleyhissalam belə buyurdu: “Belə ki, sizdən yalnız gözdəki sürmə qədər və ya yeməkdəki duz qədər qalacaq. Və mən sizə bir nümunə verəcəyəm: Adamın birinin bir qədər buğdası vardır. Onu təmizləyər və bir evə qoyar, uzun bir müddət sonra geri qayıtdığında onun qurdlandığını görər, onu təkrar ayırd edər və təmizləyər sonra təkrar evin içinə qoyar. Uzun bir müddət sonra qayıtdığında onun təkrar qurdlandığını görər. Təkrar onu ayırd edər və təmizləyər və həmişə eyni işi təkrarlayar. Sonunda qurdların heç zərər verə bilmədiyi çox az sağlam buğda qalar. Məhz siz də beləsiniz. Sonda içinizdə fitnələrin əsla zərər verə bilmədiyi çox az bir qrup qalacaq”.

(Eyni hədisi Əhməd ibn Məhəmməd ibn Səid də nəql edir.)

(Şeyh Muhammed b. İbrahim-i Numani, Gaybet-i Numani, səh. 246)

Ayrılanlar da, müxaliflər də ona (hz. Mehdi (ə.s)-a) zərər verə bilməyəcək. O özündən ayrılanlara baxmayaraq müzəffər (qalib) olaraq yoluna davam edəcək. (Ramuz e’l-Ehadis, səh. 487) (Təbəraninin Kəbirindən)

R0292

Əbu Basardan: İmam Cəfər Sadiq əleyhissalam “günahkarlar çöhrələrindən tanınacaq” (Məhəmməd surəsi, 30), ayəsi haqqında belə buyurdu: Allah onları tanıyar, lakin bu ayə qaim (hz. Mehdi (ə.s)) haqqında nazil olmuşdur. Hz. Mehdi (ə.s) onları (münafiqləri) çöhrələrindən tanıyacaq və səhabələri ilə birlikdə onları (mənəvi) darmadağın edəcək”. (Şeyh Muhammed b.İbrahim-i Numani, Gaybet-i Numani, səh. 283)

Ey insanlar, şübhəsiz Allah Təala sizə zalımları, münafiqləri və onlara tabe olanları çəkindirmiş və sizə ümməti-Məhəmmədin ən xeyirlisi olan, hz. Mehdi (ə.s)-ı rəis etmişdir, ona qoşulun. (El Kavlu-l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, Ahmed İbn-i Hacer-i Mekki, səh. 31)

Nəchül Bəlağadan: İnananların əfəndisi (s.ə.v) dedi ki: “O (hz. Mehdi (ə.s)) insanlardan gizlənərkən, təqib edənlər axtarsalar belə onun ayaq izlərini görməzlər.  (Kitab-ül Gaybet, [Bihar-ul Envar, cild 51], Ansariyan nəşriyyat, toplayan: Muhammed Bakır el-Meclisi, İran-Kum, 2003, səh. 186.)

Axırzamanda dinsizliyin iki cərəyanı güclənəcək:

Biri: Nifaq pərdəsi altında risalət-i Əhmədiyə (s.ə.v.)-i inkar edəcək, Süfyan adında möhtəşəm bir şəxs, əhl-i nifaqın başına keçəcək, şəriəti İslamiyənin korlanmasına çalışacaq. Ona qarşı, Peyğəmbərimizin Əhli-beyti silsilə-i nuranisinə bağlanan əhl-i vəlayət və əhl-i kamalın başına keçəcək, Ali-beytdən Məhəmməd Mehdi adında bir şəxs-i nurani, o Süfyanın şəxsi-mənəvisi olan cərəyan-i münafiqanəyi təsirsiz hala gətirib dağıdacaqdır. (Altıncı işarə (Məktubat 56-57))

R0292

 

Qiyamət qopmaz, ümmətimdən bir tayfa hər kəs üzərində hakim olmadıqca. Onlar özlərini tərk edənlərin, tərk etməsini veclərinə almazlar və özlərinə kömək edəni də veclərinə almazlar. (Ramuz Əl-Hədisi, 472-Hənbəli Müsnədi – Buxari-Müslim)

Ümmətimdən bir camaat davamlı olaraq Allahın əmriylə düşmənlə qəhr edərcəsinə mübarizə edəcək, müxalifləri özlərinə heç bir zərər verə bilməyəcək. Bu hal qiyamətə qədər belə davam edəcək. (Kıyamet Alametleri, 28)

O (hz. Mehdi (ə.s)) bir müddət onlardan uzaqlaşacaq, beləcə dəlalət əhli ayrılacaqdır. Belə ki, cahil belə deyəcək: Allaha çatmaq barəsində Ali-Məhəmmədə (Peyğəmbərimiz (s.ə.v)-in soyundan birinə)) ehtiyac yoxdur”. (Gaybet-i Numani, səh. 161)