möminləri gözəl mükafata nail olacaqları ilə müjdələmək üçün ……. (Kəhf surəsi, 2)

Allah, Öz tərəfindən gələcək şiddətli bir əzabla günahkarları qorxutmaq, yaxşı işlər görən möminləri gözəl mükafata nail olacaqları ilə müjdələmək üçün bu Kitabı dopdoğru şəkildə nazil etdi. (Kəhf surəsi, 2)

Bu ayədə Quranın doğru bir kitab olduğu bildirilərək əhəmiyyətinə diqqət çəkilmişdir. Quran, insanlara öyüd-nəsihət verən və sonsuz həyatları üçün onları xəbərdar edən və doğru yolu göstərən, Allahın vəhyidir. Rəbbimizin razılığını, rəhmətini və cənnətini qazanmaq üçün sarılmağımız lazım olan yol göstəricimizdir.

 

Ayədə bildirilən hökmlərdən biri də insanları xəbərdar edib qorxutmaqdır. Allah Quranda yaxşılığı əmr edib, pislikdən çəkindirmənin bir ibadət olaraq yerinə yetirilməsini əmr etmiş və bunu edən insanların qurtuluş tapacağını da müjdələmişdir.

 

Ayədə vurğulanan bir başqa əhəmiyyətli mövzu da insanın yalnız Allahın razılığını, rəhmətini və cənnətini hədəfləyərək, səmimi bir ürəklə etdiyi xeyirli hərəkətlərin yəni saleh əməlin əhəmiyyətidir.

 

Möminlərə müjdə vermək də ayədə xatırladılan mövzulardandır. Quranın bir çox ayəsində elçilərə iman gətirənlərə müjdə vermələri əmr edilmişdir. Dünya həyatının bütün çətinliklərinin, əksikliklərinin müvəqqəti olduğu, Allahın köməyinin, rəhmət və mərhəmətinin daim inananlarla birlikdə olduğu kimi xəbərlərlə müjdələnmələri möminlər üçün çox böyük bir sevinc vəsiləsidir. Sonsuz axirət nemətlərinin yaxınlığı da heç şübhəsiz möminlərin şövqünü, səylərini və cəhdlərini artıracaq.

Bu ayədə diqqət çəkilən mövzuların hamısı, Axırzamanda da bütün müsəlmanların diqqətlə üzərində dayanmaları lazım olan mövzulardır. Axırzamanda yaşanacaq olan fitnə və fitnə-fəsad törətməkdən, dinsiz ideologiyaların gətirdiyi bəlalardan insanları qoruyacaq vasitə yalnız Qurana sarılmaq olacaq. Quranın rəhbərliyində saleh əməllərdə olmaq, insanlara yaxşılığı əmr etmək və onları sonsuz cənnət nemətləri ilə müjdələmək, eyni zamanda da əbədi cəhənnəm əzabı ilə qorxudaraq Quranın hökmlərində güzəştə getməmək istiqamətində xəbərdar etmək, Axırzamanda vicdan sahibi müsəlmanların ən əhəmiyyətli vəzifələrdəndir.
images (6)