ayetler6

1990-cı illərin əvvəlində dünyanın tanınmış qəzetləri çox əhəmiyyətli arxeoloji tapıntıya “Möhtəşəm ərəb şəhəri tapıldı”, “Əfsanəvi ərəb şəhəri tapıldı”, “Qumların Atlantikası Ubar” başlıqlarıyla yer verdilər. Bu maraqlı arxeoloji tapıntını daha əhəmiyyətli hala gətirən, adının Quranda xatırlanması idi. O günə qədər Quranda bəhsi keçən Ad qövmünün əfsanə olduğunu və ya heç vaxt olmayacağını düşünən bir çox adam, bu yeni tapıntı qarşısında heyrətə düşdü. Quranda haqqında danışılan bu şəhəri tapan adam, həvəskar arxeoloq Nicholas Clapp idi.

Ərəb tarixi mütəxəssisi və sənədli film rejissoru Nicholas Clapp, ərəb tarixi üzərinə apardığı tədqiqatlar əsnasında, 1932-ci ildə ingilis tədqiqatçı Bertram Thomas tərəfindən yazılmış “Arabia Felix” adında kitaba rast gəlmişdi. “Arabia Felix” romalıların Ərəbistan yarımadasının cənubunda olan və dövrumüzdəki Yəmən və Omanı əhatə edən bölgəyə verdikləri ad idi. Bu bölgəyə yunanlılar “Eudaimon Arabia”, Orta əsrlərdəki ərəb alimləri isə “Əl-Yəmən əs-Saiyd” adını verdilər. Bu adların hamısı “Xoşbəxt Yəmən” mənasını verirdi. Çünki keçmiş zamanlarda bu bölgə, Hindistan və Şimali Ərəbistan arasında edilən ədviyyat ticarətinin mərkəzi idi. Bundan əlavə bölgədə yaşayan qövmlər “kehribar” adında nadir olan və o zamanlar qızıl dəyərində olan şam ağacı qatranının istehsalını edirdilər.

Kitabında bu məlumatlara əhatəli olaraq yer verən ingilis tədqiqatçı Bertram Thomas, Ad qövmünün yaşadığı Ubar şəhərinin qalıqlarının olduğu bölgəyə tədqiqat gəzintisi etmişdi. Gəzintisi əsnasında səhrada yaşayan Bədəvilər, Omanın sahilə yaxın yerində olan bu bölgədə, köhnə bir cığır yolu göstərmişlər və bu cığırın Ubar adlı çox köhnə şəhərə aid olduğunu izah etmişdilər.

dunya2

Yuxarıdakı peyk fotoşəkillərində Ərəbistan yarımadasının cənubunda yerləşən İordaniyadan bir hissə görülür. 1992-ci ildə NASA-nın kosmosdan göstərdiyi Ubar şəhərinə aid fotoşəkillərdə, qədim səhra yollarına aid izlər təsbit edilmişdir. Quranda 1400 il əvvəl xəbər verilən Ad qövmü, dövrümüzün texnoloji imkanları ilə Quran möcüzəsi olaraq ortaya çıxmışdır.

 

Ubarda edilən qazıntılarda Quranda ifadə edilən şəkliylə bir çox sənət strukturları və yüksək mədəniyyət əsərləri tapıldı. İngilis tədqiqatçı, Ubarın varlığını sübut etmək üçün iki ayrı yola üz tutdu. Əvvəl Bədəvilər tərəfindən var olduğu deyilən cığır izlərini tapdı. NASA-ya müraciət edərək bu bölgənin şəkillərinin peyk vasitəsilə çəkilməsini istədi. Daha sonra da Kaliforniyada Huntington Kitabxanasında olan qədim kitabələri və xəritələri araşdırmağa başladı. Qısa tədqiqatdan sonra misir-yunan coğrafiyaçısı Ptolemey tərəfindən 200-ci ildə çəkilmiş xəritə tapdı. Xəritədə, bölgədə olan qədim şəhərin yeri və bu şəhərə doğru gedən yolların şəkli göstərilmişdi. Bu vaxt NASA-nın çəkdiyi şəkillərdə, yerdən çılpaq gözlə görülməsi mümkün olmayan, ancaq havadan bütün halında görülə bilən bəzi yol izləri ortaya çıxmışdı. Həm köhnə xəritədə ifadə edilən yollar, həm də peykdən çəkilən şəkillərdə görülən yollar bir-birləriylə kəsişirdilər. Bu yolların bitmə nöqtəsi isə qədimdən bir şəhər olduğu aydın olan geniş sahə idi.

Beləcə bədəvilərin şifahi olaraq izah etdikləri hekayələrə mövzu olan əfsanəvi şəhərin yeri tapılmış oldu. Aparılan qazıntılarda qumların içindən qədim şəhərin qalıqları çıxmağa başladı. Bu səbəblə də bu itkin şəhər “Qumların Atlantikası Ubar” olaraq tanındı.

Bu qədim şəhərin Quranda bəhs edilən Ad qövmünün şəhəri olduğunu sübut edən əsl dəlil isə, şəhərin qalıqları idi. Xarabalıqların ilk ortaya çıxarılmasından etibarən, bu dağılmış şəhərin Quranda bəhs edilən Ad qövmü və İrəmin sütunları olduğu aydın olmuşdu. Çünki qazıntılarda ortaya çıxarılan strukturlar arasında Quranda varlığına diqqət çəkilən uzun sütunlar var idi. Qazıntını icra edən tədqiqat qrupundan dr. Juris Zarins də, bu şəhəri digər arxeoloji tapıntılardan ayıran şeyin yüksək sütunlar olduğunu və dolayısilə bu şəhərin Quranda bəhsi keçən Ad qövmünün şəhəri İrəm olduğunu söyləyirdi. Quranda, İrəmdən belə danışılırdı:

 

Məgər görmədinmi ki, Rəbbin nələr etdi Ad qövmünə, sütunlar sahibi İrəm qəbiləsinə –halbuki, yer üzündə onlar kimisi xəlq edilməmişdi. (Fəcr surəsi, 6-8)

 

Görüldüyü kimi Quranda keçmişlə əlaqədar verilən məlumatların tarixi məlumatlarla bu cür uyğunluq içində olması, Quranın Allah Kəlamı olduğunun ayrı dəlilidir. (Ətraflı məlumat üçün baxın. Harun Yəhya, Qövmlərin Həlakı, Araşdırma Nəşriyyat)