Son günlərdə, mətbuatda çox gündəmə gələn təkamül xəbərləri, təkamülçülərin, nəzəriyyələrinin təkzibi ilə əlaqədar həqiqətlərin ortaya çıxmasına görə, böyük çaxnaşma yaşadıqlarını göstərir. Bu çaxnaşma dalğasına son bir əlavə də, Hataylı, 6 şikəst qardaşla əlaqədar, “Milliyet” və “Hürriyet” gazetlərinin nəşr etdiyi xəbərlərdir (“Şikəst qardaşlara “Darvin” araşdırması”, “Milliyyet”, 2 iyul 2005-ci il, “Şikəst qardaşlara Darvin araşdırması”, “Hürriyet”, 2 iyul 2005-ci il). Məğlübiyyətlərinin hər ölçüsü ilə ortaya çıxdığı bir dövrdə, haqqında danışılan xəbəri gündəmə gətirmələri, yaşadıqları çaxnaşma havasını ört-bas etmək üçün, müraciət edilmiş göz boyayan bir təbliğat səyidir. Bu təbliğata, London Universiteti və Kembridc Universitetindən tədqiqatçıları daxil etməkləri, təkamülçülər arasındakı çaxnaşma havasının, dünya səviyyəsində yaşandığının göstəricisidir. “Milliyyet” və “Hürriyet” xəbərlərindəki təkamül təbliğatının məntiq pozuqluğu və elmi maneələri aşağıda bir-bir nəzərdən keçirtmişik.
Şikəstliyə bel bağlayan Darvin nəzəriyyəsi
“Milliyet” və “Hürriyet” xəbərləri, Kırıkhanlı cütlüyün, əl və ayaqları üstündə yeriyən 6 uşağı haqqındadır. Haqqında danışılan 6 qardaş, qohum evliliyinin yaratdığı genetik pozuqluqlara bağlı olaraq, əl və ayaqları üzərində yeriyirlər və danışa bilmirlər. Yazıda, yaşları 25 ilə 35 arasında dəyişən qardaşların, Çukurova Universiteti Tibb Fakültəsi, London Universiteti və Cambridc Universitetindən bəzi tədqiqatçılar tərəfindən, müxtəlif sınaqlardan keçirildiyi xəbər verilir, qardaşların meymun kimi yeridikləri ifadə edilərək Darvin nəzəriyyəsinə qatqı təmin edilməyə çalışıldığı görülməkdədir. Haqqında danışılan xəbərlər Darvinistlərin olduqları acizliyi gözlər önünə sərir. Çünki bəhs edilən qüsurlu qardaşların vəziyyəti, təkamülçü iddiaları heç bir şəkildə dəstəkləməyən, təkamülə heç bir cəhətdən dəlil gətirməyən, maraqsız vəziyyətdir.
Yer üzündə həyat, milyonlarla canlı növü və bunların sahib olduğu çox sayda mükəmməl sistem sərgiləyərək sürür. DNT molekulundan bir bakteriyanın qamçısına, bir milçəyin qanadlarından, bir qartalın gözlərinə, bir delfinin ultrasəsindən insan beyninə qədər çox müxtəlif quruluşların hər biri, müxtəlif funksiyaları əmələ gətirmək üçün xüsusiləşmiş dizayn ortaya qoyur. Darvinistlər, hər biri qüsursuz plan ortaya qoyan bu mükəmməl zəncirlərinin, xəyali sadə hüceyrədən şüursuz təsadüflərin nəticəsində təkamülləşdiyini iddia edirlər, ancaq bunu dəstəkləyə bilən heç bir elmi dəlildən də məhrumdurlar.
Əsl iddiaları “inkişaf” olan təkamülçülərin dəlilləndirmələri lazım olan şey, bioloji sistemlərin, şüursuz təsadüflərlə necə inkişaf edə biləcəyi, yəni canlılardakı mövcud funksiyalara zərər vermədən, onlara yeni genetik məlumat əlavə edə bilən irsi dəyişikliklərdir.
“Milliyyet” və “Hürriyet” xəbərindəki vəziyyətin isə, bununla uzaqdan-yaxından heç bir əlaqəsi olmadığı aydındır.
Canlılardakı mükəmməlliyin təsadüflərlə təkamülləşdiyini iddia edən təkamülçülər, dəlil olaraq şikəstliyə əl atırlar, beləliklə elm qarşısında içinə düşdükləri acizliyi gözlər önünə sərirlər. Xəbərə mövzu olan 6 qardaş kimi şikəst və doğuşdan kor, əli-ayağı tutmayan, danışa bilməyən, ya da eşidə bilməyən çox sayda insan vardır, ancaq bunlar bir təkamülləşmə dəlili deyildirlər.
Mutasiyalar təkamül deyil, qusur yaradır
Xalqı cahil zənn edib, şikəstlərin təkamül dəlili kimi boş sözünə inanmalarını ümid edən təkamülçülər, “Milliyyet” xəbərində mutasiyalarla əlaqədar da, bir yanılma yaradırlar. “Milliyyet” xəbərində, təkamülçü Prof. Dr. Nikolas Humfreyin mövzuyla əlaqədar olaraq, bu sözlərinə yer verilir:
“Təkamül, genetik mutasiya (dəyişiklik) halında inkişaf edir. Genetik mutasiya qohum evliliyinin araşdırılmasında çox əhəmiyyətlidir. Ana və ata tərəfinin də, mutasiyadan nə qədər təsirləndiyini araşdıraraq, təkamül nəzəriyyəsinə işıq tutacaq tapıntılar əldə etməyi ümid edirik.”
Mutasiyalar, DNT-dəki nukleotidlərin düzülməsində əmələ gələn dəyişikliklərdir. Təkamülçülər, xəyali təkamül prosesində, canlıların başqa canlılara çevrilməsinin mutasiyalar yolu ilə reallaşdığını irəli sürürlər. Halbuki mutasiyaların canlıları heç bir təkamülləşdirici rolu yoxdur. Genlərdəki məlumat, bir hərf funksiyası yerinə yetirən nukleotidlərin düzülməsi ilə qorunur. Bu düzülmə, həssaslıq cəhətdən bir kitabdakı hərflərin düzülməsinə bənzədilə bilər. Mətbəədə nəşr olunan bir kitabın surətində yaranan hərf səhvləri, ortaya daha yaxşı bir kitab çıxartmaz, əksinə mövcud olan məlumatı dağıdır. Mutasiyaların təsiri də, bu şəkildədir.
Genlərdə əmələ gələn mutasiyalar, canlıların DNT-ni inkişaf etdirməz, mövcud olan genetik məlumatı xarab edir. Beləliklə, həyati fəaliyyətləri genlərində kodlaşdırılmış məlumata əsaslanan orqanizmlər, ciddi xəstəliklərə, şikəstliyə və ümumiyyətlə ölümə məruz qalarlar.1
Buna görə, Fransız Elmlər Akademiyasının keçmiş rəhbəri və eyni zamanda 28 cildli (hissəli) zooloji ardıcıllığı (seriyası) “Traite də Zoologie” nın redaktoru Pyer Paul Qrase, mutasiyaların, “nə qədər çox sayda olurlar-olsunlar, hər hansı bir təkamül əmələ gətirməyəcəklərini” etiraf etmişdir.2
Bu səbəblə, təkamülün mutasiyalar halında inkişaf etdiyi, mutasiyaların araşdırılaraq təkamül nəzəriyyəsinə dayaq olacağına dair sözlər, elmin həqiqətləri ilə uyğunlaşmayan, xəyalpərəst ifadələrdən ibarətdir. Bu 6 qardaşa təsir edən mutasiyalar kəşf edilsə, bu vəziyyət, yalnız və yalnız mutasiyaların məlum olan dağıdıcı təsirlərinə yeni nümunə əmələ gətirər, təkamül əmələ gətirdiklərinə görə deyil.
Elmi cəhətdən etibarsız hekayələr
Təkamül nəzəriyyəsinin, tamami ilə xəyal gücünə əsaslanan və elmdən uzaq hekayəsinin yaranmasının açıq göstəricisi, təkamülçü elm adamlarının bu nəzəriyyə lehində təcrübə və müşahidəyə əsaslanan konkret (dəqiq) dəlillər ortaya qoymaq yerinə, ürəkləri istədiyi kimi hekayələr danışıb, başqalarının da, bunlara inanmalarını gözləmələridir. Bu hadisədə də, elmi cəhətdən əsası olmayan bir hekayə üslubu istifadə edilir. “Milliyyet” qəzetində nəşr olunan şərhlərdə, körpələrin iməkləmə və yerimə mərhələlərindən keçməsi ilə, xəyali təkamül prosesi arasında bir əlaqə olduğu iddia edilir və bu haqda bunlar deyilir:
“Körpələr doğulur, iməkləyir, ayaqları üstündə durub, əllərini istifadə edirlər. İnsanların təkamülləşərək bugünkü hala gəlməsi kimi.”
Meymundan insana keçmək hekayəsi, körpələrin iməkləməkdən sonra ayağa qalxması ilə uyğunlaşdırılır və bu sətirlərdə bir təkamül dəlili ortaya qoyulduğu zənn edilir. Halbuki, insanın inkişaf prosesi ilə əlaqədar olaraq, irəli sürülən bu təkamülçü iddia, əslində yüz il əvvəl etibarsızlığı qəbul edilmişdir və elm tarixinin dərinliklərinə basdırılmış köhnə düşüncəni yenidən canlandırma səyindən başqa bir şey deyildir. “Fərdlilik, nəslin (soyun yaranmasının) təkrarıdır” şəklində yekunlaşdırılan bu köhnə fikrin adı, “rekapitulyasiya qanunu”dur.
IX əsrdə, Alman bioloqu Ernst Hekel tərəfindən irəli sürülən bu düşüncə, orqanizmlərin inkişaf mərhələlərinin, guya təkamüllü keçmişlərini əks etdirdiyi iddiasına əsaslanır. Hekel, məsələn insan embrionunun ana qarnında əvvəl balığa bənzədiyini, sonrakı həftələrdə səməndər, sürünən, məməli kimi mərhələlərdən keçdikdən sonra, insana “təkamülləşdiyini” irəli sürmüşdür. Ancaq embriologiya (embrionun inkişafını araşdıran elm sahəsi) elminin tapıntıları, bu iddianın heç bir əsli tapılmadığı qısa müddət sonra göstərilmişdir, bundan əlavə, Hekelin bu iddianı dəstəkləmək üçün çəkdiyi bəzi şəkillərin saxta olduğu ortaya çıxmışdır.3
Hekelin iddialarının elmi tapıntılar qarşısında təkzibi, İngilis elm jurnalı “New Scientist”-da 1999-cu ildə nəşr olunan bir məqalədə, bu sözlərlə bildirilmişdir:
“Yüz il əvvəl, böyüyən bir insan embrionunun təkamüldə özündən əvvəlki bütün mərhələlərdən keçdiyi düşünülürdü. Tək bir hüceyrədən, sadə bir çox hüceyrəli canlıya və sonra bir balıq, bir kərtənkələ, bir siçan, bir meymun və bir insana uyğun gələn mərhələlərdir.”
Bu fikir ilk dəfə Alman bioloq və Çarles Darvinin təkamül nəzəriyyəsinin erkən müdafiəçilərindən biri olan Ernst Hekel (1834-1919) tərəfindən təklif edilmişdi.
Hekel, inkişaf və böyümənin təkamül tarixi təkrarladığı mənasını verən “fərdlilik, nəsli təkrar edər” sözünü yaratdı. Bunu biogenetik qanun kimi adlandırdı və bu fikir rekapitulyasiya adı ilə məşhurlaşdı. Həqiqətdə, Hekelin qəti qanununun səhv olduğu qısa müddət sonra göstərildi. Məsələn, insan embrionu erkən mərhələsində bir balıq kimi funksional qəlsəmələrə əsla sahib deyildi və yetkin bir sürünən, ya da meymuna bənzəyən mərhələlərdən əsla keçmirdi. Bundan əlavə, bəzi növlərin, atalarından daha çox sayda deyil, daha az sayda mərhələdən keçdiyi başa düşülməyə başlandı.4
Nəticə
“Milliyyet” və “Hürriyet”də nəşr olunan bu xəbərə bir çaxnaşma havasında bürünən təkamülçülər, nəzəriyyələrinin cəmiyyət nəzdindəki etibarlarını qurtarmaqdan tamami ilə uzaq olduğunu bilməlidirlər. Allahın varlığını inkar etmək üçün, həyatın və mükəmməl yaradılış möcüzələri ilə təchiz edilmiş milyonlarla canlı növün, şüursuz təsadüflərlə ortaya çıxdığı iddiasını edən təkamülçülər, ağıl və bəsirətlərini örtən bu caduya Türk xalqını ortaq edə bilməyəcəklər.
1) Ətraflı məlumat üçün baxın: http://www.darwinizminsonu.com/mekanizmalar06.html
2) Pierre-Paul Grassé, Evolution of Living Organisms, Academic Press, New York, 1977, səh. 88
3) Ətraflı məlumat üçün baxın: http://www.harunyahya.org/evrim/birzamanlar/birzamanlar07.html
4) Ken McNamara, “Embryos and Evolution”, New Scientist, sayı 2208, 16 oktyabr 1999