“Haber7.com” saytında “Yaradılışa üsyan” başlıqlı yazı nəşr olundu. Bu üsyan, astronomiya sahəsində 70 ildən çox müddətdir yığılan məlumatlarla daim təsdiqlənən Big Bang nəzəriyyəsi ilə əlaqədar idi. 33 astrofizik, Big Bang əleyhinə iddialarını dilə gətirmələri üçün, azad mühit olmadığına dair etiraz edirdi.

Haqqında danışılan tədqiqatçılar, Big Bang nəzəriyyəsinə qarşı tənqidləri əmələ gətirmək üçün bir məktub yayaraq buna aid fikirlərinə dəstək kampaniyası başlatmışdılar və indi, Alman “Dsy Zeit” qəzetindən tərcümə edilən “Haber7.com” yazısında bu cəhd tanıdılırdı. Yazıda bəhs olunan hərəkata “Elmi yaradılış nəzəriyyəsinə üsyan; 33 astrofizik artıq Big Bang hekayəsini eşitmək belə istəmir” kimi ifadələrlə dəstək verildiyi görünürdü.

Ancaq bu etirazlar, Big Bang modelini elmi olaraq qiymətləndirmədə gerçək meyar olan sübut yetərliliyi cəhətindən əhəmiyyətsizdir. Bundan əlavə, yaradılış həqiqətinə üsyan, elmdə yeni bir şey deyil. Yaradılışın elmi olaraq təsdiqlənməsini, öz dünya görüşləri cəhətdən dözülməz hesab edən materialistlər, “Big Bang”-ə qarşı əvvəl də, buna oxşar axtarışlar etmişdir, ancaq məyus olmuşlar.

Big Bang modeli, üç təməl və əhəmiyyətli kosmik müşahidəsi mükəmməl şəkildə açıqlayır. Kainatın genişlənməsi (Habl qanunu, müşahidəçiyə uzaqlıqla sürətin azalması arasındakı düzgün (nizamlı) asılılıq), səmada hər yerdən yayılan mikrodalğa, yəni kosmik arxa fon və kainatın ilk bir neçə dəqiqəsində yaradılan helium və deyterium kimi yüngül atom nüvələrin bolluğudur. Kainatın dayanmadan genişləndiyini göstərən müşahidələr, astronomların, kainatın bir başlanğıcı olduğu nəticəsinə gəlmələrinə gətirib çıxarmışdır. Kainat sıfır həcmdəki və sonsuz sıxlıqdakı bir nöqtənin partlamasıyla başlamışdır.

Big Bang modeli, kainatın bir başlanğıcı olduğunu, elmi olaraq ortaya qoyması ilə çox əhəmiyyətli fəlsəfi tətbiqlər ortaya qoymuşdur. Müasir elm, kainatın bir başlanğıcı olduğunu göstərərək, kainatın Allah tərəfindən yoxdan var edilməsini (yaradılmasını) təsdiqləmişdir. Kolumbiya Universitetindən Ken Miller, Big Bangın kainatın mənşəyinə tutduğu bu işığı belə açıqlayır:

 

“Astronomiya elminin ən təəccüblü tapıntılarından biri, kainatın həqiqətən bir başlanğıcı, möhtəşəm bir başlanğıcının tapıntısıdır. İlk səbəb müzakirələri, müəyyən müddət ərzində hadisələrin sonsuza qədər geriləyə bildiyinə qarşı istifadə edilən nəzəri arqumentdir.  

Bunlar, səmərəsiz fəlsəfi düşüncə kimi görünürdü. Big Bang, ilk səbəbi gerçəkləşdirdi. Dövrün başlanğıcına bir sədd qoyaraq kosmik partlayışdan əvvəl əmələ gələ biləcək hadisələri sorğulamaqla (amma fərziyyəyə deyil) bağladı. Bir çox elm adamının fikrinə görə, Big Bang, kainatın başlanğıcına diqqətə çarpan bir şəkildə teoloji olan işıqlandırma təmin etmişdir.” 1

 

Bu həqiqət, kainatın əzəli və əbədi olduğunu (Allahı tənzih edirik) müdafiə edən materialistlər üçün çox narahatedici və hətta təməldən sarsıtmışdır. Materialist elm adamları, buna görə Big Bangı dövrədən kənarlaşdırdı və sonsuz kainat fikrini ayaqda tuta biləcək modellər inkişaf etdirmə axtarışına girmiş, ancaq buna dair bütün səyləri müvəffəqiyyətsizliklə nəticələnmişdir.

Bunun ən əhəmiyyətli nümunəsi, 1950-ci illərdə, astronom Fred Hoyle tərəfindən ortaya atılan “Sabit vəziyyət” nəzəriyyəsidir. Hoyle, bu nəzəriyyəsi ilə, kainatın genişləndiyi müşahidəsini izahında, bir böyük partlayışın yerinə maddənin həmişə yeni maddəni ortaya çıxartmasını yerləşdirməyə çalışmışdır. Fred Hoyle ilə birlikdə, uzun illər sabit vəziyyət nəzəriyyəsini müdafiə edən Denis Skiama, bu nəzəriyyəni, öz inanclarına uyğun gördüyü üçün müdafiə etdiyini, ancaq ard-arda gələn və Big Bang-ı sübut edən dəlillər qarşısında buraxmaq məcburiyyətində qalmasını belə izah edir:

 

“Sabit vəziyyət nəzəriyyəsini müdafiə edənlərlə, onu sınaqdan keçirən və məncə onu təkzib etməyi ümid edən müşahidəçilər arasında, bir vaxtlar çox sərt ədavət var idi. Bu vaxt ərzində, mən də, bir rol boynuma götürmüşdüm. Çünki, həqiqətinə inandığım üçün deyil, gerçək olmağını istədiyim üçün “sabit vəziyyət” nəzəriyyəsini müdafiə edirdim. Nəzəriyyənin etibarsızlığını müdafiə edən dəlillər ortaya çıxmağa başladıqca, Fred Hoyle, bu sübutları həyata keçirilməsində əsas rol oynayırdı. Mən də, yanında yer almış, bu düşməncə dəlillərə necə cavab verilə biləcəyinə dair fikir icra edirdim. Amma, dəlillər yığıldıqca artıq oyunun bitdiyi və sabit vəziyyət nəzəriyyəsinin bir kənara buraxılması gerçəyi ortaya çıxırdı.” 2

 

Rəqib nəzəriyyələri məhv edən, astronomiya sahəsindəki müşahidələrlə tamami ilə uyğun bir model olaraq, Big Bang, hal-hazırki astronom və astrofiziklər arasında geniş qəbul olunmuş vəziyyətdədir.

Big Banga qarşı bir hərəkat başladan 33 astrofizikin əlində isə, Big Banga qarşı ciddi dəlillərə əsaslanan hər hansı bir izah yoxdur. Bu vəziyyət, “haber7.com”-da nəşr olunan yazının özündə də, bildirilir:

 

“Bu prizmadan baxanda 33 ilk partlayış əleyhdarının tənqidi bu oyunda təsirsiz qalır. Anti-Big Bang hərəkatı bunun yerinə daha aydın nəticələr tapmalı. Nə var ki, bu son əlli il ərzində reallaşmadı.”

 

Anti-Big Bang hərəkati, nəzəriyyəni tənqid edənlərin araşdırmaları üçün zəruri maliyyə dəstəyindən məhrum buraxıldıqlarını qarşıya qoyurlar. Ancaq, bu etirazları, ciddi görməyən Bielefeld Universiteti filosofu Martin Ceririn bunlara cavabı, yazının nəticə hissəsində bu ifadələrlə bildirilir:

 

“Bunun, pul əskikliyindən həyata keçirə bilmədiyini irəli sürmək mənasız və xoşagələn bir səbəb deyil. Çünki kosmosla əlaqədar aparılan bütün tədqiqatlar hamıya aydındır, anti-Big Bang tərəfdarları da bu məlumatlardan faydalana bilər və öz planlarında istifadə edə bilərlər!”

 

33 astrofizikin gətirəcəkləri bir izah varsa və bunun Big Bang-dən daha güclü bir şərh olduğunu fikirləşirlərsə, onlara mane olmadığı aydındır. İstədikləri vaxt bu məlumatları araşdıra bilər, bunları istədikləri formada açıqlaya bilərlər. Halbuki 33 astrofizik, elmi cəhətdən konstruktiv olaraq bu davranışı göstərə bilmirlər. Bunun əvəzinə etirazlarını, Big Bang əleyhdarlarına xəyali təzyiq uyduraraq eşitdirməyə çalışırlar. Bu da, ideoloji səbəblərlə Big Bang-a qarşı olan elm adamlarının siyasi hərəkat etdiklərini və bəhs olunan hərəkatın elmi cəhətdən ciddi olmadığını göstərir.

 

Nəticə:

Big Bang nəzəriyyəsinə, fəlsəfi səbəblərlə üsyan edən elm adamları, hər dəfə Big Bang-i təsdiqləyən dəlillərin ağırlığı altında əzilmiş, ən inadçı səylər də müvəffəqiyyətsizliklə nəticələnmişdir. Bu vəziyyət, son anti-Big Bang hərəkatı üçün də qaçınılmazdır. Allahın üstün yaratmağının bir əsəri olan kainat, müasir elm vasitəsi ilə, yaradılışın dəlillərini üzə çıxartmağa davam edir və ideoloji olaraq müdafiə olunan, siyasi olaraq dəstəklənilən materializm yalanı, həqiqətin dəlilləri qarşısında məğlubiyyətə məhkumdur.

Allah, Quranın Saff surəsində belə bildirir:

 

“Onlar Allahın nurunu (islam dinini) öz ağızları ilə söndürmək istəyirlər. Allah isə – kafirlərin xoşuna gəlməsə də, öz nurunu (dinini) tamamlayacaqdır.” (Saff surəsi, 8)

 

 

1) Miller K. R., “Finding Darvin”s God: A Scientist”s Search for Common Ground Between God and Evolution,” [1999], HarperCollins: New York NY, 2000, reprint, səh. 225

2) Stephen Hawking, Kainatı Qucaqlayan Qarışqa, Alkım kitab və nəşriyyat, 1993, səh. 62-63