“National Geographic TV” kanalında 23 mart 2003-cü il tarixdə “Öldürən instinkt: Çayırlar” adlı sənədli film yayımlandı. Sənədli filmdə Afrika düzənliklərində yaşayan bəzi canlılardan nümunələr verilir, xüsusilə çayırlarda reallaşan ov-ovçu əlaqələri mövzu edilirdi. Təkamül nəzəriyyəsini kütlələrə təlqin etmə səyinin ən “praktik” üsulu bu sənədli filmdə də ortaya çıxırdı. Canlılardakı ən kompleks strukturlardan biri olan göz haqqında belə heç bir elmi dəlil göstərmədən “təkamül nağılı izah edildi. Bu yazıda müzakirə mövzusu nağılın elmi dilemmaları göstəriləcək.

 

Sənədli filmin leopardları izah edən hissəsində bu canlıların sahib olduğu üstün gecə görüş qabiliyyəti üzərində də dayanılmaqdadır. TV kanalı pişiklərin gözlərinin təkamüllə ortaya çıxdığı iddiasını edir. Filmdə bu mövzuda aşağıdakılar deyilməkdədir:

 

“Gecə görə bilmək üçün pişiklər bəzi dəyişikliklər keçirmişlər. Göz bəbəkləri bizimkilərdən üç qat daha çox işığın gözə girməsinə icazə verər və gözlərinin arxasındakı bir disk, təkrar istifadə edilməsi üçün işığı gözün içinə geri əks etdirər.”

 

Pişiklərin gözlərinin bu günkü halına dəyişiklik keçirərək çatdığı iddiası açıqca bir yalandan ibarətdir. Çünki göz əslində, ortaya qoyduğu “sadələşdirilə bilməz kompleks” quruluşla təkamül nəzəriyyəsinə ən böyük zərbələrdən birini vurur. Gözün, təkamülçülərin iddia etdiyi kimi, mərhələ-mərhələ inkişafı qeyri-mümkündür: Parçalardan hər hansı birinin olmaması orqanın funksiya görə bilməz hala gəlməsinə səbəb olacaq. Təxminən 40 parçadan ibarət olan gözün bu 40 parçadan hər hansı birinin, məsələn, retinasının olmaması vəziyyətində göz görə bilməyəcək. Bu səbəbdən bir gözün görə bilməsi üçün bu 40 parça, digər görməyi təmin edəcək sistemlərlə birlikdə eyni anda meydana gəlməlidir ki, bu ancaq yaradılışla mümkündür.

 

Təkamülçülərin iddia etdiyi kimi, yavaş-yavaş, milyonlarla il içində bu parçaların tək-tək meydana gələrək yığılması nəticəsində gözün meydana gəlməsi isə qeyri-mümkündür. Çünki tək bir parça belə əskik ikən görə bilməyən göz, yenə təkamülçülərin iddiasına görə istifadə edilə bilmədiyi üçün “korlaşacaq”, yəni daha yaranmadan yox olacaq. Gözün sadələşdirilə bilməz kompleks quruluşu Darvini bu mövzudakı narahatlığını ifadə edən etiraflar etməyə məcbur etmişdir: “İnkişaf etmiş bir göz mənə soyuq titrəmə verir. …Gözün meydana gəlişi… Belə bir çətinliklə üz-üzə gəlməmənin həqiqətən də saxtakarca olduğunu düşünürəm.”

 

Təkamülçülər Darvinin bu ifadələrini heç gündəmə gətirmədikləri kimi gözün necə təkamülləşmiş ola biləcəyinə dair şərhlər etməkdən açıqca qaçınmış hətta Darvini bu mövzuda xəbərdar etmişlər də. Məşhur geoloq Sir Charles Lyell, Darvinə yazdığı bir məktubunda bunları söyləmişdir:

 

“Bu çox əhəmiyyətli xülasənin ilk səhifəsi gözün meydana gəlməsi ilə əlaqədar etirazlarla başlayır. Bu etiraza cavab vermək və ortadan qaldırmaq üçün səhifələr dolusu yazı lazımdır. Əgər razı salmaq istəyirsənsə, bu mövzu haqqında heç bir şey söyləməmək daha yaxşı olar.”

 

Təkamülçülər, Lyellin ifadələrində görülən “gerçəkləri saxlama” zehniyyətini aradan əsri aşan müddət keçməsinə baxmayaraq, hələ davam etdirməkdədirlər. “National Geographic”də, gözün hansı mərhələlərlə təkamülləşmiş ola biləcəyinə dair heç bir şərh etmədən dəyişmə nağılları izah etməkdədir. Bir elm kanalı olma iddiasındakı televiziya kanalının elmi gerçəklərə deyil darvinizmin uzaqgörənliklərinə görə hərəkət etdiyi açıqca ortadadır. TV kanalının sənədli filmin sonunda verdiyi mesaj da darvinizm təbliğatını göstərməsi baxımından maraqlıdır:

 

“Çətinliklərin olduğu hər yerdə heyvanlar da bu çətinlikləri məğlub edə biləcək şəkildə aşmaq üçün təkamülləşmişlər. Rəqabətə əsaslanan bir həyat sürən bu heyvanlar arasında yaşayırsınızsa, həyatda qalmanın ən yaxşı yolu öldürmək üçün hazırlanmış olmaqdır.”

 

Canlıların çətinlikləri məğlub edə biləcək şəkildə təkamülləşdiyi iddiası elmi olmayan bir iddiadır. Çünki bu iddianın dayağı olan darvinizm indiki vaxtda elmi olaraq çökmüş düşüncədir. Darvinizm təbiətdə davamlı bir mübarizə olduğu və həyatda qalma mübarizəsinin canlıların sözdə təkamülünü şəkilləndirdiyini qəbul edər. Bu sözdə təkamülün mexanizmləri isə təbii seleksiya və təsadüfi mutasiyalar olaraq göstərilər. Ancaq təbii seleksiya və təsadüfi mutasiyaların heç bir təkamülləşdirici gücü yoxdur. Təbii seleksiya, canlıların çətinliklər qarşısındakı mübarizələri üzərində rol oynayaraq onları başqa növlərə çevirməz. Məsələn, tülkülərdən qaçan dovşanlar zamanla ceyranlara çevrilməzlər. Tülkülər ancaq yavaş qaçan zəif dovşanların ələnilərək dovşan nəsilinin daha sürətli və güclü fərdlərdən meydana gəlməsini təmin edər. Təbii seleksiya nəticəsində bir növün bir başqa növə çevrilməsi mümkün deyil.

 

Genetika elminin irəliləməsiylə növlərə aid genetik məlumatların nəsildən-nəsilə dəyişmədən köçürüldüyü aydın oldu. Beləcə təkamülçülər təbii seleksiyanın bir növü başqa növə çevirə bilməyəcəyini qəbul etmək məcburiyyətində qaldılar. Nəzəriyyənin dəstək olunması üçün yeni bir mexanizm modelləşdirilməsi lazım idi. Bu vəziyyət onları mutasiyalara sarılmağa yönəltdi. Mutasiyalar DNT-dəki nükleotid düzülməsində meydana gələn təsadüfi dəyişmələrdir Nükleotid silsilələri bir yazını meydana gətirən hərflərin düzülməsi kimi xüsusidir. Ancaq bu xüsusi düzülmə sayəsində genetik “məlumat” meydana gəlir. Təkamülçülər günümüz canlılarının növ xüsusiyyətlərini təyin edən DNT-lərin təsadüfi mutasiyalar nəticəsində bu günkü hallarına gəldiyini nəzərdə tutarlar. Halbuki, mutasiyaların təkamülləşdirici bir rolu yoxdur. Radiasiya və zəhər kimi xarici təsirlərin yanında hüceyrədə nadir olaraq görülən köçürülmə səhvlərindən qaynaqlanan mutasiyalar təsirli olduqları zaman canlıların ölü ya da şikəst doğulmalarına gətirib çıxararlar. Bu dağıdıcı təsirə görə, laboratoriyalarda saysız canlı üzərində edilən mutasiya təcrübələrində əsla daha sağlam və daha inkişaf etmiş canlıların ortaya çıxdığı görülməmişdir.

Təbii seleksiya və mutasiya açmazları təbiətdə bir təkamül müddəti yaşandığı iddiasını basdırmağa kifayətdir. “National Geographic TV”-nin hələ təkamülçü ifadələr söyləməsi tamamilə ideoloji narahatlıqlarından qaynaqlanmaqdadır. Kanal elmi gerçəkləri rədd etməkdə və Allahın varlığını inkar edən materialist fəlsəfəni dəstək olmaq üçün köhnələşmiş darvinist ifadələri təkrarlayıb dayanmaqdadır. Kanala tövsiyəmiz boş bir inanış olan darvinizmdən imtina etməsi və canlılığın mənşəyinin təkamül deyil yaradılış olduğunu qəbul etməsidir.