“Hürriyet Bilim”in 153-cü sayında “Təbiət ən böyük struktur mühəndisliyi” başlıqlı yazı nəşr olundu. Yazının əsas mövzusunu Duke universiteti mexaniki mühəndisi Adrian Bejanın struktur mühəndisliyi nəzəriyyəsi yaradırdı. (Bu nəzəriyyə qısaca, təbiətdə ortaya çıxan şəkilləri izaha istiqamətli nəzəriyyədir. Və şəkilləri, yerli məhdudlaşdırmalar altında sistemin hamısının optimal edilməsi baxımından ələ alır)

 

Yazıda Bejanın nəzəriyyəsi məzmununda təbiətdəki bəzi mühəndislik dizaynları ələ alınır, insan ağciyəri, quş tükü, ya da torpaq quruluşu, canlı, ya da cansız bütün strukturların bundan belə mühəndislik gözlüyü altında yenidən nəzərdən keçirildiyi ifadə edilirdi. Ayrıca quruluş olaraq mühakimənin, bədənimizdəki qan damarlarının diametrinin niyə hər damarda azaldığını, quşların niyə qruplar halında uçduğunu, ya da çay yataqlarının niyə yarı-dairə olduğunun açıqlanmasına əl verdiyi izah edilirdi.

Bura qədər izah edilənlər, təbiətdəki mühəndislik dizaynlarının mükəmməlliyini ən yaxşı şəkildə vurğulayan bir xüsusiyyətdə idi. Yazıda öz suyunu ən uc budaqlarına qədər daşıya bilən ağacların, açıqca “mükəmməl” mexanizmlərə sahib olduğu da yazılırdı.

Ancaq “Hürriyet Bilim”, bu mühəndislik dizaynlarının mənşəyinə dair şərhlərinə başladığında, ağıl və elmlə uyğun gəlməyən bir yanılma sərgiləyirdi. “Hürriyet Bilim”, təbiətdən, “struktur mühəndisliyi” olaraq söz edirdi.

“Hürriyet Bilim”in bu iddiası, bilinən “Təbiət ana” nağılını təbiətdəki dizayn möcüzəsi bir mühəndislik qanununa tətbiq etməkdən ibarətdir.

İnsanın ağciyər və ya damarlarında, ya da bir ağacın öz suyunu təpəsinə daşıyan kanallarda mühəndislik prinsipinin olması bütün bunların, üstün bir Ağla aid, şüurlu planlamanın nəticəsi olduğunu göstərir. Çünki təbiətin, heç bir şüuru olmayan havadan, sudan və torpaqdan meydana gəldiyi açıqdır. Bu vəziyyətdə, təbiətdəki mühəndislik dizaynlarındakı planlamanın təbiətin özünə aid edilməcəyi də açıqca ortadadır.

Bunu daha yaxından görmək üçün Bejanın struktur mühəndisliyi nəzəriyyəsinin əsas qanununu təkrar ələ alaq. Bu qanun “yerli məhdudlaşdırmalar altında sistemin hamısını optimizə edilməsi”dir. Və bu qanun eyni zamanda, “şüurlu dizayn” məhsullarının təməl xüsusiyyətlərindən biridir.

Məsələn, bir laptopu ələ aldığımızda, müxtəlif dizayn məhdudlaşdırmalarından kompüteri ən performanslı edəcək nisbətlərdə imtina edildiyini görərik. Söz gəlimi kompüterin ekranının böyük ölçülü və yüksək tezlik əmsalı olması idealdır. Ancaq ekran böyüdükcə ağırlıq artacaq, tezlik əmsalı artdıqca da istehsal daha da çətinləşəcək. İçinə qoyulan prosessorların sayı artırıldığında isə sürəti baxımından ideal vəziyyət meydana gələcək ancaq bu səfər də qiyməti diqqətə çarpan dərəcədə artacaq. Kompüter dizayneri mühəndislər bütün bu faktorları bir yerdə qiymətləndirər və ekran böyüklüyü və tezlik əmsalından, ya da prosessor sayından ən ideal nisbətlərdə azaltmaya gedərlər. Beləliklə sistemin, yəni kompüteri optimizə edilmiş (ən uyğun hala gətirilmiş) olar.

 

Kompüterdə bu mühəndislik prinsipinin varlığı qarşısında, kompüterdəki dizaynı kompüterin vəsaitinə aid etmənin çox axmaq vəziyyət olacağı açıqdır. Əgər biri, mühəndislik möcüzəsi bir kompüterə baxıb “silikonlar nə gözəl düzülüb mühəndislik reallaşdırmışlar və ortaya bu mükəmməl kompüteri çıxarmışlar” desə, o adamın ağıl sağlamlığından şübhə etmək lazımdır.

Eyni şəkildə, bir mühəndislik prinsipinin müşahidə edildiyi təbiət, dizaynın səbəbi ola bilməz. “Hürriyet Bilim”də təbiətdən nümunə verilən strukturların; insan ağciyəri və damarlarının və ya bir ağacın öz suyunu təpəyə daşıyan bir mexanizm aşkar bir məqsəd və planlama ortaya qoymaqda, saxladığı mühəndislik prinsipiylə açıq-aşkar bir dizaynın məhsulu olduğunu sübut etməkdədir. Bütün bu gerçəklər qarşısında, bu sistemlərin heç bir şüuru olmayan təbiət hadisələrinin nəticəsi olaraq çıxdığını müdafiə etmənin ağla tamamilə zidd tutum olduğu açıqdır.

İndiki vaxtda elm, təbiətdəki dizaynın özbaşına ortaya çıxmasının qeyri-mümkünlüyünü ortaya qoymuş, bütün bunları sonsuz bir güc və məlumatla var edən bir Yaradıcının varlığını sübut etmişdir. Heç şübhəsiz, bu yaradıcı aləmlərin Rəbbi olan Uca Allahdır. Allah, bir Quran ayəsində belə bildirməkdədir:

 

Göylərin və yerin səltənəti Ona məxsusdur. O, Özünə oğul götürməmişdir və səltənətində də şəriki olan yoxdur. O, bütün şeyləri xəlq etmiş və onlara münasib bir biçim vermişdir. (Furqan surəsi, 2)