Darvinistlər oranqutanların gülmə səsi çıxartmasından bu canlıların insanın atası olduğu nəticəsinə gəlmişlər.

İndi biz, başqa dəlillər də verək, ancaq bu dəlillərlə darvinistlərin böhranları daha da arta bilər: Darvinistlər bənzərlik axtarırlarsa, oranqutanların dişləri də insana bənzəyir, başlarının ön qismində onların da iki gözü var, ön tərəfdə bir də burunları var, eynilə insanlardakı kimi! İki yanda qulaqları var, iki də qolları var. Yemək yeyirlər, hərəkət edirlər. Eynilə insanlar kimi onlar da su içir, təmizlənirlər. Onların da insanlar kimi dırnaqları var, əlləri də insana bənzəyir.

 

Bir də əlavə olaraq GÜLMƏ SƏSİ ÇIXARIRLAR.

 

Oranqutanlarla bu qədər çox bənzərlik varkən yalnız gülmə səsinə diqqət etmələri, darvinistlərin böhrana girdiklərini açıqca göstərir. Darvinistlərin əyri məntiqinə görə əsas yuxarida saydığımız bu bənzərliklərdən yola çıxmaları və saxta təkamülə əsas bu bənzərlikləri guya dəlil göstərməli idi. Amma indi, bütün darvinist nəşrləri qiyam qaldırdıraraq, bir oranqutan balasının qıdıqlanınca gülməsini bu saxtakarlığa dəlil göstərməyə çalışırlar.

 

Məhz bu, darvinistlərin ciddi mənada depressiyaya düşdüklərinin göstəricisidir.

 

Ancaq darvinistlərin qavraya bilmədikləri şey budur: Bir canlı, insana nə qədər bənzərsə, insanın o qədər xoşuna gələr. Çünki insan, Allahın Quranda ifadə etdiyi kimi, ən gözəl surətdə yaradılmışdır. İnsanda yaradılan bu gözəl xüsusiyyətlərin başqa canlılarda təcəlli etməsi, insan üçün nemətdir. Bu bənzərlik bir böcəkdə, bir kəpənəkdə olsa belə insan bundan həzz alar. Allahın bəzi canlıları insana bənzər şəkildə yaratmasının sirri budur. Allahın bənzərlikləri yaratmasındakı hikmətlərdən biri də, nemətlərdən zövq alan şüur və şüur sahibi insanlara, canlılardakı gözəlliyi və nemətləri göstərməsidir. Allahın bir heyvanı güldürməsi möcüzədir.

Çünki heyvanların şüuru bağlıdır, varlıqlarının fərqində deyildirlər. Bir canlının şüuru bağlı olduğu halda əylənməsi, sevinməsi, gülməsi, şəfqəti, mərhəməti bilməsi, təmizliyə diqqət etməsi, özünü də balasını da qorumağı bilməsi, tədbirli davranması Allahın yaratdığı üstün gözəllik, çox böyük nemətdir. Və bu xüsusiyyətlərin bütünü, darvinistlər tərəfindən açıqlana bilməməkdədir. Darvinistlərin Allahın xüsusi olaraq yaratdığı bu bənzərliyi heç bir elmi dəlil təqdim etmədən, saxta təkamülə dəlil olaraq göstərməyə çalışmaları yaşadıqları böyük böhranın bir təzahürüdür.

 

Darvinistlərin saxta nəzəriyyələrini təkidlə müdafiə etmək üçün belə gülməli iddialar ortaya atmaları son dərəcə acınacaqlıdır. Təkamül adını verdikləri saxtakarlığa əgər darvinistlər bir dəlil gətirəcəklərsə, xəyali meymun ataların varlığı iddiasını, elmi dəlillərlə izah etməlidirlər. Gerçək, konkret və elmi dəlillərlə isbat etməlidirlər. Məsələn, ARA FOSİL GƏTİRMƏLİDİRLƏR. Elmi dəlil budur. LAKİN DARVİNİSTLƏR ƏLBƏTTƏ, TƏKAMÜLÜ İSBAT EDƏN TƏK BİR DƏLİL BELƏ GƏTİRƏ BİLMƏMƏKDƏ, BİR ƏDƏD BELƏ ARA FOSİL TƏQDİM EDƏ BİLMİRLƏR. Çünki bu nəzəriyyə, BÖYÜK SAXTAKARLIQDIR. Məhz bu səbəblə, darvinistlərin davamlı olaraq dəlil deyə istifadə etdikləri tək şey Allahın möhtəşəm sənəti olan canlıların insana bənzərliyidir. Bu gerçək, darvinist demaqoqluğun darvinistləri nə qədər yazıq mövqeyə saldığının açıq dəlilidir.