Bildiyimiz kimi bütün dünya 1500 ildir, ateist masonların və ateist sionistlərin düşünülmüş və mütəşəkkil planları ilə darvinist təbliğatın əsiri oldu. Bu əhatəli təbliğat ilə dövlət təşkilatları azğın təkamül nəzəriyyəsini müdafiə etmək, məktəblər bu nəzəriyyəni oxutmaq, professorlar inanmadıqları halda bu nəzəriyyəni şagirdlərinə öyrətmək məcburiyyətində qaldı. Bu təbliğat elə sürətlə edildi ki, təkamül nəzəriyyəsi qarışıqlıq yaradacaq qədər saxta və ağılsız bir yalan olmasına baxmayaraq, bəzi insanlar istər-istəməz bu primitiv nəzəriyyənin müdafiəçisinə çevrildilər.

 

XXI əsrdəki kəşfləri isə darvinistlər heç gözləmirdilər. Heç bir elmi və məntiqi əsası olmayan bu ağılsız nəzəriyyənin bu qədər asan təxribata məruz qalacağını təxmin etməmişdilər. Yeni nəsilləri bu nəzəriyyəylə yetişdirməyi nəzərdə tutmuşkən, yeni nəslin təkamül nəzəriyyəsi ilə lağ edəcəyini təxmin edə bilməmişdilər. Bütün dünya bu ağlasığmaz yalana inanmışkən, bu nəzəriyyəni aradan qaldırmağa cəsarət edən birinin meydana çıxacağını təxmin etməmişdilər. Lakin ehtimal etmədikləri, təxmin etmədikləri hər şey bir-bir həqiqət oldu.

Məhz darvinistlərin yaşadığı indiki qarışıqlıq bundan qaynaqlanır.

 

Darvinistlər əhalinin 99%-i təkamülə inanmayan cəmiyyəti aldada bilməzlər

NTV nəşrləri də dünya miqyasında bu istiqamətdə əbəs yerə səy göstərən və ciddi şəkildə məğlub olan bəhs olunan qrupun kiçik nümayəndəsidir. NTV-nin vəziyyəti digərlərindən bir az fərqlidir, çünki bu nəşr qrupu, əhalinin 99%-i təkamülə inanmayan cəmiyyəti aldatmağa çalışır. Ancaq NTV-yə bir xəbərimiz vardır:

 

  • Türk cəmiyyəti 1980-ci illərdən bəri Harun Yəhyanın, təkamülü dəlillərlə aradan qaldıran 300-dən çox kitabını, məqalələrini oxuyur, sənədli filmlərini izləyir.
  • Bu cəmiyyətin hər fərdi mövzu haqqında məlumatı olsa da, olmasa da, biologiya təhsili alıb-almamasından asılı olmayaraq bir zülalın da təsadüfən yaranmayacağını və bir zülalın əmələ gələ bilməsi üçün 60 zülalın lazım olduğunu çox yaxşı bilir.
  • Bu cəmiyyət 300 milyondan çox fosilin Yaradılış həqiqətini isbat etdiyini və bir dənə də ara fosil olmadığını əzbərdən bilir.
  • İnsanlarımızın demək olar ki, hamısı onlara internet yoluyla ödənişsiz çatan və təkamülün elmdən kənar iddialarını möhtəşəm fosil dəlilləriylə yerlə-yeksan edən Yaradılış Atlasını səhifə-səhifə araşdırmışlar.
  • Bu cəmiyyətin insanları, fosil sərgilərində təkamülü rədd edən dəlilləri öz gözləriylə görmüş, Yaradılışı isbat edən bu fosillərə öz əlləriylə toxunmuşlar.
  • Gənc nəsil təkamül nəzəriyyəsini çürüdən 2000-ə yaxın elmi konfransı 81 şəhərin hamısında öz məktəblərində, universitetlərində, konfrans salonlarında bir-bir elmi dəlilləriylə izləmişlər.
  • Şagirdlər məktəblərdə onlara təkamülü izah etməyə çalışan müəllimlərinə cavab verir, imtahanlara məcburi salınan təkamül sualları proqramdan tələsik çıxarılır.
  • Hər hansı şəhərin istənilən bir küçəsində yoldan keçən vətəndaşımızdan soruşsaq, təkamül nəzəriyyəsinin böyük axmaqlıq və yalan olduğunu tərəddüdsüz söyləyəcək.

 

Məhz belə bir mühitdə təkamül saxtakarlığını müdafiə etmək, bu insanların təkamülə hələ inanacaqlarını zənn etmək çox məntiqsiz düşüncədir. Artıq bu ölkədə 7 yaşından 70 yaşına qədər hər kəs ət bişirərək kimsənin meymundan insana çevrilmədiyini çox yaxşı bilir. Bu axmaqlıqlara üstün xüsusiyyətləriylə bütün ölkələrə nümunə olan türk millətinin inanacağını zənn etmək, öz millətimizi alçaltmağa çalışmaq, onların asanlıqla aldadılacağını zənn etmək mənasını verir, lakin onlar yanılırlar. Bu şanlı millət, darvinistlərin düşündüklərindən daha ağıllı və düşüncəli bir millətdir. Onsuz da Türkiyədə təkamülə inanmayanların 99%-i ilə təmsil edilməsi bunun açıq sübutudur.

 

Darvinistlər bütün dünyada məğlub olmuşlar

Darvinistlər cənab Adnan Oktarın 30 illik fikri mübarizəsinin nəticəsində ortaya çıxan möhtəşəm əsərlərinin vəsiləsiylə heç gözləmədikləri, çox sarsıdıcı məğlubiyyət ilə qarşılaşmışlar. Bu onların nəzərlərində olmayan bir şey idi. Onlar nəzəriyyələrini qurtarmaq üçün səy göstərdikcə, aldıqları qarşılığın təsiri daha da artır. Dünya səviyyəsində dörd bir yanda aparılan darvinist təlqinlərə baxmayaraq, insanların axın-axın bu nəzəriyyəni tərk etmələri insanların bu mövzuda məlumatlandıqlarının və artıq elmi dəlillərə görə düşündüklərinin açıq göstəricisidir.

İnsanlar artıq bir dəfə Günəşi görmüşlər. Günəşi yalnız bir saniyə belə görmələri kifayətdir. Artıq onları Günəşin olmadığına inandırmaq qeyri-mümkündür. Buna görə dünyada müxtəlif mərkəzlər tərəfindən darvinist təlqinlər etməyə çalışan yayın mərkəzləri böyük zərbə aldıqlarının və təkamül nəzəriyyəsini müdafiə etmək üçün artıq heç nəyin qalmadığının fərqinə varmışlar. Bu günlərdə şahid olduğumuz bir neçə nümunə artıq son cəhdlərdir. NTV isə dünya miqyasında boşa çıxmış bu darvinist qrupu izləməyə çalışan kiçik yayın təşkilatı kimi eyni çarəsiz səyi göstərir, lakin daha böyük xəyal qırıqlığı yaşayır və bu məqsədlə verdiyi xəbərlərlə özünü hörmətdən salır.

NTV-yə, bütün dünyada məğlub olan və artıq kimsə tərəfindən ciddiyə alınmayan darvinist nəşrləri təqlid etməyə çalışmaqdansa, küçəyə çıxıb insanlarımızın nəbzini yoxlamasını, insanlarımızın nə qədər ağıllı və açıqfikirli davrandıqlarını və darvinizmin boş sözünə inanmadıqlarını görməsini tövsiyə edirik. Məhz o zaman NTV və bənzəri şəkildə darvinist təbliğat aparan yayın orqanları, “ət bişirərkən təkamülləşdik” nağıllarıyla necə əskildiklərini anlayacaq, türk olan bir insanı aldada bilməyəcəklərinin fərqinə varacaqlar və ümid edirik ki, bundan sonra bu boş sözü müdafiə etməkdən əl çəkəcəklər.