Ümumiyyətlə, dənizin dibinə yaxın bölgələrdə yaşayan vatos balıqlarının izah edildiyi proqramda öz içində ziddiyyətli təkamül nağılına yer verildi. Əvvəl “uzun zaman əvvəl fərqli şəkildə təkamülləşməyə başlamış olmalarına baxmayaraq, vatozlar və yaxın qohumları olan köpəkbalıqları ən müvəffəqiyyətli dəniz varlıqlarındandır” ifadəsiylə vatosların mənşəyinə dair təkamülçü şərh gətirildi. Bir neçə dəqiqə sonra isə vatosların 150 milyon ildir təqribən heç dəyişməmiş olduqları ifadə edildi.
“Discovery Channel” 150 milyon illik fosillərlə arasında təxminən heç fərq olmayan günümüzdəki vatosların uzun müddət əvvəl təkamülləşməyə başladığını iddia etməkdə, ancaq belə bir təkamülün görülmədiyini də yenə özü etiraf etməkdədir. Bu vəziyyətdə “Discovery Channel”in vatosların təkamülü iddiasını “kor-koranə” müdafiə etdiyi açıqca ortaya çıxmaqdadır.
Bir canlı üzərində 150 milyon il boyunca təsirli olmayan xəyali təkamül prosesilə vatosların mənşəyini şərh etməyə çalışmaq əvəzinə təkamülün “xəyali” proses olduğunu qəbul etmək əlbəttə ki, ağıla daha yaxındır.