Science:

Archaeopteryx ehtimalla ilk quşlarla əlaqədar olaraq tüklərin və uçuşun ən qədim mənşəyi ilə əlaqədar çox şey söyləyə bilməz, çünki Archaeopteryx, MÜASİR MƏNADA, QUŞDUR. [1]

  • Darvinistlərin Archaeopteryxin aralıq forma olduğuna dair iddiaları böyük yalandır.
  • Archaeopteryx dişləri və pəncələrində dırnaqları olan mozaik canlıdır. İndiki vaxtda yaşayan iki növ quşda, Touraco corythaix və Hoatzində budaqlara yapışmağa yarayan pəncələr vardır. Keçmişdə eyni zamanda başqa dişli quşların yaşadığı bilinir.
  • Həm də dişlər, dinozavrların diş strukturlarından çox fərqlidir. Bu quşların atası olduğu iddia edilən Theropod dinozavrlarının dişlərinin üstü mişar kimi çıxıntılıdır və kökləri də dardır.
  • Eyni tədqiqatçılar, eyni zamanda Archæopteryx ilə onun saxta ataları olan Theropod dinozavrlarının bilək sümüklərini müqayisə etmişlər və aralarında heç bir bənzərlik olmadığını ortaya qoymuşlar
  • Darvinistlər daha əvvəldən uçmaq üçün lazımi əzələlərin yapışdığı döş qəfəsinin altında olan sinə sümüyünün var olmadığını iddia etmişlərdi. Lakin 1992-ci ildə tapılan yeddinci Archæopteryx fosilində sinə sümüyü vardı. Bu tapıntı canlının uça bilmədiyinə dair bütün iddiaları ortadan qaldırmışdır.
  • Archæopteryxin günümüz quşlarınınkından fərqsiz olan asimmetrik tük quruluşu, canlının mükəmməl olaraq uça bildiyini göstərir.

Ä°lgili resim

Paleontoloq Robert Carroll

Archæpoteryxin uçuş tüklərinin həndəsəsi müasir uçucu quşlarınkı ilə tamamilə eynidir, uçucu olmayan quşların isə tükləri simmetrikdir. Tüklərin qanad üzərindəki nizamı da müasir quşlarınkıyla bənzərdir… Uçuş tükləri ən az 150 milyon ildən bəri sabitdir (dəyişməmişdir). (Robert L. Carroll, Patterns and Processes of Vertebrate Evolution, Cambridge University Press, 1997, s. 280-81)

  • D. Uoker, Archaeopteryxin qulaq bölgəsini də araşdırmış və qulaq quruluşunun günümüz quşları ilə eyni olduğunu ifadə etmişdir.
  • Uels Universiteti, Biologiya Elmləri İnstitutundan J. Riçard Hinklif embrionlar üzərində müasir izotopik texnikadan istifadə edərək, quşların qanadlarının II, III və IV. barmaqlardan meydana gələrkən, Theropod dinozavrlarının əllərinin I, II və III. barmaqlardan meydana gəldiyini təyin etmişdir. Bu Archæopteryx-dinozavr əlaqəsini müdafiə edənlər üçün böyük problemdir. Hinklifin tədqiqat və müşahidələri, məşhur elm jurnalı “Science”in 1997-ci ildəki sayında nəşr olunmuşdur.
  • Archæopteryxin atası olaraq göstərilən theropod dinozavrları, əslində Archæopteryxdən daha gəncdirlər.
  • Ən əhəmiyyətlisi, ARCHÆOPTERYX İLƏ EYNİ DÖVRDƏ YAŞAMIŞ OLAN MÜKƏMMƏL UÇAN QUŞLARIN TAPILMASIDIR. 140 milyon illik LİAONİNGORNİS və 120 milyon illik CONFUCIUSORNIS mükəmməl uçan quşdurlar.

 

 

[1] Hank Hanegraaff, Fatal Flaws “What Evolutionists Don”t Want You To Know”, W Publishing Group, 2003 səh. 19