Tarix boyunca materializmin ən böyük məqsədi, insanları bir Yaradıcının varlığı inancından uzaqlaşdırmaq və insana, bir maddədən başqa bir şey olmadığı yalanını  aşılamaqdır.

Buradakı məqsəd, insana məsuliyyətsizlik təlqini vermək və onu guya təkamül keçirən heyvandan başqa bir şey olmadığına inandırmaqdır. Darvinizm, materialist məntiqin bir davamı olduğundan, bu təlqini vermək insanları darvinizmə daha çox yaxınlaşdırır. Çünki məsuliyyətsizlik duyğusu, Allah inancı qəlbinə tam yerləşməmiş insanlara cazibədar gələ bilər. Məsuliyyətsizlik düşüncəsi ilə insanlar dünyanın zövqlərinə daha rahat sahib ola biləcəkləri xətasına düşərlər. Həyatları boyunca Allaha qarşı yerinə yetirməli olduqları öhdəliklərin fərqində deyilmiş kimi davranarlar.

Allaha ibadət etmək, axirətin varlığını düşünərək yaşamaq, nəfsin təlqini olan pisliklərdən çəkinmək və daim gözəl əxlaqlı olmaq kimi Quran əxlaqının gətirdiyi məsuliyyətlərdən uzaqlaşa biləcəklərinə və bu şəkildə öz ağıllarıca rahat ola biləcəklərinə inanırlar. Halbuki, rahatlıq olaraq düşündükləri bu sistem, tam tərsinə böyük bir sıxıntı qaynağıdır. Gözəl əxlaqdan qaçaraq rahatlayacağını zənn edən adam, gözəl əxlaqı yaşamamağın verdiyi mənəvi boşluqda davamlı sıxıntı içində yaşayar. Eqoist olunca güclü olacağını, ədalətsiz davranınca mənfəət əldə edəcəyini zənn edən adam, davamlı olaraq bu çirkinliklərin əzabını yaşayar. Göstərdiyi pis əxlaq özünə qayıdar.

Heç kimin heç kimi sevmədiyi, Heç kimin heç kim üçün fədakarlıq etmədiyi, Heç kimin heç kimə vəfa göstərmədiyi, Heç kimin heç kimi qorumadığı, ədalətin, şəfqətin, mərhəmətin olmadığı bir mühitdə yaşamağın maddi və mənəvi itkiləri ilə ömürünü puç edər. Qısaca, darvinistlərin verdikləri məsuliyyətsizlik təlqini, bəzi şəxslərin zənn etdiyi kimi onların həyatını asanlaşdıran deyil, tam əksinə çətinləşdirən, çirkinləşdirən, maddi və mənəvi olaraq onlara əzab gətirən bir hala çevrilər. Necə ki, bu gün bir çox Qərb ölkəsinin yaşadığı ictimai çöküntü düşünüldüyündə bu gerçək daha yaxşı aydın olacaq.

Bütün bunlara baxmayaraq, düşünməkdən qaçan bəzi insanlar darvinizmə inanmağa daha uyğun hala gələ bilərlər. Çünki bəzi insanlar, bəzən həyatlarının “bəsitləşdiyini” zənn edərək rahatlamağa meylli ola bilərlər. Bir çox insan heyvandan törəyən məsuliyyətsiz bir varlıq olduğunu düşünməkdə bir qəbahət görməz. Darvinizm də tam olaraq bunun gərəyini edər, insanı sanki bir böcək və ya bir ağcaqanad ilə bərabər tutar.

Təkamülçü paleontoloq Stefen Cey Quld (Stephen Jay Gould), bu məntiqi belə ümumiləşdirir:

 

İnsan, həyatın nəhəng böyüklükdəki kolluğunda sonradan ortaya çıxmış, yalnız böyük ölçüdə təsadüfi kiçik bir zoğu təmsil edir.

 

Ateist Riçard Dokinsin dəstək verdiyi müxtəlif ölkələrdə reallaşan avtobus afişaları, sözü gedən çirkin təbliğatın çox dəqiq və açıq nümunəsidir. Dokinsin dəstəkçiliyini etdiyi avtobus afişaları, ateizm təlqinini verməkdə və beləliklə, ağlıca insanlara “məsuliyyətsizcə yaşamağın dadını çıxarmalarını” nəsihət edir. Çox dərin düşünməyən bir insan bu çağırışı olduqca həqiqi qəbul edə bilər və sözü gedən darvinist təlqin olduqca sürətli bir şəkildə verilmiş olar. Hər şey elə sadə izah edilmişdir ki, adam, necə böyük bir yanılmanın içinə düşdüyünü, necə aldadıldığını belə hiss etməz.

Halbuki bu afişalar, böyük bir saxtakarlıqdan, ciddi bir yanılmadan ibarətdir. Bir insan, iman etməsə də Allahın uca varlığının dəlillərini davamlı görür, istəsə də istəməsə də Allahın yaratdığı qədəri yaşayır. İman dəlilləri – həqiqətən görə bilən və dərk edə bilən insanlar üçün – hər yerdədir. İnsan, yalnız iman və Allah sevgisi ilə xoşbəxtliyə çata bilər, yaşadıqlarından zövq ala bilər. Dünyadakı gözəllikləri insana nemət olaraq yaradan Allah, əlbəttə Özünü ən çox sevənə və Özünə ən çox yaxın olana bu nemətlərin gözəlliyini və zövqünü daddıracaq. İnkarçılar neməti də, zövqü də verənin Allah olduğunu unutduqlarından, məsuliyyətsiz və sərhədsiz yaşadıqlarında xoşbəxtliyə çata biləcəklərini zənn edirlər. Halbuki Allahdan qafil, sərhədsiz və məsuliyyətsiz yaşamaq, onlara hər vaxt zülm, sıxıntı və çöküş gətirmişdir.

Nemətlər bəlaya çevrilmiş, alınacaq zövqlər daim hüsranla nəticələnmişdir. Bu insanlar, Allaha yaxın olmağın, Allaha iman etməyin gözəlliklərini düşünə bilmədiklərindən, nemətin bütününü Allahın verəcəyini qavraya bilmədiklərindən, belə saxta təbliğat üsullarının müvəffəqiyyətli olacağını zənn edirlər. Halbuki, nə özləri gözəl və dinc bir həyat yaşaya bilərlər, nə də ətraflarındakı insanlara təsir edə bilərlər. (Dokinsin müdafiəçiliyini etdiyi ateist avtobus afişaları, bir çox ölkədə etirazla qarşılanmış, Finlandiya kimi bəzi Avropa ölkələrində həddindən artıq etiraz edildiyindən avtobus sürücüləri tətil etmiş, avtobus şirkətləri bu afişaları istifadə etmək qərarı almış, xalq tərəfindən sözü gedən afişalar cırılmışdır. Bunun nəticəsində bir çox yerdə sözü gedən afişalar qadağan edilmişdir)

Bu təlqinin ən sıx verildiyi digər bir yer isə məktəblərdir. Məktəb dərsliyi olan “Biology” şagirdlərə “həyatın təbiəti”ni öyrənərkən bu düşüncəni ağıllarında tutmalı olduqlarını öyrədir: “təkamül təsadüfidir və hazırlanmamışdır”. Universitet dərsliyi “Life: The Science of Biology”ni oxuyan şagirdlər isə bu ifadə ilə qarşılaşırlar: “darvinist dünya görüşü, yalnız təkamül mərhələlərini qəbul etmək deyil, eyni zamanda təkamüllü dəyişmənin son bir məqsəd və ya vəziyyətə istiqamətli hazırlanmamış olduğu fikirini də qəbul etmək mənasına gəlir”.

Bir insanın təsadüfən var olduğu yalanını, kor, şüursuz təsadüflərin nəticəsi olaraq var olduğu yalanını öyrədən bir təhsil sistemi şübhəsiz, gənc zehinlərin anarxiyanı, qarşıdurmanı, qırğını, əzməyi, mərhəmətsizliyi, eqoistliyi məqbul görən son dərəcə təhlükəli fikirlərlə zəhərlənməsi deməkdir və bu təlqinləri alan insanların istənilən şəkildə istiqamətləndirilə bilmələri də mümkün görünür. Məsələn, Douglas Futuymanın “Evolutionary Biology” adlı dərs kitabının şagirdlərə öyrətdiyi yanılma budur:

 

Darvinin kor, məqsədsiz təbii seçmə yolu ilə işləyən təsadüfi, məqsədsiz dəyişikliklər teoremi, “nə üçün”lə başlayan haradasa bütün suallara inqilabçı yeni bir cavab təqdim edir. Müxtəlif orqanizmlərin varlıqları və xüsusiyyətlərinin bu tamamilə mexaniki, metaryalist şərhinin dərin və narahat edici mənası, insan davranışından başqa təbiətin hər hansı bir yerində bir qanun, məqsəd, ya da hədəf olduğuna dair bir dəlilə rast gəlmədiyimizdir, onsuz da buna ehtiyacımız yoxdur.

 

Futuyma elmdən kənar şərhinə belə davam edir:

 

“Əvvəla Darvinin təkamül nəzəriyyəsi, onun ardınca Marksın materialist tarix və cəmiyyət anlayışı (qeyri-kafi və səhv olsa da) və Freydin insan davranışıları haqda qeydləri, həmişə Qərb düşüncəsinin böyük ölçüdə səhnəsi olmuş mexanikiçilik və materializm platformasına həyati bir dayaq olmuşdur”.

 

Halbuki, bütün bunlar böyük bir yalandır.

İnsan, hər şeyi sadə və şüursuz hesab edərək məsuliyyətlərindən xilas olmuş deyil. Məsuliyyətlərindən xilas olma duyğusu da insanları rahatlaşdırıb xoşbəxt edəcək deyil. İnsan bu duyğunu üzərindən atdığında, bir anda dünya zövqlərinə sahib olmayacaq, bir anda bütün dərdlərindən xilas olmayacaq. Ateist və darvinistlərin bilmədikləri və ya qəbul etməyi rədd etdikləri əhəmiyyətli bir gerçək vardır:

Hər şeyi Allah yaradır. Dünyadakı nemətləri də, zövqləri də yaradan Allahdır. Bu səbəbdən insana dünyadakı gözəlliklərdən zövq alma və rahat yaşama hissini verəcək olan da Allahdır. Allah diləsə, bütün nemətlər, bolluq və rifah içində bir insana ən dərin bədbəxtlikləri və əzabları yaşada bilər. İnsan, bütün zövqləri doyumsuz yaşamaq üçün nə qədər səy göstərərsə göstərsin, ona zövqü və xoşbəxtliyi verəcək olan yalnız Allahdır. Məhz ateistlərin və darvinistlərin ən böyük yanılmaları bu həqiqətdən qafil olmalarıdır.

Məsuliyyətsiz olduğunu düşünən bir insan, hər kəs kimi davamlı sevgi, rahatlıq və güvən axtarışı içindədir. Amma özü kimi düşünən insanların meydana gətirdiyi bir cəmiyyət içində bunların heç birinə sahib deyil. Məsuliyyətsiz insan həyatı boyunca, bir gün mütləq öləcəyini unutmağa çalışar. Halbuki, hər an ölümlə təmasdadır. Ətrafındakıların ölümünü izləyər, xəstəliklərə, qəzalara hər an şahid olar. Bir böcəyin ölümü belə qaçmağa çalışdığı ölümü ona mütləq xatırladacaq.

Ölümü nə qədər inkar etməyə çalışsa da ölüm qorxusu bütün bədənini əhatə edər. Ətrafında ölən və öz inancına görə yox olub gedən insanlar üçün kədərə boğular. Öz bədəninin keçən zamana qarşı çıxa bilmədiyini, davamlı ölümə doğru yaxınlaşmaqda olduğunu inkar edə bilməməyə başlayar. Ölümü rədd etmək ona rahatlıq deyil, tam tərsinə qorxu, narahatlıq və sıxıntı gətirər.

Məsuliyyətsiz yaşamaq insana əslində bütün sıxıntı və çətinliklərin qapısını açar. Hər şeyin Allahın nəzarətində olduğunu təqdir edə bilməyən bir insan gələcəkdən çox qorxar. Bütün ruzinin sahibinin Allah olduğunu təqdir edə bilməyən bir insan, həyatı boyunca bir yerlərdən qazanc əldə etmək dalınca düşər və haradasa bütün həyatı bu uğurda məhv olar.

Allahın axirətdə insanın bütün gözəlliklərə sahib ola biləcəyi bənzərsiz bir həyat yaratmış olduğunu bilməyən bir insan, həmişə öz inandığı sistem içində gerçək sevginin, gerçək dostluğun, gerçək vəfanın yaşanmasını gözləyər. Halbuki gerçək sevgiyə bu dünyada ancaq Allah üçün yaşadığı təqdirdə sahib olacaq. Allah üçün yaşamadığı müddətcə heç bir zaman bu gözləntisi qarşılıq tapa bilməz. Gerçək sevgi və vəfaya çata bilmədən ömürünün sürətlə keçməkdə olduğunu fərq edər. Heç bir geri dönüşü yoxdur. Gələcəkdə olacaqları həmişə dəhşət içində gözləyərlər.

Öz inancına görə, yalnız bu dünyadakı bir neçə on ilə malikdir. Axirət inancı olmadığından, bir neçə on ilin sonunda “yox olacağını” düşünər. Yox olacağını bilə-bilə bir neçə on il bu dünyada yaşamaq insana necə bir xoşbəxtlik, zövq və hüzur verə bilər ki? Əlbəttə verə bilməz. Məhz bu səbəblə heç bir ateist, iddia etdiyi kimi həyatın dadını çıxara bilməz, gələcəkdə özünü nələrin gözlədiyini yalnız narahatlıq və qorxu içində izləyər.

Belə bir insan, həyatının sonuna gəldiyində, bütün həyatının boş və nəticəsiz gözləntilər içində keçmiş olduğunun fərqinə varacaq. Məhz məsuliyyətsizliyin insana gətirdikləri bunlardır. Bir insan əgər axirəti ümid etmirsə, başıboş və bütün dəyərlərdən məhrum yaşamaq istəyirsə, bunun qorxunc nəticələriylə də gec-tez qarşılaşacaq. Necə ki intiharlar, döyüşlər, cinayətlər, qırğınlar, oğurluq, təcavüz və sui-istifadələr, bu məsuliyyətsiz həyatın bir nəticəsidir.

Halbuki Allah, Bəlkə insan özbaşına qoyulacağını güman edir?” (Qiyamət surəsi, 36) ayəsində ifadə etdiyi kimi, insanı məsuliyyətsiz yaratmamışdır. İnsana hüzur verəcək olan, insanı doğru və gözəl yaşamağa, narahatlıq, qorxu və sıxıntı duymadan bir həyat keçirməyə istiqamətləndirəcək olan, yalnız Allah qorxusu və Allah sevgisidir. Allahdan qorxan bir insan, Allaha hesab verəcəyini bilər, vicdanına zidd yaşaya bilməz.

Allahdan qorxan bir insan başqasına zərər verə bilməz, pis əxlaq sərgiləyə bilməz, insanları təsadüfi varlıqlar olaraq qəbul edə bilməz. Allaha güvənən bir insan özünü yaradanın, yaşadanın, özünə ruzi verənin, özünə sağlamlıq və güc verənin Allah olduğunu və bunları yalnız Allahdan istəyə biləcəyini bilər. Allahdan qorxan bir insan, Allahın yaratdığı xeyirli bir qədərə tabe olduğunu, bu dünyada yalnız sınanıldığını, əsl həyatın axirətdə Allahın təqdir edəcəyi sonsuz bir həyat olduğunu bilər. Məhz bu səbəblə bu dünyada davamlı olaraq bir səy içindədir. Allaha qarşı məsuliyyət daşıdığını, Allaha hesab verəcəyini, Allahın özünü başıboş və məsuliyyətsiz yaratmadığını bilər.

Nemətlər onun üçün sevinc vəsiləsidir, nemətlərin haqqını verəcək, onlardan zövq alacaq olan da yalnız iman edənlərdir. İnsanlar zövqlərin hamsını sərhədsiz olaraq yaşadıqlarında rahat olacağını zənn edərlər. Halbuki bu sərhədsizlik insanı nemətlərdən bezmə, hətta iyrənmə mərhələsinə gətirər. Zövq almağı gözlədiyi gözəlliklər, insan üçün bir anda bəlaya, əziyyətə çevrilər. Amma nemətləri Allah üçün sevmək, Allah yaratdığı üçün nemətlərdən zövq almaq başqa bir ruh halıdır. Bunu yaşayan bir insanın aldığı zövq fövqəladədir. Və bu şüurda yaşamağın qarşılığı, Allahın diləməsi ilə, dünyada və axirətdə gözəl bir həyatdır. Allah ayələrində belə bildirir:

 

Şübhəsiz ki, Allahın dostlarının heç bir qorxusu yoxdur və onlar kədərlənməyəcəklər. Onlar iman gətirmiş və Allahdan qorxmuşlar. Dünya həyatında da, axirətdə də onlara müjdə vardır. Allahın kəlmələri əsla dəyişilməz. Bu, böyük uğurdur. (Yunus surəsi, 62-64)