Zuxruf surəsi 23-30

Adnan Oktarın 14 may 2011 A9 Tv-dəki canlı söhbətindən

ADNAN OKTAR: Zuxruf surəsi, 23, şeytandan Allaha sığınıram; “Məhz belə” deyir Allah, “səndən əvvəl də (hər hansı) bir məmləkətə bir elçi göndərmiş olmasaq” “Bir Mehdi, bir mürşid, bir peyğəmbər göndərmiş olmasaq.” “Mütləq onun “rifah içində azan  liderləri,” saxtakarları,” (belə) demişlər: “Həqiqətən biz, atalarımızı”, daha əvvəlki alimlərimizi, “bir din üzərində tapdıq,” “bir inanc üzərində tapdıq.” “Və doğrusu biz, onların izlərinə (əsərlərinə) inanan kəslərik.”Yəni “onların kitablarına, onların düşüncələrinə iman gətirdik, sənə iman gətirmərik biz” deyirlər. Hz. Mehdi (ə.s) gəldikdə nə deyəcəklər? Eynisini.

“(O peyğəmbərlərdən hər biri də belə) Demişdir:” O Mehdilər də belə deyirlər; “Mən sizə atalarınızın tapdığınız şeydən daha doğru olanını gətirmiş olsam da mı?” Yəni “daha doğrusunu, tam uyğun olanını gətirmiş olsam da mı?” “Onlar da demişdilər ki: “Doğrusu biz, özüylə göndərildiyiniz şeyə qarşı olanlarıq.”” “Qarşıyıq biz sizə” deyir. Hz. Mehdi (ə.s)-a da eyni rəftarı göstərəcəklər, eyni sistemdir.

“Beləcə, onlardan intiqam aldıq. Elə isə, bir bax; yalan hesab edənlərin sonu necə oldu?” Allah, bu intiqamlarını alır, amma xəbərləri yoxdur. O şəxslərdən Allah daima intiqam alır, xəbərləri yoxdur. “Necə ki, İbrahim atasına və öz qövmünə demişdi ki: “Şübhəsiz mən, sizin inandıqlarınızdan uzağam.” Tək başına, o dövrün Mehdisi… ardı...