Zuha surəsi 1-11

Zuha surəsi, 1-11-ci ayələrin təfsiri

Adnan Oktar: Zuha surəsi. Şeytandan Allaha sığınaram. 93-cü surə. Rəhman və Rəhim olan Allahın adıyla. And olsun səhərə! yəni daha günəş doğulmadan əvvəlki ilk mühit. Eyni zamanda bu ayə Mehdi (ə.s) hələ ortaya çıxmadan ilk işıqlanmalar, işıqların olduğu mühitə baxar. And olsun qaranlığın yaxşıca çökdüyü gecəyə! Quran burada həm də dəccaliyyətin hər tərəfi örtdüyü, küfrün, tüğyan və dəlalətin qaranlığının yaxşıca çökdüyü zaman gecəyə işarə edir.Rəbbin nə səni tərk etmişdi, nə də sənə acığı tutmuşdu“. Peyğəmbər Əfəndimiz (s.ə.v) bir ara vəhy kəsilincə Allahın onu tərk etməsindən və ya acıqlanmasından şübhə etmiş ola bilər. Ona görə Allah bu surəni endirir.

Bu surədəki bu açıqlamanı endirir, Cənabı Allah. “Şübhəsiz sənin üçün son olan, ilk olandan daha xeyirlidir”, bax “sənin üçün son olan, ilk olandan daha xeyirlidir”. İlk olaraq zahiri mənası “axirət dünyadan daha xeyirlidir” mənasını verir. Axirət dünyadan daha xeyirlidir. İkinci mənası “Şübhəsiz sənin üçün son olan, ilk olandan daha xeyirlidir”. Axır zamana baxdığını nəzərə alsaq, son olan, son gələn Mehdi (ə.s) və Məsihiyyətdir. Hz. Məsih (ə.s)-ın gəlişidir. “İlk olandan,” ilk olan nədir? Dəccaliyyət, tüğyan və çətinliklər və yaxud Osmanlı dövrü də desək, Osmanlı dövrü yəni, İslamın hakimiyyət dövrü… ardı...