zaman

Hz. Mehdi (ə.s.) zamanında bol yağış yağacaq, bolluq bərəkət olacaq

Əmir əl-möminin İmam Əli (ə.s) belə buyurmuşdur: “Əgər Qaimimiz (hz. Mehdi (ə.s)) qiyam etsə göy yağışını nazil buyurar (yağışını yağdırar), yer üzü bitkilərini yaşıllaşdırar. Qulların ürəyindən kin və düşmənlik silinər, yırtıcı və ev heyvanları bir-birlərindən qorxmazlar.”

(Bihar’ul-Envar, c. 52, s. 316)

A0009

 

 

• Peyğəmbər (s.ə.v) qiyamət əlamətlərindən biri olaraq elmin ortadan qalxıb cəhalətlə əvəz olunacağını söyləmişdir: Allah Təala elmi sizə lütf etdikdən sonra (yaddaşınızdan) zorla çəkib almaz. Lakin alimləri elmləri ilə birlikdə cəmiyyət içindən çəkib alar, ruhlarını təslim edər. Artıq qara cahil zümrə qalar. Xalq bunlardan dini ehtiyaclarına uyğun suallar soruşar, onlar da (ayə, hədis fərqi olmadan) öz düşüncə və arzularına görə qərar verib, həm özlərini, həm də başqalarını azdırarlar. (Buhari Tecrid-i sarih: 2174)

 

• “Dəccala İsfəhan yəhudilərindən yaylıqlı (sarıqlı və cübbəli) yetmiş min adam tabe olacaq. (Müslim, Et-Tac Ali Nâsıf el-Hüseynî, c.5/s.627)

 

• “Ümmətimdən başı sarıqlı yetmiş min alim dəccala tabe olacaq”.

(Mevsuatu’s sunne, El-kütüb’s-sitte ve Şüruhuha 22, Müsnedu, Ahmed B. Hanbel 3-4,  Tunus: Daru Sahnun, 1992. 22.c, sf.224)

 

• Rəsulullah (s.ə.v): Ümmətimdən başları sarıqlı 70 min adam dəccala tabe olacaq. (Ebu Bekir Abdürrazzak b. Hemmam, Abdürrazzak es San’ani , El Musaannef, XI, 393)

 

 

• Qiyamətdə bir din adamı cəhənnəmə atılar. Tanışları soruşarlar: “Sən dünyada dinin əmrlərini yayırdın. Nə üçün bu əzaba düçar oldun?”. O da cavab verər: “İnsanlara günahdır, etməyin deyirdim, amma özüm edərdim. “Edin” dediklərimi də etməzdim. Bunun cəzasını çəkirəm”. [Buxari ]
• Elə bir zaman gələr ki, alimlər… ardı...