Zəriyət surəsi 8

Hörmətli Adnan Oktarın 17 sentyabr 2013-ci il tarixli söhbətindən Zəriyət surəsi ilə əlaqədar şərhləri.

ADNAN OKTAR: Allah, Zəriyət surəsi, 8-ci ayədə belə buyurur, şeytandan Allaha sığınıram: “Sizin sözləriniz ziddiyyətlidir.” Eynilə, darvinistlərin vəziyyətini izah edən bir ayədir. Diqqət edin, “sizin sözləriniz ziddiyyətlidir” deyilir. “Paleontoloji dəlilləri qəbul edirsinizmi?”-dediyimiz vaxt “bəli qəbul edirik” deyirlər. “Bəs nümayiş etdirək” deyəndə isə, “xeyr istəmirik, biz o daşları məhv edərik” deyirlər. “Bəs zülalların quruluşunu izah edə bilərik?” deyirik, “olmaz danışmayın” deyirlər. “Siz izah edin” deyirik, “xeyr biz də danışmarıq” deyirlər. “Bəs təkamül varmı?” deyirik, “vardır” deyirlər. “Bəs bu mövzuları izah edə bilərikmi?” deyirik, “xeyr, danışmayın” deyirlər.

Budur, axı belə olmaz. Bu zaman ayədə nə deyildiyinə bir bax: “Sözləriniz ziddiyyətlidir” (Zəriyət surəsi, 8)-deyir Allah. Allah “Ondan (Qurandan və Peyğəmbərdən) dönən kimsə döndərilər” (Zəriyət surəsi, 9)-deyilir. Allah döndərir, çünki qədərləri elədir. Allah “Məhv olsun yalançılar!” (Zəriyət surəsi, 10). deyir Allah. Zənn və təxmin etməklə yalan danışanlar, “x dövründə, palçıqlar şorba kimi idi, sonra onlar püskürməyə başladı. Oradan zülal yarandı, zülaldan hüceyrə əmələ gəldi. Hüceyrə çoxaldı, balıq oldu. Balıq canlanıb hərəkət etməyə başladı. Necə olduğunu da bilmirəm. Elektron mikroskop icad etdi, özünü araşdırmağa başladı”-deyir. Ayənin hökmü budur. Allah buyurur:

“O kəslər ki, cəhalət içində olan… ardı...