Yusuf surəsi 6-14 17-22

Yusuf surəsi, 6-14, 17-22-ci ayələrin təfsiri

Adnan Oktar: Məsələn 6-cı ayə. Şeytandan Allaha sığınaram. “Beləcə, Rəbbin səni seçəcək”. Sadəcə bir əbcədi var, 2018 tarixini verir. Allahın Mehdi (ə.s)-ı seçəcəyinə işarə edir, inşaAllah. “Sənə sözləri yozmaq bacarığı öyrədəcək” Mehdi (ə.s) demək ki, gözəl təfsir edəcək. Quranı gözəl izah edəcək, hədisi gözəl izah edəcək, buna işarə var. “Bundan əvvəl ataların İbrahimə və İshaqa tamamladığı kimi, sənə və Yaqub nəslinə də tamamlayacaqdır”. Ən son olaraq Hz. İbrahim (ə.s) nəslinin nemətinin tamamlanması, nə olur? Dünya hakimiyyəti. Hz. İbrahim (ə.s) nəslinin anlı-şanlı nəticəsi Rəsullulah (s.ə.v)-in doğumu, Peyğəmbər olması və Peyğəmbərimiz (s.ə.v)-in nəslindən Mehdi (ə.s)-ın çıxışı ilə Quranın bu ayəsi tam təsdiqlənmiş olur. Bax, ayədə  nə deyir; “İbrahimə və İshaqa tamamladığı kimi, sənə və Yaqub nəslinə də tamamlayacaqdır”.

Mehdi (ə.s)-ı çıxışı məhz bu nemətin tamamlanması olur. Axır zamanın Bəni İsraili Mehdi (ə.s) və tələbələridir. Bəni İsrail həqiqi, xalis Müsəlmanlara verilən addır və Axır zamanda Mehdi (ə.s) və tələbələri dünya hakimi olacaqlar, inşaAllah. “And olsun, Yusuf və onun qardaşlarında soruşanlar üçün ayələr (ibrətlər) vardır”. Baxın, “And olsun, Yusuf və onun qardaşlarında” Mehdi (ə.s) və tələbələrində, “soruşanlar üçün ayələr (ibrətlər) vardır”. Əbcədi 2019 tarixini verir. Sadəcə bir əbcədi var, o da 2019 tarixini verir. “Bir vaxt… ardı...