Yusuf surəsi 5-9 12-13

Yusuf surəsi, 5-9, 12-13-cü ayələrin təfsiri

Adnan Oktar: Hz. Yusif (ə.s)- ın atası İsrail deyir ki: “Oğlum! Yuxunu qardaşlarına danışma, yoxsa sənə hiylə qurarlar”. Bir çox şeyi bir çox insana demək doğru deyil. Havalanar, baş bəlası olar. Təmkinli olmaq çox əhəmiyyətlidir, yəni gərəksiz yerə təmkinli olmaq deyil amma hər bir insana uyğun olan məlumatı vermək lazımdır. Cahilə daş atma, üzərinə sıçrayar deyərlər. Hər kəsə söz deyilməz. Məsələn, güman etmədiyin yerdə müsəlmanların əleyhinə istifadə edə bilər. Yoxsa sənə hiylə qurarlar. Həqiqətən, şeytan insanın açıq-aydın düşmənidir”. Şeytanla əlbir olar. Hiylə qurarkən onlar öz ağılı ilə etmir. Şeytan ona ağıl (vəsvəsə) verir. Ona görə yolundan azar, xainlik edərlər.

 

“Beləcə, Rəbbin səni seçəcək” deməli, daha uşaq olarkən hz. Yusif (ə.s)-ın vəzifəsi məlum idi. Yəni çalışmaqla, səy göstərməklə olmaz. Hz. Yusuf olaraq doğulmaq lazımdır. Hz. Yusuf olaraq doğulduğu üçün elə müvəffəqiyyətli olur. Hz. Mehdi (ə.s) da Mehdi olaraq doğulduğu üçün müvəffəqiyyətli olur. Yoxsa çalışmaqla Mehdi olunmaz. “Sənə sözlərin şərhindən (qaynaqlanan bir məlumatı) öyrədəcək”. Nə qədər gözəl təfsir edir, deyir. Allah təfsir edər, sənin ağzın vəsilə olar. “Və bundan əvvəl ataların İbrahimə və İshaqa tamamladığı kimi, sənə və Yaqub nəslinə də -İsrail ailəsinə də- Öz nemətini  tamamlayacaqdır”. Nə ilə tamamlayacaq? Hz. Mehdi… ardı...