Yusuf surəsi 23-24

Yusuf surəsi, 23-24-cü ayələrin təfsiri

Adnan Oktar: Bax, məsələn, Yusuf surəsi 23-cü ayə, Şeytandan Allaha sığınıram. “Evində qaldığı qadın”. Kiminlə qalır? Hz. Yusuf (ə.s) ilə qalır. “Evində qaldığı qadın”. Hz. Yusuf (ə.s) ilə birlikdə eyni evdə qalırlar. Xurafatçıların düşüncəsinə görə haşa hz. Yusuf (ə.s) fasiqdir, günaha girir. Allah, “eyni evdə qalırlar” -deyir. Qadın yanında normal, yaxası açıq donla gəzir. “Ondan murad almaq istədi və qapıları bağlayıb: “Yanıma gəl!” -dedi” -deyir. Qadın sevişmək istəyir. “(Yusuf) Dedi: “Allaha sığınaram””. Nə üçün Allaha sığınır? “Cinsi əlaqəyə girmərəm” -deyir. Çünki nikahı yoxdur. “Axı sənin ərin mənim ağamdır, mənə yaxşı baxmışdır. Şübhəsiz ki, zalımlar nicat tapmazlar!” And olsun qadın onu arzulamışdı”. Hz. Yusuf (ə.s) -ulu babam- çox cazibədardır. Bütün Peyğəmbərlər çox çəkicidir, çox gözəldirlər. Yəni qadınlara fövqəladə təsir edəcək gözəllikdədirlər. Hz. Musada elə idi. Hətta Fironun kitabələrində də var. Bax orada kafirlərin gücləri çatmamış, hz. Musa üçün “yəhudi alimi cadugərdir” -deyir. “Qadınlara təsir etməkdə çox mahirdir” -deyir. Bax kafirlər dillərini tuta bilməmiş onu söyləmək vəziyyətində qalmışlar. Hz. Musa (ə.s)-ın yeddi cəddinə rəhmət olsun. Ulu babamın, maşaAllah. “(Yusuf) Dedi: “Allaha sığınaram. Axı sənin ərin mənim ağamdır, mənə yaxşı baxmışdır. Şübhəsiz ki, zalımlar nicat tapmazlar!” And olsun qadın onu arzulamışdı”. Hz. Yusuf dünya gözəli olduğu… ardı...