Yusuf surəsi 20

Yusuf surəsi, 20-ci ayənin təfsiri

“Ona çox əhəmiyyət vermədilər” -deyir 20-ci ayədə. Adama soruşsan, bax deyir ki; “Yusuf, sən bundan üz çevir”.  Nəsihət verir Hz. Yusuf (ə.s)-a. “Sən də (qadın) günahın səbəbindən bağışlanma dilə.” Qadına günahından ötəri bağışlanma diləməsini söyləyir. “Doğrusu sən günahkarlardan oldun.” Əxlaqsız adam, madam günahdan, savabdan bilirsən; Allahdan qorxursan; günahsız bir insanı, tərtəmiz bir insanı bir fahişənin, bir alçağın, bir namərdin sözüylə nə üçün həbsə atırsan, deyilmi? Üstəlik 7 il, Allahdan qorx. 7 illik cəza hökmünə məhkum edilmək üçün nə edib? Heç bir şey etməyib. Günahsız olduğundan da əminsən amma öz mənfəətinə zərər gəlməyəcəyini düşündüyü üçün Hz. Yusuf (ə.s)-ı həbsə atır. Amma Hz. Yusuf (ə.s)-a hədsiz dərəcədə ehtiyacları olur.

Sonra onun əlinə düşürlər, deyirlər ki; “ey doğru sözlü, 7 il qıtlıq, 7 il bolluq nədir, bizə bunu izah et” -deyirlər. Ona möhtac olurlar. İqtisadiyyatı düzəltməsinə vəsilə olan da o olur, asayişin düzəlməsinə vəsilə olan da o olur, hər şeyin düzəlməsinə Hz. Yusuf (ə.s) vəsilə olur. O zamanın hakimləri, satılmış namərd adamlar. Yəni dövlətdən biri qulağına pıçıldadımı, deyir ki, məsələn; “götür bunu, həbsə at”. O dövrdə mühakimə sistemi yoxdu, alçaqlıq hakimdi. Hüquq yoxdu, götürüb həbsə qoyur. Yəni bir adamın söyləməsi kafi olur. Məsələn, qadının söyləməsi… ardı...