Yusif surəsi 3-7 9

Hörmətli Adnan Oktarın 2 yanvar2014-cü il tarixli söhbətindən Yusif surəsi ilə əlaqədar şərhləri.

ADNAN OKTAR: Yusif surəsi, qovulmuş şeytandan Allaha sığınaram: “Biz bu Quranı sənə vəhy etməklə sənə ən gözəl hekayəti danışırıq. Halbuki, sən bundan əvvəl xəbərsiz olanlardan idin”. (Yusif surəsi, 3) Burada Allahın, Peyğəmbər (s.ə.v)-i qeyb barədə məlumatlandırmağından bəhs olunur.Bəzi din xadimləriteleviziyaya çıxır və inadla “Peyğəmbər qeybi bilməz”-deyirlər. Allah Allah. Allah isə: “Bilər, Mənim bildirməyimlə bilər”-deyir. Onlar da inadla “bilməz” deyirlər. Allah peyğəmbərə qeybi bildirsə, peyğəmbərlər bilər.

“Bir zaman Yusif atasına:” “Yusif və ata”– burada bir işarə var. Buradakı hər sözdə bir işarə var. “Ata, həqiqətən mən (yuxumda) on bir ulduz, günəşi…” Sayı neçə edir?On iki. On bir ulduz, ən sonu günəş, ən böyüyü parlaq olan, işıq saçan, hz. Mehdi (ə.s)-a işarə edir. Yəni, on ikinci imam. Peyğəmbərimiz (s.ə.v) deyir; “On iki imam gələcək,on ikincisi Mehdi (ə.s)-dır.”  On iki imam, “sonuncusu övladlarımdan Mehdi (ə.s)-dır.”  On bir dənə ulduz, yəni on bir imam gəldi, sonuncusu günəş olan hz. Mehdi (ə.s)-dır. Onsuz da hədislərdə həmişə günəş kimi, Risalə-i Nurda da Bədiüzzaman, hz. Mehdi (ə.s)-ı günəş kimi ifadə edir. “O fəcri qazıb da olsa, otuz qırx il sonra fəcri sadiq çıxacaq.”

Fəcri sadiq-günəş mənasını verir.… ardı...