Yusif surəsi 105 106 107

Yusif surəsi, 105, 106, 107-ci ayələrin təfsiri

ADNAN OKTAR: Şeytandan Allaha sığınıram: Yusif surəsi, 105-ci ayədə Allah deyir: “Göylərdə və yerdə (Allahın birliyini sübut edən) neçə-neçə ayələr vardır ki…”, yəni Allahın varlığına aid dəlillər, “insanlar onların yanından üzlərini çevirib keçərlər”. Məsələn, yerdə qalıqlar var, üstündən basıb keçirlər. Baxın, “üzlərini çevirib keçərlər”. Yəni dəlili araşdırmazlar, dinləməzlər, qəbul etməzlər. “Göylərdə və yerdə”. Göyü də araşdırdığında astronomiya ilə, yeri araşdırdığında paleontologiya ilə Allahın varlığını və yaratdığını görər.

 

106-107-ci ayələrdə Allah buyurur: “Onların əksəriyyəti ancaq şərik qoşaraq Allaha inanarlar”.

“Məgər (müşriklər) Allahın əzabından onlara bir bəla gəlməyəcəyinə və ya qiyamətin, özləri də bilmədən, qəflətən başlarının üstünü almayacağına əmindirlərmi?”. Çünki qiyamətlə lağ edəcəklər. 2120-ci ildə qopacaqmış deyib gülərlər. Bir az da Allah gözlətdirəcək Allahu aləm, yəni 2120-ci illərin sonlarına doğru ola bilər. Qiyamət gözləmədikləri anda qopacaq. Allah ayədə: “Böyük bir çarpılma”, yəni böyük bir səs-küydən bəhs edir. Çünki dünyada bu hiss edilir. Allah ayədə: “Var gücü ilə qaçmağa çalışarlar” deyir. “Sən onları sərxoş zənn edərsən, halbuki sərxoş deyildirlər”. Qorxunun şiddətindən ağlını itirər. Qaçır, qaçacaq yer də tapa bilməz. Bir-birlərinə bir şey izah etmək istəyərlər, amma danışa bilməzlər, cümlə qura bilməzlər. Qiyamət əlaməti olaraq uşaqların saçları dümağ olar, möcüzə olaraq bir anda bütün… ardı...