Yusif surəsi 1-5 7 21

Hörmətli Adnan Oktarın 9 noyabr 2012-ci il tarixli söhbətindən Yusif surəsi ilə əlaqədar verdiyi şərhlər.

        ADNAN OKTAR: Açdığım zaman qarşıma Yusif surəsi çıxdı. Rəhman və Rəhim olan Allahın adı ilə. 1-ci ayə. “Əlif, Ləm, Ra”. Kim bilir necə bir şifrə verilir. “Əlif Ləm Ra. Bunlar açıq-aydın Kitabın ayələridir”. 2-ci ayə. “Həqiqətən, Biz onu, başa düşməyə çalışarsınız deyə, ərəbcə Quran olaraq nazil etdik”, yəni Allah: “Düşünərək, incəliklərini araşdıraraq, dərindən təfəkkür edərək, içindəki hikmətləri tapmağa çalışın” deyir. Allah: “O inciləri, mərcanları, o gözəl ləl-cəvahiratları Quranın içərisində axtarıb tapın, araşdırın, ancaq ağlınızı işlətdiyiniz təqdirdə bunu bacara bilərsiniz” deyir.

3-cü ayə. “Biz bu Quranı sənə vəhy etməklə sənə ən gözəl hekayələri həqiqi bir xəbər olaraq çatdırırıq”. Baxın, həmişə Qurana diqqət çəkilir, Qurandan başqa heç bir şeyə diqqət çəkilmir, Allah: “Burada ən gözəl hekayələr var” deyir, yəni Quranda. Məsələn, Qurandakı Yusif hekayəsi, hekayələr Quranda çox əhəmiyyətli yer tutur. “Halbuki, sən bundan əvvəl xəbərsiz olanlardan idin”. Məsələn, bizim bir çox şeydən xəbərimiz yox idi. Peyğəmbərimiz (s.ə.v)-ə də vəhy olunur. Məsələn, Lulin quyruqlu ulduzu, Halley quyruqlu ulduzu və digər hadisələrin hamısı sonradan bildirilmişdir.

4-ci ayə. Bir zaman Yusif atasına dedi: “Atacan!”, belə ki, şəfqət dolu bir ifadədir, “atacan, həqiqətən mən”,… ardı...

 

Hörmətli Adnan Oktarın 9 noyabr 2012-ci il tarixli söhbətindən Yusif surəsi ilə əlaqədar şərhləri.

ADNAN OKTAR: Quranı açanda Yusif surəsi çıxdı. Rəhman və Rəhim olan Allahın adıyla, 1-ci ayə: “Əlif Lam Ra.” Kim bilir bu nə şifrədir. “Əlif Lam Ra. Bunlar açıq-aydın Kitabın ayələridir.” (Yusif surəsi, 2) Həqiqətən, Biz onu ərəbcə Quran olaraq nazil etdik ki, başa düşə biləsiniz.Yəni “düşünüb, təffərüatlarını araşdırıb, dərin təfəkkür edərək, içindəki hikmətləri tapmağa çalışın. O inciləri, mərcanları, o gözəl ləl-cəvahiratları Quranda tapın, araşdırın və ağıllı fikirləşsəniz, taparsınız”  deyir Allah.

3-cü ayə: Biz bu Quranı sənə vəhy etməklə sənə ən gözəl hekayəni danışırıq.” Diqqət edin, həmişə Qurana diqqət çəkilir, Qurandan başqa heç bir şeyə diqqət çəkilmir, Allah: “Ən gözəl hekayələr var burada”-deyir, yəni Qurandadır. Məsələn, Quranda Yusif qissəsi, hekayələr çox əhəmiyyətlidir.” Halbuki, sən bundan əvvəl xəbərsiz olanlardan idin.”-deyir Allah. Bizim də çox şeydən xəbərimiz yox idi. Peyğəmbərimiz (s.ə.v)-ə də vəhy edilir. Məsələn,

4-cü ayə: “Bir zaman Yusif atasına dedi:” “Atacan”-şəfqət dolu bir ifadədir- “Atacan! Mən (yuxuda) on bir ulduz… Bilirsiniz ki, Yusifin atası İsrail idi (yəni adı İsrail idi). “Yuxuda on bir ulduz”-deyilir ayədə. Yusif surəsi 111 ayədən ibarətdir,… ardı...