yeni

1 9 10 11

Hörmətli Adnan Oktarın yeni şərhləri (24 Yanvar 2013; 21:00)

Kəhf surəsi, 65-ci ayə

“Onlar orada Öz tərəfimizdən mərhəmət bəxş etdiyimiz və elm öyrətdiyimiz (ledün elmi) qullarımızdan birinə rast gəldilər.”

“Öz tərəfimizdən mərhəmət bəxş etdiyimiz” Bax, Allah rəhmətiylə təcəlli edir. Məsələn, İnsanlar Xızır (ə.s)-ı sərt bir insan kimi tanıyırlar, amma bax, Allah ayədə hz. Xızır (ə.s)-dan mərhəmət bəxş etdiyi biri olduğundan bəhs edir. “və elm öyrətdiyimiz (ledün elmi)” Xüsusi bir elmdir. Allah öyrətmişdir, o da o elmi mənimsəmişdir. “qullarımızdan birinə rast gəldilər.”  Bunun da əbcəd hesabı 2010-cu il tarixini verir. “qullarımızdan birinə”, yəni Allahın ledün elmini öyrətdiyi bir çox qul vardır, onlardan biri də bu şəxsdir.

 

 

Kəhf surəsi, 84-cü ayə

 

“Həqiqətən, Biz ona yer üzündə hökmranlıq verdik və hər şeyin yolunu ona öyrətdik.

 

“Həqiqətən, Biz ona yer üzündə hökmranlıq verdik və hər şeyin yolunu ona öyrətdik” 2017-ci il tarixini verir. İki dünya hakimiyyətindən biridir. Çünki iqtidarlar var, amma sağlam deyil. Müvəqqəti olur. Sağlam iqtidarda sistem tam fərqlidir, yəni tərəddüd olmur. “və hər şeyin yolunu ona öyrətdik.”  Allah hər şeydən; siyasətdən də, hərbdən də, sənətdən də, elmdən də, estetikadan da, hər şeydən xüsusi bir güc verib. Çünki dünya hakimiyyətində hər şeyə ehtiyac vardır. Pula da,… ardı...

 

İNCİLDƏ HZ. DAVUD (Ə.S)-IN SOYUNDAN GƏLƏCƏK OLAN XİLASKAR HZ. MEHDİ (Ə.S)-DIR.  (İncil Luka 1. Hissə, 69-71)

 

“Qədim dövrlərdən bəri müqəddəs peyğəmbərlərin bildirdiyi kimi, Davudun soyundan bizim üçün güclü bir xilaskar çıxardı; Bizi düşmənlərimizdən, bizdən nifrət edənlərin hamısının əlindən qurtarardı.”

“Qədim dövrlərdən bəri”, Yəni nə vaxt? Hz. İbrahim, hz. İshaq, hz. Yaqub, hz. İsmayıl dövründən bəri. Mehdi (ə.s)-a işarə edir. “Müqəddəs peyğəmbərlərin bildirdiyi kimi, Davudun soyundan bizim üçün güclü bir xilaskar çıxardı.” yəni Mehdi (ə.s). İndi baxın, İncildə bu xilaskarın xüsusiyyəti keçir. “Bizi düşmənlərimizdən, bizdən nifrət edənlərin hamısının əlindən qurtarardı.”  İndi xristianlar deyirlər ki, bu, İsa Məsihə işarə edir. Hz.İsa Məsihi dövründə şəhid etmək istədilər və tələbələrini tək-tək asdılar. Xilas olan çox nadir oldu. Hz. Yəhyanı, hz. Zəkəriyyanı hamısını şəhid etdilər. Peyğəmbərləri belə şəhid etdilər. O dövrdə şiddətli qırğın var idi. Amma burada nə deyir; “Bizi düşmənlərimizdən, bizdən nifrət edənlərin hamısından” istisnasız hamısının “əlindən qurtardı.”  Maddi mənada bir qurtuluş. Bunu kim edər? Mehdi (ə.s) edər. Buna görə də  burada Davud soyundan gələcək olan Mehdi (ə.s)-dır. Onsuz da hz. Davudun soyundan olduğunu, Peyğəmbərimiz (s.ə.v)-in hədislərindən, Tövratın şərhlərindən də aydın olur.

 

 

QATI DİNÇİLİK ZEHNİYYƏTƏ SAHİB İNSANLAR

ŞEYTANİ DƏLİLLƏRLƏ DİNDƏN UZAQLAŞARLAR

 

Bəqərə surəsi, 67-ci ayə… ardı...

 

Hörmətli Adnan Oktarın yeni şərhləri (31 Yanvar 2013; 22:00)

Nə döyüş üçün dəmir, nə də sinə üçün zireh tapılacaqdır. Mis işə yaramayacaqdır. Dəmir istifadə edilməyəcəkdir və gülləyə də  ehtiyac olmayacaqdır. (Enoch, səh. 140, hissə 48, 8)

“O dövrdə nə döyüş üçün dəmir, nə də sinə üçün zireh tapılacaqdır”, yəni insanlar özlərini qorumağa ehtiyac görməyəcəklər, silah sənayesində də dəmir istifadə edilməyəcəkdir, çünki silahlar hazırlanmayacaq.

“Gülləyə ehtiyac olmayacaqdır.” Çox maraqlıdır, baxın,  gülləyə ehtiyac olmayacaq.

“…Dünyanın sütunu özəyindən sarsıldı və o səs dünyanın həmin anda sərhədlərindən eşidildi.” (Enoch, səh. 150, hissə 57, 2)

 

“Dünyanın sütunu özəyindən sarsıldı və o səs həmin anda dünyanın sərhədlərindən  eşidildi.” Yəni zəlzələlər olacaq; “dünyanın sütunu sarsıldı” , sarsıntı olacaq. “Və o səs” yəni zəlzələ, “dünyanın sərhədlərindən eyni anda eşidildi.”, yəni hər yerdə zəlzələ xəbərləri eşidiləcəkdir.

 

Lakin vaxt gələndə, ruhların Rəbbinin doğruluğunun mühakiməsinə iman edənlər bu mühakiməni inkar edib, Onun adını hörmətsizcə ananlar üçün hazırladığı güc, cəza və hökm olacaqdır. O gün, seçilmişlər üçün bir əhd günü və günahkarlar üçün bir sorğu günü olaraq hazırlandı. (Enoch, səh. 156, hissə 57, 6)

Bu həm qiyaməti,  həm də dünyada Mehdi əleyhdarlarının hüquqla təsirsiz hala gətiriləcəyini ifadə edir.

“Beləliklə Rəbb; krallara, şahzadələrə, soylulara və… ardı...

 
1 9 10 11