yayılma

USTAD BU SÖZÜNÜ HİCRİ 1327-CI (MİLADİ 1911-CI) İLDƏ ŞAMDA  ƏMƏVİ MƏSCİDİNDƏ  XÜTBƏ ZAMANI SÖYLƏMİŞDİR. BURADA USTAD İSLAM ALƏMİNİN HİCRİ 1371-CI İLDƏN, YƏNİ, MİLADİ 1951-CI İLDƏN SONRAKI GƏLƏCƏYİNƏ AİD İZAHLAR VERMİŞDİR. USTADIN ŞAMDAKI XÜTBƏSİNDƏ VERDİYİ TARİXLƏRİN HAMISI HZ. MEHDİ (Ə.S)-IN ZÜHUR ZAMANI 1400-CÜ İLLƏRƏ DAXİLDİR.

 

Gələcək yalnız və yalnız İslamiyyətin olacaq və hakim, Qurani Kərimə uyğun olan iman həqiqətləri  olacaq… !

Ey Əməvi Məscidindəki olanlar kimi olan İslam aləminin bu böyük məscidindəki qardaşlarım! Siz də ibrət götürün! Bu 45 ildəki dəhşətli hadisələrdən ibrət götürün! Tam ağlınızı başınıza yığaraq, ey düşünən ağıl sahibi və özünü məlumatlı dərk edənlər!  Sözün qısası, Biz Quran tələbəsi olan müsəlmanlar, həqiqəti səhvdən, haqqı batildən ayıran dəlillərə əsaslanırıq, ağlımızla, fikrimizlə və ürəyimizlə imani həqiqətlərə inanırıq. Başqa dinlərin bəzi insanları kimi rahibləri təqlid etmək üçün həqiqəti səhvdən, haqqı batildən ayıran dəlilləri bir kənara atmırıq. Ona görə, ağlın, elmin və fənnin hökm edəcəyi gələcəkdə, əlbəttə ki, məntiqli dəlillərə dayanan və bütün hökmlərini ağla əsaslanaraq etdirən Quran hökm edəcək. Həm də İslamiyyət günəşinin görülməsinə (ortaya çıxmasına) və insanlığı işıqlandırmasına mane olan pərdələr açılmağa başlayar və o mane olanlar kənara çəkilməyə başlayarlar. 45 il əvvəl o dan vaxtının işarələri göründü. 1971-ci ildə əsl işıqlanma başlayacaq. Əgər bu… ardı...