yatmamaq

Elm “yatmadan uçan quşlar” ı araşdırır

Köçəri quşlar yazlıq və qışlaq yuvaları arasında köç edərkən uzun məsafələr qət edirlər. Bülbüllər daha çox gecə uçmalarına baxmayaraq, dayanmadan oyaq qalaraq bu hadisəni daha da təsirli edirlər. Ötən günlərdə “PLoS Biology” adlı qəzetdə nəşr olunan xəbərə görə köç mövsümü əsnasında bu heyvanlar gözləri çox az bağlı qalaraq, həm də yuxusuz yaşayan heyvanlarda rast gəlinən sağlamlığa zərər verən təsirlərə məruz qalmadan köç edirlər.

 

Medisondakı Viskonsin Universitetindən Rut Benka və iş yoldaşları bir qəfəsdə saxlanılmış heyvanların yuxu sistemlərini və hərəkətlərini bir il ərzində araşdırdılar. Köç vaxtı qəfəsdəki quşlar özlərini son dərəcə enerjili, fəal aparırlar. Bundan əlavə-insanlarda yuxu görməklə bağlı təyin olunan- normal REM yuxusunun üçdə biri qədər yatdılar. Gecələr test edilən digər canlılar yatarkən onlar tamamilə oyaq qaldılar və normal testlərinə davam etdilər ki, bu da quşların köçləri ərzində “lunatizm” olmadıqlarını yenidən sübut etdi.

Elm adamları köç mövsümü dövründən başqa yuxusuzluğun quşlara mənfi təsir etdiyini bildirirlər. Halbuki, quşlar, xüsusilə köç dövründə hiss etmə funksiyalarında heç pozulma olmadan yuxularını azaltmaqla üstün bir qabiliyyət nümayiş etdirirlər. Bu heyvanların bunu necə bacardıqları hələ həll edilə bilməmişdir. Quşlardakı köç etməklə bağlı olaraq yuxusuzluğu yaradan mexanizmləri anlamaq bizə; yuxudakı dəyişikliklər, mövsümlə bağlı ruhi pozğunluqları və yuxunun özünün funksiyaları haqqında… ardı...