Yasin surəsi 78-83

Yasin surəsi, 78-83-cü ayələrinin təfsiri

ADNAN OKTAR: Qurana baxanlar Quranı ümumiyyətlə diqqətlə araşdırmalıdırlar. Allah ən çox nəyin üzərində dayanır? Allah həmişə küfrün anormallıqları və buna qarşı möminlərin imanlarında qərarlı olmaları, imanlarının güclü olması, araşdırmaları, düşünmələri, həmişə Allaha tərəf olmalarının üzərində dayanır. Yəni gördüyümüz qədəriylə Quranda 80-90% bu izah edilir. Allahdan iman gücüylə də müqavimət göstərmək, imanı davamlı güclü tutmaq istənilməlidir .  Yasin surəsi, 78-ci ayə. Şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə. O Bizə bir məsəl çəkdi, lakin yaradılışını unutdu. O dedi: “Çürümüş sümükləri kim dirildə bilər? Bu nədir? İman zəifliyi, iman edə bilmir. Buna qarşı nə lazımdır? Təhqiqi iman (imana aid bütün məsələləri dəlilləri ilə tərəddüdsüz inanmaq), hakkəl-yakin (bütün varlığı ilə duyaraq iman etmək), aynəl yakin (gözlə görmək dərəcəsində iman) iman lazımdır.

Bax indi Allah nə deyir De: Onları ilk dəfə yaradan Özü onları dirildəcəkdir. O, hər bir məxluquna yaxşı bələddir””. Bu nədir? İman həqiqəti. Çünki bax Cənabı Allah insanları düşünməyə yönəldir. Deyir ki, ilk dəfə yaradan Özü onları dirildəcəkdir“. Baxırıq, insan çox mükəmməl yaradılıb. Bir dəfə yaradılmışdır. Məsələn, fərz edək ki, bu mürəkkəbli qələm bir dəfə olub. Bunun fabriki bunu edə bilərmi, edə bilməzmi? Edər. Niyə… ardı...