yaradılış həqiqəti

Mehdi (ə.s) insanlara yaradılış həqiqətini qalıqlarla isbat edəcək

MİN İLDƏN DAHA KÖHNƏ SKELET SÜMÜKLƏRİ, İMAM MEHDİ (Ə.S) İLƏ DANIŞACAQLAR. (Mikyaal al-Makaarem, cild 1, səh. 223-224)

 

R0237Hədisdə verilən məlumat, hz. Mehdi (ə.s)-ın qalıqlarla maraqlanacağını, Yaradılış həqiqətini qalıqlarla isbat edəcəyini, bu köhnə qalıqlarla inkarı və dəlaləti; dinsiz, materialist və darvinist sistemi ortadan qaldıracağını göstərir.

 

Hz. Mehdi (ə.s)-ın, materializmin və darvinizmin etibarsızlığını isbat edərkən min ildən köhnə, yəni milyonlarla illik qalıqları istifadə edəcəyi açıq şəkildə aydın olur. Hədis, qalıqların sanki lisanı-hal ilə, “Höccət Mehdi (ə.s), biz Allahdan bir dəlilik; bizlərin təkamül keçirmədiyimizi, ilk yaradılışdan etibarən dəyişmədən eynisiylə qaldığımızı bizləri dəlil göstərərək insanlara izah edə bilərsən” deyəcəklərinə və hz. Mehdi (ə.s)-ın da, yer altından çıxan qalıqlar yoluyla bu həqiqəti şəkil, yazı, kitab, video, film və sənədlərlə insanlara izah edəcəyinə işarə edir.

 

Hz. Mehdi (ə.s)-ın bir adı da, “dəlil gətirən” yəni “Höccət”dir. Höccət Mehdi (ə.s) Axırzamanda höccət (dəlil) ilə danışacaq. Allah ona bu imkanı verəcək və canlılara aid sümüklər də hz. Mehdi (ə.s) üçün bir dəlil (höccət) olacaq.

 

Hz. Mehdi (ə.s) bu qalıqları, o dövrün ateist, materialist və darvinistlərinə qarşı, rəddi mümkün olmayan qəti bir dəlil olaraq istifadə edəcək və bu yolla darvinistləri məğlub edib dinsiz… ardı...