Xurafat

Bəzi kəslər hz. Mehdi (ə.s)-a qarşı mübarizə aparacaq

Fəzl ibn Yesar İmam Cəfəri Sadiq əleyhissalamın belə buyurduğunu deyir: “Doğrusu Qaimimiz  (hz. Mehdi (ə.s)) qiyam etdiyində, Rəsulullah (s.ə.v)-in cahiliyyə dövründəki xalqdan gördüyü pis rəftarlardan daha şiddətlisi ilə qarşılaşacaq. Bunun necə olacağını soruşdum. O da belə buyurdu: “Rəsulullah xalqa gəldiyində xalq daşlara, qaya parçalarına və taxta parçalarına tapınırdı. AMMA QAİMİMİZ (HZ. MEHDİ (Ə.S)) QİYAM ETDİYİNDƏ (ZÜHUR ETDİYİNDƏ) XALQ ALLAHIN KİTABINI ÖZLƏRİNƏ GÖRƏ ŞƏRH EDƏRƏK ONU DƏLİL OLARAQ GÖSTƏRƏCƏKLƏR.”

Sonra belə buyurdu: “Allaha and olsun ki, eynilə isti və soyuğun evlərinə girdiyi kimi, onun ədaləti də onların evinə girəcək.

R0050

 

Xurafatçıların insanların İslam dinindən çəkinmələrinə səbəb olan səhv din anlayışlarının qaynağı nədir?

Həqiqi İslam inancı ilə xurafatçıların xurafatlarla dolu inancları arasındakı fərqlər nələrdir?

 yobazlik

Xurafatçılıq, Allahın Quranda bildirdiyi və Peyğəmbərimiz (s.ə.v)-in yaşadığı İslamdan çox fərqli bir anlayışı din kimi göstərməyə çalışan bir sistemdir. İndiki vaxtda xurafatçıların İslam anlayışı İslam xaricində tam fərqli bir inanca çevrilmişdir. Çünki xurafatda, Quran və sünnə deyil, xurafatlar və bidətlər əsasdır. Ancaq xurafatçılar İslam adına ortaya çıxdıqlarını iddia edərlər. Peyğəmbərimiz (s.ə.v.) də axır zamanda xurafatçılığın bu xüsusiyyətinə diqqət çəkmiş və xurafatçılığın çox əhəmiyyətli bir təhlükə olduğunu hədisi şəriflərində xəbər vermişdir:

 

“Elm, alimlərin yox olması (vəfat etmələri, Allah qatına qaldırılmaları) ilə ortadan qalxar. Ortalıqda hec bir alim qalmaz. Nəhayət, insanlar cahilləri özlərinə rəhbər və lider edərlər, məsələlərini onlardan soruşarlar. Onlar elmə əsaslanmadan xalqa fətva  verər, həm özü azar və həm də xalqı azdırar.” (Buxari, nr. 100, 7307; Müslim, Elm 13 (nr. 2673); Tırmizi, Elm 5 (nr. 2652))

 

Xurafatçılar İslam dininin təməli olan sevgi və sülhə düşməndirlər

Xurafatçılar hər cür gözəlliyə nifrətlə baxarlar. Çiçəkdən, uşaqdan, heyvanlardan, qısacası, Allahın yaratdığı hər gözəllikdən nifrət edərlər. Ruhlarında sevgiyə dair heç bir şey olmadığından içləri və ruhları bomboş və qapqaradır. Ruhlarındakı bu boşluq səbəbiylə fanatik və anlayışsızdırlar. Bu səbəblə… ardı...