vəsilə olmaq

İmam Mehdi (ə.s)ın lütfü ilə insanların idrakı mükəmməlləşdiriləcək və əxlaqları kamilliyə çatacaq.  (Bihar-ül Envar, cild 52, səh. 328 və 336)

 

(Hz. Mehdi (ə.s) dövründə) Ürəklər ehtiyacsızlıq və özünə kafiliklə dolacaq.   (Bihar-ül Envar, cild 52, səh. 337; E’qd al-Dorar, səh. 169; Musnad)

12

(Hz. Mehdi (ə.s) dövründə) Göstəriş və nümayiş sona çatacaq və etibarlılıq alışılan hala gələcək. (E’qd al-Dorar, səh. 159)

 

(Hz. Mehdi (ə.s) dövründə) Yaşlılar gənclərə qarşı köməksevər və şəfqətli ikən gənclər yaşlılara qarşı hörmətli olacaq. (Bihar-ül Envar, cild 52, səh. 385)

12

(Hz. Mehdi (ə.s) dövründə) Yalan və böhtan ortadan qalxacaq. (Misbaah al-Zaaer, səh. 217-219)

 

(Hz. Mehdi (ə.s) dövründə) Həqiqi dostluq olacaq və bu elə bir ölçüdə olacaq ki, inananlardan biri digərinin sərvətini onun icazəsini almadan götürəcək və digəri bunu əhəmiyyətsiz hesab edəcək. (Bihar-ül Envar, cild 52, səh. 372)

 

 

Hz. Mehdi (ə.s) insanların yetkinləşib təmizlənməsinə vəsilə olacaq

O dövrdə  XALQ KÜTLƏSİNİN AĞLI, GÜCÜ BİRLƏŞƏCƏK. HZ. MEHDİ (Ə.S) ALLAHIN KÖMƏYİ, DƏSTƏYİ İLƏ İNSANLARIN AĞLINI YETKİNLƏŞDİRƏCƏK VƏ HƏR KƏSDƏ BİR İŞIQLILIQ MEYDANA GƏTİRƏCƏK. (Üsulu Kafi, 1-ci cild, Kitabül Ağıl, 21-ci Hədis)

600297y8krvnyajz

 

Hz. Mehdi (ə.s.) insanların Allahdan qorxmalarına vəsilə olacaq

Hz.Əli (r.ə)-dan belə rəvayət edilmişdir:

 ALLAHPƏRƏSTLİK NƏFSPƏRƏSTLİYƏ ÇEVRİLDİKDƏN SONRA, HZ. MEHDİ (Ə.S) GƏLƏCƏK VƏ NƏFSPƏRƏSTLİYİ ALLAHPƏRƏSTLİYƏ ÇEVİRƏCƏK. QURAN İNSANLARIN ÖZ DÜNYA GÖRÜŞ VƏ DÜŞÜNCƏLƏRİNƏ UYĞUNLAŞDIRILDIQDAN SONRA HZ. MEHDİ (Ə.S) GƏLİB İNSANLARIN DÜNYA GÖRÜŞLƏRİNİ VƏ DÜŞÜNCƏLƏRİNİ QURANA UYĞUNLAŞDIRACAQ. …Yer üzü, içində saxladığı hər şeyi onun üçün üzə çıxaracaq, bütün imkanlarını və bərəkətini onun ixtiyarına verəcək. ELƏ O ZAMAN HZ. MEHDİ (Ə.S) ƏSL ƏDALƏTİN, KİTAB VƏ SÜNNƏNİN CANLANMASININ NECƏ OLDUĞUNU SİZƏ GÖSTƏRƏCƏK.

(Nehv-ül Belağa, Feyz-ül İslam Baskısı, səh. 424,425)

3po305099jwjh8

 

Hz. Mehdi (ə.s) insanların imanlarına vəsilə olacaq

“Bir adam kor olub ondan istifadə etməsə belə, Hz. Mehdi (ə.s) bir günəş kimi hərkəsə fayda verər. Uca Allahın buyurduğu kimi: “Bu dünyada kor olan kəs axirətdə də kor olacaq və üstəlik haqq yoldan daha çox azacaqdır.” (İsra surəsi, 72)

(İmam Mehdinin həyatı, Əllamə Baqir Şərif əl-Qureyşi)

R0415