vəsilə olmaq
Hz. Mehdi (ə.s) yeni bir mühakimə və qəzavət (hakimlik) sistemi gətirəcək. (El-Gaybet (Numani). Bihar’ül Envar, cild. 52, səh. 349, 354)
Hz. Mehdi (ə.s) dürüst və ədalətli mühakimə sistemini təşviq edib, mühakimədə və hakimlik əxlaqında mükəmməlliyi təmin edəcək.
Hz. Mehdi (ə.s)-ın dövründə islam aləmindəki dövlətlərə müsəllət olan bandalaşma nəticəsində mühakiməyə müdaxilələr olacaq; ədalət sistemində pozulma və degenerasiya meydana gələcəkdir. Məhz hz. Mehdi (ə.s) bu dövrdə ortaya çıxacaq və meydana gələn bu degenerasiya ancaq hz. Mehdi (ə.s) vəsiləsiylə düzələcək.
Hz. Mehdi (ə.s)-ın imani əsərləri, Axırzamanda insanların hidayətinə vəsilə olacaq
Əli ibn. Əbu Talib (ə.s.) belə buyurur: “Hz. Peyğəmbər (s.ə.v) uzun bir vəsiyyətində mənə xitab olaraq belə buyurdu:
Ya Əli! İman baxımından xalqın ən heyrət verici olanları və yəqin baxımından da ən böyük insanları, Axırzamanda gələcək olan kəslərdir. Onlar Peyğəmbəri görməmiş və imam da (hz. Mehdi (ə.s.) da) onlardan gizlidir. BUNUNLA BİRLİKDƏ ONLAR AĞ SƏHİFƏLƏR NAXIŞ OLUNMUŞ QARA XƏTTLƏR VASİTƏSİYLƏ (YAZILI SƏNƏDLƏRLƏ) İMAN EDƏRLƏR. (Men La Yehzuruhu’l Fakih, cild 1, səh. 269)
Axırzamanda, ağ səhifələrə qara hərflərlə kitabların basılacağı və hz. Mehdi (ə.s)-ın tələbələrinin də, hz. Mehdi (ə.s)-ın liderliyində hazırlanacaq olan bu əsərləri oxuyacaqları xəbər verilmişdir. Bilindiyi kimi hz. Mehdi (ə.s)-ın tələbələri də, onun hz. Mehdi (ə.s) olduğundan əmin olmayacaqlar, ancaq görünən əlamətlərə görə ona qarşı bir hüsnü zənn sahibi olacaqlar.
Hz. Mehdi (ə.s) dünya səviyyəsində təbliğ edərək insanların hidayətinə vəsilə olacaq
Mehdi (ə.s)ALOVLU HİDAYƏT MƏŞƏLİYLƏ ALƏMDƏ GƏZƏR və salehlər kimi yaşayar. (əl-Mehdiyy-il Mev’ud, c: 1, s: 281-282 və 266 və 300.)
Hədisdə bəhs olunan “…ALOVLU HİDAYƏT MƏŞƏLİYLƏ ALƏMDƏ GƏZƏR…” ifadəsi üç xüsusiyyəti birdən ehtiva edir. Bu xüsusiyyətlərdən
- birincisi; “alovlu məşəl” ifadəsinin işarəli mənada işıq saçan bir vasitəyə diqqət çəkməsi,
- ikincisi; “hidayət” ifadəsinin bu vasitənin insanların hidayətinə vəsilə olması və
- üçüncüsü də; “aləmdə gəzər” ifadəsinin hz. Mehdi (ə.s)-ın bu vasitə vəsiləsiylə bütün dünyaya çatacağına diqqət çəkməsidir.
Bu üç xüsusiyyətə birdən diqqət olunanda Peyğəmbərimiz (s.ə.v)-in bu hədisində bildirdiyi “alovlu hidayət məşəli”nin televiziya, internet və peyk üzərindən edilən nəşrlərə işarə etdiyi açıqca görülür. Peyğəmbərimiz (s.ə.v)-in digər hədislərində açıqca ifadə etdiyi kimi hz. Mehdi (ə.s) İstanbulda olacağına görə, “aləmdə gəzməsi” də ancaq etdiyi təbliğin, imani fəaliyyətlərin televiziya, internet və peyk vəsiləsiylə bütün dünyaya yayılması şəklində olacaq. Bütün bu dəlillər işığında hz. Mehdi (ə.s)-ın mükəmməl təbliğini TELEVİZİYA, İNTERNET və PEYK VASİTƏSİLƏ dünya səviyyəsində reallaşdıracağı və bu şəkildə insanların hidayətinə vəsilə olacağı aydın olur.
Allah Axırzamanda müsəlmanların imanlarına kitabları vəsilə edəcək
Həzrəti Peyğəmbəmiz (s.ə.v) dedi ki: “Ey Əli, bil ki, imanın ən əcaibləri və qəti iman baxımından ən böyükləri Axırzamanda yaşayanlar olacaqdır. Onlar Peyğəmbəri görməyəcəklər. Və İmamları onlardan gizli olacaq. Ancaq onlar yalnız ağ üzərindəki qaranın vəsiləsiylə iman edəcəklər. (Kamaaluddin cild: 1 səh: 288)
Hədisdə Axırzamandakı dindar müsəlmanların imanlarının inşaAllah çox məqbul olacağına diqqət çəkilmişdir. Hədisdə izah edilən müsəlmanlar hz. Mehdi (ə.s) və tələbələridir. İmamları zaman-zaman həbsə girəcək, zaman-zaman özlərindən uzaq qalacaq. Hədisdə “ağ üzərindəki qara” deyə diqqət çəkilən isə ağ kağız üzərindəki qara yazılar, yəni kitablardır. İman həqiqətlərini izah edən kitablar vəsiləsiylə insanların imanlarında inkişaf olacaq. Axırzamanda müsəlmanların kitablar yoluyla iman sahibi olacaqları bu şəkildə izah edilir.
“İmam Mehdi (ə.s)-ın DİNİ TƏBLİĞ ÜSLUBU ELƏ OLACAQ Kİ, İNSANLAR DİNİ SƏMİMİ QƏLBDƏN, ÜRƏKDƏN QƏBUL EDƏCƏKLƏR və ALLAHA ƏN BÖYÜK SƏMİMİYYƏTLƏ sitayiş edəcəklər. Dindən uzaqlaşanlar məmnuniyyət və təhlükəsizliyin məskəninə geri dönəcəklər.” (E‘qdal–Dorar, səh. 156; Bihar-ülEnvar, cild 53, səh. 86; cild 52, səh. 36 və 280)