ümidsizlik
Bədiüzzamanın ümidsizlik ilə əlaqədar sözləri
1- ci. Ümidsizlik ən dəhşətli bir xəstəlikdir ki, İslam aləminin ürəyinə girib. Məhz o ümidsizlikdir ki, bizi öldürmüş kimi qərbdə bir-iki milyonluq kiçik bir dövlət, şərqdə iyirmi milyon müsəlmanları özünə xidmətçi və vətənlərini müstəmləkə hökmünə gətirmiş. Həm o ümidsizlikdir ki, yüksək əxlaqımızı öldürmüş, həm mənəvi qüvvətimizi qırmış. Az bir qüvvəylə, imandan gələn mənəvi qüvvəsiylə şərqdən qərbə qədər zəbt etdiyi halda, o möcüzə mənəvi qüvvəsi ümidsizliklə qırıldığı üçün zalım xaricilər dörd ildən bəri üç milyon müsəlmanı özlərinə əsir etmişlər.
HƏTTA, BU ÜMİDSİZLİK İLƏ BAŞQASININ ZƏİFLİYİNİ ÖZ TƏNBƏLLİYİNƏ HÜSNÜ ZƏNN EDİB “NƏYİMƏ LAZIMDIR” DEYİR, “HƏR KƏS MƏNİM KİMİ BƏRBADDIR” DEYƏ İMANDAN GƏLƏN İGİDLİYİ TƏRK EDİB İSLAMA XİDMƏT ETMİR. Madam bu dərəcə bu xəstəlik bizə bu zülmü etmiş, bizi öldürür; biz də o qatilimizdən qisasımızı alıb öldürəcəyik… qılınc ilə o ümidsizliyin başını parçalayacağıq… hədisinin həqiqətiylə belini qıracağıq inşaAllah. ÜMİDSİZLİK; ÜMMƏTLƏRİN, MİLLƏTLƏRİN “XƏRÇƏNG” DEYİLƏN ƏN DƏHŞƏTLİ BİR XƏSTƏLİYİDİR VƏ YAXŞILIQLARA MANE VƏ HƏQİQƏTİNƏ MÜXALİFDİR; QORXAQ, AŞAĞI VƏ ACİZLƏRİN GÜNAHIDIR, BƏHANƏLƏRİDİR. İslamdan gələn igidliyin əsli deyil. (Xütbəsni… ardı...