ümid

Pol Deyvisin (Paul Davies) “Çox kainat” üçün ümidsiz səyi

Nyu York Tayms (The New York Times) qəzetinin 12 aprel 2003-cü il tarixli buraxılışında, məşhur astrofizikçi Pol Deyvisin “Çox kainatın qısa tarixi” (A Brief History of the Multiverse) başlıqlı bir yazısı nəşr olundu. Deyvis materialist mütəfəkkirlərin, kainatdakı həssas dizayn qarşısında sığındıqları son arqument olan “bəlkə sonsuz sayda kainat vardır və bunlardan biri olan bizim kainatımız təsadüfən yaşamağımızçün uyğun olmuşdur ” iddiasını müdafiə etməyə çalışırdı.

Əvvəl materialistlərin nə üçün belə bir arqument ortaya atdıqlarını qısaca göstərmək lazımdır: Min illərdir İlahi dinlər və Allahın varlığını qəbul edən fəlsəfələr, kainatda bir məqsəd və dizayn olduğunu müdafiə etmişlər, materialistlər (yəni maddədən başqa heç bir şeyin olmadığını iddia edənlər) isə bu cür bir məqsədin və dizaynın varlığını rədd etmişdilər.

Ancaq XX əsrdəki ardıcıl astronomik və fiziki tapıntılar, kainatdakı dizaynın rədd edilə bilməyəcək qədər aşkar olduğunu ortaya çıxardı. Bu tapıntılar kainatın başlanğıc anındakı Böyük Partlayışın (Big Bang) sürətindən kainatdakı dörd əsas qüvvənin şiddətlərinə, elementlərin quruluşundan içində olduğumuz Günəş sisteminin quruluşuna qədər hər şeydə bütün amillərin “tam lazımi dərəcədə” olduğunu göstərdi. Elm adamlarının 70-ci illərdə “İnsani Qanun” (Anthropic Principle) deyə xarakterizə edərək açıqladıqları bu böyük kəşf materialistlərin əsrlərdir müdafiə etdikləri “kainatda məqsəd və dizayn yoxdur” tezisini açıq şəkildə… ardı...

 

Möminlər hər vaxt ümid və qorxu arasında olarlar

Onlar ibadət üçün yataqlarından qalxar (gecələr az yatar), qorxu və ümid içində (Allahın əzabından qorxaraq, mərhəmətinə ümid bəsləyərək) Rəbbinə dua edər və onlara verdiyimiz ruzilərdən (ehtiyacı olanlara) sərf edərlər.(Səcdə surəsi, 16)

54tv8

O kəslər ki, Rəbbinin əzabından qorxub tir-tir əsərlər. Çünki, onların Rəbbinin əzabından (bu əzabın kiməsə toxunub-toxunmayacağından) arxayın olmaq olmaz. (Məaric surəsi, 27-28)

 54tv8

Yer üzü düzəldikdən sonra orada fəsad törətməyin. Ona (Allaha) həm qorxu, həm də ümidlə dua edin. Həqiqətən, Allahın mərhəməti yaxşılıq edənlərə çox yaxındır! (Əraf surəsi, 56)

54tv8

Ona inanmayanlar onun tez gəlməsini istəyərlər. İnanlar isə onun haqq olduğunu bilərək ondan qorxuya düşərlər. Bil ki, o saat barəsində mübahisə edənlər (haqq yoldan) azıb çox uzaq düşmüşlər. (Şura surəsi, 1)

 54tv8

Biz (Zəkəriyyanın) duasını qəbul etdik, ona Yəhyanı bəxş etdik və zövcəsini (doğmağa) qabil bir hala gətirdik. Onlar xeyirli işlər görməyə tələsər (yaxşı əməllər etməkdə bir-birini ötməyə çalışar), ümid və qorxu ilə (rəhmətimizə ümid bəsləyib əzabımızdan qorxaraq) Bizə ibadət edirdilər. Onlar Bizə müti idilər. (Ənbiya surəsi, 90)

54tv8

Biz Quranı sənə məşəqqət çəkməyin üçün nazil etmədik!  (Biz onu Allahın əzabından) qorxanlara yalnız öyüd-nəsihət olaraq (göndərdik). (Taha surəsi, 2-3)

54tv8

Sən ancaq Qurana tabe olub, Rəhmandan (Onu) görmədən qorxan kimsəni qorxuda bilərsən. Beləsinə (axirətdə) bağışlanacağı və çox gözəl bir mükafata (Cənnətə) nail olacağı ilə müjdə ver!  (Yasin surəsi, 11)

54tv8