Tövbə surəsi 88-91

Tövbə surəsi 88-91-ci ayələrin təfsiri

ADNAN OKTAR: Tövbə surəsi, şeytandan Allaha sığınıram. 88-ci ayə. Allah deyir ki: Lakin Peyğəmbər və onunla birlikdə olan möminlər malları və canları ilə cihad etdilər (vuruşdular). Bütün nemətlər məhz onlarındır, nicat tapanlar da məhz onlardır!” Rəsul, yəni imam, müsəlmanların öndəridir. Axırzamanda müsəlmanların öndəri, lideri kimdir? Mehdi (ə.s). Və onunla birlikdə olan möminlər kimlərdir? Mehdi (ə.s)-ın tələbələri. Peyğəmbərimiz (s.ə.v)-in tələbələri səhabələr, Əhli-Bədr idi. Əhli-Bədr neçə nəfər idi?

 

ALTUG BERKER: 313 nəfər.

 

ADNAN OKTAR: Mehdi (ə.s)-ın tələbələri neçə nəfərdir?

 

ALTUĞ BERKER: 313 nəfər.

 

ADNAN OKTAR: Bəli. “Malları və canları ilə,” baxın, Allah malı əvvəl, sonra “canları ilə” deyir. Müsəlman malını tamamilə Allaha infaq etməlidir. Və deyəcək ki: “həyatım, ölümüm, dirimim aləmlərin Rəbbi olan Allah üçündür.” inşaAllah. “Canları ilə cihad etdilər” səy göstərdilər. Bütün malını-mülkünü Allah yolunda xərcləyir, kitab alır, paylayır. Təbliğ edir, yaradılış üzərində araşdırmalar edir. “Bütün nemətlər məhz onlarındır,” Allah “onlara həmişə xeyir verərəm, şər toxunmaz” deyir, inşaAllah. “qurtuluşa çatanlar da məhz onlardır”. Dünyada qurtuluş nədir?

 

ALTUĞ BERKER: Türk-İslam Birliyi.

 

ADNAN OKTAR: İslam Birliyidir. İslamın dünyaya hakim olmasıdır. Onun xaricində yarım qurtuluşdur, əskik qurtuluşdur. Tam qurtuluş İslamın dünyaya hakimiyyəti ilə olar. “Qurtuluşa çatanlar onlardır.” Məhz… ardı...