Tövbə surəsi 24

ADNAN OKTARIN KAHRAMANMARAŞ AKSU TV-DƏKİ CANLI MÜSAHİBƏSİ (17 yanvar 2011)

ADNAN OKTAR: Tövbə surəsi, 24-cü ayə, şeytandan Allaha sığınıram. De: “Əgər atalarınız, oğullarınız, qardaşlarınız, zövcələriniz, yaxın qohumlarınız, qazandığınız mallar, iflasa uğramasından qorxduğunuz alış-verişiniz və bəyəndiyiniz məskənlər sizə Allahdan, Onun Elçisindən və Onun yolunda cihaddan daha əzizdirsə, Allahın əmri gəlincəyə qədər gözləyin. Allah günahkarları doğru yola yönəltməz.”

Bunu Mehdi (ə.s)-a, mehdiyyətə aid şərh etdiyimizə görə atalarına, uşaqlarına, qardaşlarına, yoldaşlarına, tayfasına, mallarına, ticarətinə əhəmiyyət verməməlidir. Deməli, mehdiyyət, əvvəl Allahın dininə əhəmiyyət verməlidir, inşaAllah. Deməli, insan atasına görə dinini tərk etməməlidir. Uşaqlarına görə, qardaşlarının mənfəətinə görə, zövcələrinin mənfəətinə görə təbliği buraxmamalıdır,… ardı...

 

Hörmətli Adnan Oktarın 17 yanvar 2011-ci il tarixli reportajından Tövbə surəsi ilə əlaqədar verdiyi şərhlər.

        ADNAN OKTAR: Tövbə surəsi, 24-cü ayə. Şeytandan Allaha sığınıram. “De: “Əgər atalarınız, övladlarınız, bacı/qardaşlarınız, həyat yoldaşlarınız, nəsliniz”, dost ətrafınız “qazandığınız mallar, az gəlir gətirəcəyindən qorxduğunuz alış-verişiniz və bəyəndiyiniz evlər sizə Allahdan, Onun Elçisindən və Onun yolunda cihad etməkdən daha əzizdirsə”, Allahın dinini yaymaqdan, təbliğ etməkdən “daha əzizdirsə, Allahın əmri gəlincəyə qədər gözləyin. Allah, fasiqləri doğru yola yönəltməz”. Bunu Mehdi (ə.s)-a, mehdiyyətə görə şərh etdiyimiz təqdirdə, onun atalarına, övladlarına, bacı-qardaşlarına, həyat yoldaşlarına, yaxın qohumlarına, mallarına, etdiyi alış-verişə əhəmiyyət verməyəcəyini, hər şeydən əvvəl Allahın dininə əhəmiyyət verəcəyini anlayırıq inşaAllah. (85.82 ayənin şərhinin davamı) Deməli, insan atasından ötrü dinini tərk etməməlidir. Övladlarından, qazandığı mallardan, bacı-qardaşlarının və həyat yoldaşlarının mənfəətindən, dostlarının təşviqindən ötrü, facebookda, orada burada etdiyi təbliği, İslam əxlaqını və dini yaymağı tərk etməməlidir. Az gəlir gətirəcəyindən qorxduğu alış-verişdən ötrü, İslam əxlaqını yaymağa çalışsam alış-verişim zəifləyər deyə dini, İslam əxlaqını yaymaqdan imtina etməməlidir. Mənim evim gözəldir, gedib axşama qədər evimdə oturum deyib İslam əxlaqını təbliğ etməkdən imtina etməməlidir. “Sizə Allahdan, Onun Peyğəmbərindən və Allah yolunda cihad etməkdən daha əzizdirsə”, bunlar sizə daha əziz gəlirsə, “Allahdan, Onun Peyğəmbərindən və Allah yolunda cihad etməkdən”, belə ki, İslam əxlaqını yaymaqdan “daha əzizdirsə, Allahın əmri gəlincəyə qədər gözləyin”. “Allah bəlanızı verənə qədər gözləyin” deyir. “Belə ki, bəlanızı verəcəyəm” deyir inşaAllah. Buna görə də biz Allah üçün yaşamalıyıq, inşaAllah. Yalnız Allah üçün, Allah rizası üçün.

1391583660_qurani_kerim_00001

 

Tövbə surəsi, 24-cü ayənin təfsiri

“De:” deyir Cənabı Allah, “əgər atalarınız”, münafiqlər kimə düşkündür? Əvvəlcə atasına düşkündür. Sonra kimə? “Uşaqlarınız”, uşaqlarına düşkündür. Fikri həmişə onlarda qalır. Sonra münafiqlərin ən çox üstündə dayandıqları nədir? “Qardaşlarınız”, başı qardaşlarına qarışır. “Dinmi, Allahmı, Kitabmı, İslama xidmətmi, yoxsa qardaşlarınmı?” desən, “qardaşlarım” deyər. “Zövcələriniz”, münafiqin başı zövcəsinə qarışar. Yəni “dinmi, Allahmı, Allah yolunda mübarizəmi? Hansını seçərsən?” “Zövcəmi” -deyir. Fikri zövcəsində qalır. “Yaxın qohumlarınız”, yəni dost-tanış əhatəsi; Facebookda, orada-burada dost-tanış əhatəsi var. “İslama xidmətmi, iddiaya xidmətmi, hansı?” “Yaxın qohumlarım” -deyir. “Qazandığınız mallar”, nə qazandısa; az da olsa, çox da olsa əldə etdiyi qənimət, mallar. Münafiqlər qazandığı var-dövlətlərə çox ciddi olar. Kiminsə əlinə keçməsini istəməz, özünə aid olmasını istəyər. Ondan Allah yolunda xərcləmək istəməz. Allah yolunda xərcləməyi ağılsızlıq kimi görər. İflasa uğramasından qorxduğunuz alış-verişiniz”, iflasa uğramaqdan necə qorxar? Ticarətə bütün gücüylə önəm vermək istəyər, bütün diqqətini vermək istəyər. İslama, Qurana vaxt ayırsa ticarətdə iflasa uğrayacağını düşünər. Ona görə İslama vaxt ayırmaq istəməz. “Və xoşunuza gələn evlər”, hansı ev? Küçədəki bir ev deyil. Özünə aid ev, ailəsinə aid ev xoşuna gələr. Çünki mülkü öz üstünə aid olduğu üçün oraya önəm verər. Müsəlmanın evinə getmək istəməz. Münafiq özünə aid, münafiqlərin olduğu, dinsizliyin hakim olduğu evə getmək istəyər. Onun… ardı...

 

Tövbə surəsi, 24-cü ayənin təfsiri

Adnan Oktar: Tövbə surəsi, 24-cü ayə: Şeytandan Allaha sığınıram. Cənabı Allah deyir ki, 24: “De: “Əgər atalarınız, oğullarınız,” yəni insanlar ailəyə çox həssasdır, qardaşlarınız, zövcələriniz,” arvadıdırsa əri, əridirsə arvadı, yaxın qohumlarınız,” yaxın dost dairəsi, qazandığınız mallar,” ticarət insanların ən çox fikir verdikləri mövzulardan biridir, iflasa uğramasından qorxduğunuz alış-verişiniz” həmişə insanlar ticarətlərinin az qazanc gətirəcəyindən, iflasa uğrayacaqlarından çəkinirlər və bəyəndiyiniz məskənlər sizə Allahdan, Onun Elçisindən”, yəni Allahın Mehdisi olan Peyğəmbərimiz (s.ə.v)- dən, və Onun yolunda cihaddan”, yəni Allah yolunda İslam Birliyini qurmaq üçün cəhd göstərməkdən, daha əzizdirsə, Allah Öz əmri ilə gəlincəyə qədər gözləyin”. Ölüm sizi götürüb aparana qədər. Allah günahkarları doğru yola yönəltməz” -deyir Allah. Müsəlman nə edəcək? Bütün bu sayılanları kənarda buraxıb, bütün ürəyi ilə Allaha təslim olub, Allah yolunda cəhd edəcək, səy göstərəcək: İslam Birliyi üçün, müsəlmanların birliyi üçün, Türk-İslam Birliyinin əsrimizdə qurulması üçün cəhd göstərəcək, inşaAllah. Quran bunu fərz etmiş, Allah bunu ayədə fərz etmiş.

images (5)